Jurnallar Oxu və yüklə
Bağışlayan və mehriban Allahın adı ilə. O, bütün varlıq aləmini heçdən xəlq etdi. Bəşəri yaratdıqlarının tacı və Öz xəlifəsi qərar verdi. Yer üzərinin ilk insanı Allahın xəlifəsidir. Bu o deməkdir ki, Allahın məqsədi insanların mənəvi kamilliyə çatmaları və ibadət etməklə Onunla həmsöhbət olmalarıdır. O, Quran adlı naməsini bəndələrinə gondərməklə onları Öz ziyafətinə dəvət etdi. Quran Kərim Allahla bəndələri arasında bir bağdır. Hər kəs bu bağı qırsa rəhmətdən məhrum olaraq zülmətdə qərq olar. İnsaniyyətə ən böyük xidmət bu ilahi bağın möhkəmliyini qorumaqdır. “Əbədi Nur”Quran maarifi mərkəzi bu yolda özünün kiçik xidmətilə fəxr edir.
Əbədi Nur - uşaq nəşri İnstitutun məhsullarınan
“Əbədi Nur- uşaq nəşri, “Əbədi Nur”un fəaliyyəti kənarında uşaqlar üçün nəzərdə tutulmuş mədəni-maarif işidir. Bu mərkəz, ölkəmizin gələcəyi olan əziz körpələrin milli və mənəvi ruhda böyüməsi üçün çalışmaqdadır. “Əbədi Nur”un fəal kallektivi bu mərkəzdə bir-birindən maraqlı kitablar hazırlayıb çap etməklə əziz uşaqları sevindirirlər. “Laylalar”, “Kərbəla qəhrəmanları”, “Üsulid-din” və “Bal arısı” jurnalı bu kallektivin nəşr edərək sevimli uşaqların əllərinə çatdırdığı kitablardandır. Yaxın gələcəkdə “Əbədi Nur” mərkəzi özünün yeni-yeni nəşr edəcəyi kitablarla uşaqlarımızı sevindirəcəkdir.