Jurnallar Oxu və yüklə

Bağışlayan və mehriban Allahın adı ilə. O, bütün varlıq aləmini heçdən xəlq etdi. Bəşəri yaratdıqlarının tacı və Öz xəlifəsi qərar verdi. Yer üzərinin ilk insanı Allahın xəlifəsidir. Bu o deməkdir ki, Allahın məqsədi insanların mənəvi kamilliyə çatmaları və ibadət etməklə Onunla həmsöhbət olmalarıdır. O, Quran adlı naməsini bəndələrinə gondərməklə onları Öz ziyafətinə dəvət etdi. Quran Kərim Allahla bəndələri arasında bir bağdır. Hər kəs bu bağı qırsa rəhmətdən məhrum olaraq zülmətdə qərq olar. İnsaniyyətə ən böyük xidmət bu ilahi bağın möhkəmliyini qorumaqdır. “Əbədi Nur”Quran maarifi mərkəzi bu yolda özünün kiçik xidmətilə fəxr edir.  

mag1mag2mag3mag4

mag5mag6mag7

Əbədi Nur - uşaq nəşri İnstitutun məhsullarınan

“Əbədi Nur-  uşaq nəşri, “Əbədi Nur”un fəaliyyəti kənarında uşaqlar üçün nəzərdə tutulmuş mədəni-maarif işidir. Bu mərkəz, ölkəmizin gələcəyi olan əziz körpələrin milli və mənəvi ruhda böyüməsi üçün çalışmaqdadır.  “Əbədi Nur”un fəal kallektivi bu mərkəzdə bir-birindən maraqlı kitablar hazırlayıb çap etməklə əziz uşaqları sevindirirlər. “Laylalar”, “Kərbəla qəhrəmanları”, “Üsulid-din” və “Bal arısı” jurnalı bu kallektivin nəşr edərək sevimli uşaqların əllərinə çatdırdığı kitablardandır. Yaxın gələcəkdə “Əbədi Nur” mərkəzi özünün yeni-yeni nəşr edəcəyi kitablarla uşaqlarımızı sevindirəcəkdir.

Quranın nuzulu və Besət

Rate this item
(1 Vote)

Quranın nuzulu və Besət

Quranın nazil olması və Besət (vəhyin başlanğıcı)

Quran neçə mərhələdə nazil olub?  Bəziləri 2-mərhələdə və bəziləri isə 3-mərhələdə deyiblər.

Quran lövhi-məhfuza nazil olub. (lövhi-məhfuz elə bir yerdir ki, onu dərk etmək bizim ağlımıza sığmır.

بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ 

فِي لَوْحٍ مَحْفُوظٍ 

Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!

O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) (Buruc surəsi, ayə 21-22)

Lövhi-məhfuzdan Beytul-məmura. Beytul-məmur səmada olan 1-ci məkandır. Bəziləri qeyd edir ki, Beytul-məmur peyğəmbərin qəlbidir.

 23-il ərzində tədricən nazil olub.                            

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

 İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz.  (Bəqərə surəsi, ayə-185) 

 

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ 

 Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! (Duxan surəsi, ayə-3)  

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

 Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!(Qədr surəsi, ayə-1)

 Peyğəmbər 40 yaşında (610-611), Məkkə şəhərində risalətə çatıb. Həmçinin Besətin başlanğıcı Həra dağında (mağarada) Ələq surəsinin 5 ayəsinin nüzulu ilə başlayıb. Bu barədə müsəlmanlar arasında fikir birliyi var. Amma Besətin hansı zamanda başlanmasıyla bağlı nəzərlər müxtəlifdir. Bu fikirlər əsasən Quranın nüzulunun hansı zamanda başlaması ilə ixtilaflara səbəb olub. Quranın nazil olması və Besətin zamanı haqqında müxtəlif rəylər mövcuddur.

  • 1- Rəcəbin 27-si
  • 2- Ramazan ayının 17-si
  • 3- Ramazan ayının 18-i
  • 4- Ramazan ayının 24-ü
  • 5- Rabiul-əvvəlin 12-si
  • 6- Şəbanın 15-i
  • 7- Rabiul-əvvəlin 8-i
  • 8- Rabiul-əvvəlin 3-ü

Besətin Rəcəb ayının 27-də başlamasına əhli-şiənin etiqadı var. Əhli-beytdən gələn bir çox rəvayət və dəlillər bu sahədə öz əksini tapır. Şeyx Tusi öz “Amal”-ında imam Sadiqdən (ə) nəql edir:

1- Rəcəb ayının 27-si peyğəmbərin  risaləti başlayıb. Hər kəs bu günü oruc tutsa, onun savabı altmiş ay oruc tutanın savabı qədər olar.

2- İmam Kazimdən (ə) nəql olunur: Allah-təala Muhəmmədi (s) cahan üçün bir rəhmət olaraq Rəcəb ayının 27-si onu peyğəmbərliyə seçdi. Hər kəs bu günü oruc tutsa Allah Təala onun əməl dəftərində altmış ayın orucunu qeyd edər.

3- Yenə də imam Sadiqdən (ə) nəql edilir: Rəcəbin  27-ci günü orucu tərk etməyin, çünki, bu elə bir gündür ki, Allah Muhəmmədi (s) peyğəmbərliyə layiq görüb və həmin günün orucunun səvabı altmış aya bərabərdir.

Həmin məzmumda digər bir sıra rəvayətlər də mövcuddur. Əhli-sünnənin alimləri besətin Ramazan ayında baş verməsini isbat etmək üçün Bəqərə, Duxan və Qədr surələrinin ayələrinə istinad ediblər. Onlar deyiblər ki, Rəcəb ayında bütövlükdə Quran adıyla bağlı bu ayələrdə heç bir söz deyilmir.  Onun Ramazan ayında nazil olmasına dəlalət edən, tam açıq və aydın ayələr bunlardır.

 

....شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ (Quran Ramazan ayında...) Bəqərə-185

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ   (mübarək gecədə.....) Duxan-3

   إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (yuxarıda qeyd olunan mübarək gecə Qədr gecəsidir)

 

Və buna əsasən Besət Quranın nüzulu ilə birlikdədir. Belə olduqda isə Besətin Ramazan ayında baş verməsi həqiqətə daha çox əsaslanır. Amma bu dəlilə gərək belə cavab verilsin.

  • 1- Əvvəla bu üç ayə Quranın nazil olma zamanına dəlalət edir. Əslində isə nüzulun yeri, məkanı bu ayələrdən məlum olmur. Əgər Həra mağarasında nazil olan ilk ayəni nəzərdə tutulan məqsəd kimi desək, bu ayələrin heç birindən tam aydın olmur.
  • 2- Zahiri dəlillərə əsasən Bəqərə-185, Qədr-1 bu ayələr Quranın bütövlükdə mübarək gecədə nazil olmasına dəlalət edir. Duxan-3 isə Quranın bütöv, kamil surətdə nazil olmasını daha aydın şəkildə çatdırır və burda  أَنْزَلْنَاهُ kəlməsi kitab kəlməsinə qayıdır ki, burada ayələrin toplusu, kamil ilahi kitab nəzərdə tutulur. Besətin başlanğıcı isə Ələq-5 ayənin nazil olması ilə aydınlaşır.                                                                                                                                                                                                    عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ                                                                                                                                                                            3- Buna əsasən də bu ayələrin məhz peyğəmbərin (s) besəti ilə bağlığını demək olmaz.                                                                                                                          

          Dəyərli “Əttəmhid” kitabının yazıçısı bu müşkülün digər həlli yolunu belə izah edir, o deyir:

Əhli-beytdən gələn rəvayətlərə əsasən besət Rəcəb ayında baş verib, amma Quranın nüzulu asimani və həmişəlik ilahi qanunlar ünvanında üç il fasilədən sonra peyğəmbərə nazil oldu. Bu illərdə Peyğəmbərin (s) məxfiyanə dəvəti olmuşdur və bu hadisə bir çox rəvayətlərdə öz əksini tapır. Besətdən üç il keçəndən sonra Hicr surəsinin 95 və 94-cü ayələr nazil oldu.

                 فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

إBu zamandan etibarən Quranın nüzulu ardıcıl olaraq başladı. Başqa bir rəvayətdə qeyd olunur ki, nüzulun müddəti 20-il davam etdi. Belə nəticəyə gəlmək olar ki, Quranın nüzulunun başlanğıcı besətin başlanğıcından sonra, üç il fasilə arasında, Ramazan ayının Qədr gecəsində olmuşdur.

Təmhid digər mətləbində belə bəyan edir:

1-   Quranın nüzulu və Besət məsələsi arasında heç bir əlaqələndirici hal mövcud deyil.

2-   Ələq surəsinin əvvəlki ayələri besətin başlanğıcında müjdə olub və nüzul ünvanında hesaba alınmır.

3-   Quranın fasiləsiz nüzul başlanğıcı, asimani bir kitab ünvanında, Ramazan ayından və Besətdən üç il sonra Peyğəmbərə (s) çatdırılmışdır.

4-   Nüzulun müddətinin 20-il davam etməsini rəvayətlər də təsdiqləyir.

5-   Ramazan ayında Quranın nazil olma hədəfi nüzulun başlanğıcıdır. Çünki bu, mühüm tarixi hadisə kimi qeyd olunur.

Əsaslı dəlillərlə möhtərəm yazıçıların iki mənbəyə istinad etmələri qeyd olunur.

1-   Tarixi rəvayətlərdə nəzərə çatdırılır ki, peyğəmbərin məxfiyanə dəvətinin müddəti Məkkədə, Besətdən üç il əvvəl olub və bu dəvət Hicr-94 nazil olana qədər davam etdi.

2-   Quranın Peyğəmbərə (s) nazil olma müddəti  20-il qeyd edilib, 23-il deyilməyib.

Təmhidin nəzəriyyəsində bir neçə işğal var.

1-   Əli ibni İbrahim Qummi, Yəqubi və Muhəmməd bin İshaqidən (81-ci il) nəql olunur. Onlar da imam Sadiqdən (ə) nəql ediblər. Məxfiyanə dəvətin üç il ərzində, besətin əvvəlinə dəlalət etməsi yalnız gizli dəvətə işarədir. Onların heç birində ayələrin bu üç il ərzində nazil olmamasına toxunulmur. Gizli dəvətlə Quranın nüzulunda ziddiyyət yoxdur. Ziddiyyət yalnız bundadır ki, 3-il ərzində fəqət Ələq-5 ayə nazil olub və bütün bu nəzərlərə baxışdan sonra həmin mətləb insanda təəccüb doğurur. Çünki bu, nəinki, tarixi hadisələrlə uyğunsuzluq yaradır hətta məxfiyanə dəvətlə bağlı rəvayətlərə də xələl gətirir.

2-   Qeyd olunur, müntəzəm, fasiləsiz nüzul asimani kitab ünvanında bu ayədən sonra oldu.  ... فَاصْدَعْ بِمَا تُؤْمَرُ və bu ayə tərtibi nüzul cədvəlinə əsasən Məkki surələrindən sayılır. Təmhid öz rəvayətlərini İbni Abbas, Cabir bin Zeyd və digərlərindən nəql edib. Hicr surəsi Quranın 54-cü surəsidir. Əgər Təmhid onun tərtibinə təkid edirsə bu doğrudur və gərək qəbul olunsun. Bu ayədən əvvəl 53-surə nazil olub və onu təsdiqləyir ki, məxfiyanə dəvət Quranın nüzulu ilə ziddiyyət daşımır.

3-   Mümkündür, Quran ayələrinin nüzuluna Peyğəmbərin (s) ehtiyacı Besətin əvvəlində başqa zamanlardan daha çox olsun. Bu məsələ Məkki və Mədəni surələri ilə müqayisədə aydın olur və üç il daxilində 53-surə, qalanları isə ümumi dəvət xüsusunda Məkkədə nazil olmuşdur və bu təsdiqlənir.

4-   Başqa rəvayətlərdə Quranın 23-il ərzində nazil olması daha aydın nəzərə çarpır.

5-   Kafi və Təfsiri-Əyyaşinin kitablarında Təmhidin nüzulun 20-il müddəti rəvayəti əks iddia kimi müəyyən olunur.

Bütün bu rəvayətlərdə Quranın nazil olması Ramazan ayında , Beytul-məmura enməsi təfsir olunub. Təmhid bu haqda yalnız bir qisim rəvayətə istinad edib, amma biz bu mətni kamil surətdə nəzərdən keçirək.

Həfəsə bin Ğiyas deyir: İmam Sadiqdən (ə) soruşdum; Quran, nazil olmanı  necə bir gecədə deyir ki, halbuki o, 20-il müddətində əvvəldən axıra kimi nazil olub? İmam buyurdu:

“Quran bir dəfəyə Beytul-məmura nazil olub, sonra onun nüzulu 20-il müddətində davam edib”.

Bu rəvayət Əyyaşinin təfsirində də qeyd olunur. Əyyaşidən gələn rəvayətdə Təmhidin nəzəriyyəsinin əksinə olaraq təkidlə bildirilir ki, Quran Qədr gecəsi bir dəfəyə Beytul-məmura enib, nüzulun başlanğıcını isə məhz Ramazan ayına dəlalət etmək olmaz.

                                         Digər nəzərlər

1-    Quranın nazil olma başlanğıcı Besətdən üç il sonra olmuşdur və 5-ayə Besət zamanında nazil olmuşdur, həmçinin bu Quran ünvanında olmamışdır. Hicr-94 bu ayə nazil olaraq Peyğəmbərə (s) açıq-aşkar dəvət etməyə əmr olundu. Ondan sonra Quran ayə və surələri ilə nazil oldu.

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

2-   Əgər Peyğəmbərin (s) zamanında Həmd surəsi “Fatihətul-kitab” adlandırılırdısa bu, Peyğəmbərə (s) nazil olan kamil surəyə dəlildir. Bəzi rəvayətlərin nəqlinə görə Besətdən əvvəlki gün Cəbrayıl (ə) İslam ayinlərini, dəstnamazı və namazı Peyğəmbərə (s) təlim etdi. Buna əsasən “Həmd” surəsinin kamil surətdə nazil olması aydındır, çünki, heç bir namaz Fatihə oxunmamış qəbul deyil.

3-   Quranın Qədr gecəsində nazil olması və Peyğəmbərin (s) həyatında 20-il müddətində onun tədricən nazil olması ilə bağlı müxtəlif mətləblərə işarə edilir. Bəziləri Quranın nüzulunun Qədr gecəsində başlandığını deyiblər. Bəqərə-185. Mühəqqiqlərin çoxunun bu fikirdə nəzər birliyi var və onlar deyiblər ki, Quranda olan mövzuların bir yerdə, bir gecədə nazil olması mümkün deyil, çünki, əgər belə olsaydı mənalar başa düşülməzdi. Məs: Quranda keçmişdən xəbər verilir, Qədr gecəsi isə əvvələ nisbətdir və s.

Quran neçə mərhələdə nazil olub? Bəziləri 2-mərhələdə və bəziləri isə 3-mərhələdə deyiblər.

  • 1- Quran lövhi-məhfuza nazil olub. (lövhi-məhfuz elə bir yerdir ki, onu dərk etmək bizim ağlımıza sığmır.
  • 2- Lövhi-məhfuzdan Beytul-məmura. Beytul-məmur səmada olan 1-ci məkandır. Bəziləri qeyd edirki, Beytul-məmur peyğəmbərin qəlbidir.
  • 3- 23-il ərzində tədricən nazil olub.
[...]

Read more 0

Nübuvi (peyğəmbərlərə gələn vəhy) vəhyin növləri

Rate this item
(1 Vote)

                 Nübuvi (peyğəmbərlərə gələn vəhy) vəhyin növləri

وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ      

“(Heç bir bəşər övladına Allahla danışmaq müəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!” Şura-51

 Quranın baxışında peyğəmbərlərə vəhyin verilmə yolları hansılardır?

Yuxarıda qeyd olunan ayədə bəşərlə bağlı ilahi söhbət üç cür bəyan olunur:

Peyğəmbərlərlə qeyb aləmi arasında bağlılıq, Allah tərəfindən rabitə kimi bizə tanıtdırılan “vəhy” əsasən üç cürdür.

1- Müstəqim (birbaşa, qəlbə ilham, yuxu)

2- Hicab arxasında. (həzrəti Musanin (ə) Allahla söhbəti)

3- Qeyri-müstəqim. Mələk vasitəsi ilə (mələyin gözə görünməsi, müxtəlif səslər eşitməklə)

Vəhyin birinci qismi birbaşa, vasitəsiz və müstəqimdir. Digər qeyd olunan ikinci qism pərdə ya peyğəmbərlərlə bağlı, vasitəli və qeyri-müstəqimdir.

Allahla söhbət, yəni, Allahla məxluq arasında heç bir vasitə olmadan söhbət. Həzrət Musanın (ə) Tur ağacı arxasından eşitdiyi Allahın sözü idi. Lakin Musa (ə) o nidanı yalnız həmin nahiyədə eşitdi.

Mələk vasitəsilə Allahla söhbət bu vəhyin Peyğəmbəri Əkrəmə aid olduğu aydınlaşır.

وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ  

(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan). Şüəra-52

عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ    

“(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)”  Şüəra-194

 

Bu ayədən məlum olur ki, “ruh” kəlməsi ayədə olan həmin “ruhul-əmin”dir. Buna əsasən, Quran və onun hissələri Allah tərəfindən vəhy mələyinin vasitəsilə (Cəbrayıl və ruhul-əmin) göndərilmişdir.

Müstəqim vəhy- çətin və ağır növ idi. Bu vəhy baş verən zaman peyğəmbərin (s) halı dəyişirdi, hərarəti çoxalır və vücudunda titrəmə yaranırdı. Üzünün rəngi dəyişər, bəzən qızarar və bəzən isə tutqunlaşardı. Sanki, həzrətinn iztirabı üzünün rənginin dəyişməsi ilə özünü biruzə verirdi. Hətta vəhyin təsirindən özündən getdiyi hallar da olurdu. Bir sözlə ağrılardan Peyğəmbərin (s) bütün vücudunda halsızlıq yaranırdı.

Qeyri-müstəqim vəhy- Peyğəmbərə (s) Cəbrailin (ə) vasitəsilə gələn vəhydir və bu növ çətin deyildi. İlahi vəhyin daşıyıcısı olan Cəbrail (ə) ayələri mələklərin dəstəsi və xüsusi mühafizəsi ilə nazil edərmiş. Qeyri-müstəqim vəhydə Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) qarşısında mücəssəm olurdu. 

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur

[...]

Read more 0

Vəhy və onun növləri

Rate this item
(1 Vote)

                                      Vəhy və onun növləri      

Vəhy lüğətdə- xəbər, işarə, bildiriş, bir məlumatı çatdırmaq, məxfi söhbət, ilham və yazıdır. Bundan başqa “vəhy”  sürətlə çatdırılan xəbərə də aiddir (işarə, rəmz və yaxud səslə).

Vəhy terminologiyada- ilahi peyğəmbərlərlə qeyb aləmi arasında yaranan mənəvi rabitədir və bu rabitə adi insanlara şamil deyil, yalnız seçilmiş insanlara aiddir.  Vəhy insanların dərkinə sığmayan bir xəbərdir.                    

                                                Vəhy Quranda

Qurani Kərimdə vəhy kəlməsi bu  mənalarda işlənmişdir; ilham, mələklər, şəyatin, insan, heyvan və yer. Vəhyin daha çox işlənən növü birbaşa olan vəhydir və bu növ peyğəmbərlərlə bağlıdır. Vəhy və onun xüsusunda olanlar peyğəmbərlərə rabitə şəkilində aid olur. Vəhyin müxtəlif mənalarından əsas altı hal üstünlük təşkil edir və bu mənalar ərəb lüğəti ilə uyğundur. Vəhyin altı mənası var və ibarətdir.

1) Mələklərə olunan ilham  ̶ “O zaman Rəbbin mələklərə vəhy edirdi ki, “Mən sizinləyəm”. Ənfal-12

2) İnsanlara olunan ilahi ilham  ̶  “Biz Musanın anasına sirli və sürətli şəkildə ilham etdik: “Onu əmizdir”. Qəsəs-2

3) Cansızlara  olunan ilahi ilham  ̶  “Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.

Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir”. Zəlzələ-4-5

4) Şeytani vəsvəsə ̶ “Beləcə, hər bir peyğəmbər üçün insan və cin seytanlarından düşmənlər qoyduq. Onların bəzisi puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar”. Ənam-112

  “Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə təlqin edirlər”. Ənam-121

5) İşarə  ̶  “Beləliklə, o mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin”. Məryəm-11

6) Ğərizə (yəni instikt, qeyri-şüuri, qeyri-iradi)

 “Və Rəbbin bal arısına vəhy etdi...” (Nəhl 68)

Əllamə Təbatəbai deyir: “Vəhyin mənasından belə nəticə əldə edirik ki, “vəhy” istifadə olunduğu yerlərdə, bir mənanın çatdırılmasıdır və bilməyənlər üçün məxfi olur, bu da vəhydir. Buna əsasən ilqa vasitəsilə olan vəhy heyvanlara,  ğərizə mənası kimi başa düşülür. Həmçinin, yuxu vasitəsilə (Qəsəs-7), vəsvəsə və ya işarə (Məryəm-11) də vəhydir”.

Əli ibni Əbutalibdən gələn rəvayətlərə görə Quranda deyilən vəhyin növləri bunlardır: İlham, peyğəmbərlərə olan vəhy, işarə, təqdir, əmr, kizb (şəyatin), xəbər və bunların hər biri ayələrdə işlənmişdir.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.

 

[...]

Read more 0

Quranın toplanma mərhələləri

Rate this item
(1 Vote)

 

Quranın toplanma mərhələləri

Qurani Kərim rəsmi şəkildə üç mərhələdə toplanmışdır:

1- Hifz mərhələsi, Peyğəmbərin (s) zamanında (hafizlər, Quranın əzbərlənməsi)

2- Kitabət mərhələsi, birinci xəlifə Əbubəkrin zamanında (müshəflərin yazılması və cəmi)

3- Qiraət mərhələsi, 3-cü xəlifənin zamanında (qiraətlərin toplanması və qarilər)

 

1- Hifz mərhələsi

Peyğəmbərin (s) zamanında həzrətin səhabələri Quran əzbərləməyə daha çox diqqət edirdilər. Peyğəmbərə (s) nazil olan hər bir ayəni əvvəlcə həzrət onlar üçün oxuyurdu və sonra isə eşidənlər həmin ayəni əzbərləyirdilər. Tarixdə qeyd olunur ki, həmin zamanda Misirdən fərqli olaraq Ərəbistanda yazı vəsaitləri hələ tanınmamışdır. Həmçinin ərəblər güclü yaddaşa malik idilər . onlar üçün hər-hansı uzun şeri və ya qəsidəni əzbərləyib yadda saxlamaq çətin deyildi. Qurani-Kərim ən gözəl bəyan olduğu üçün kamil şəkildə eşidənlərin qəlbinə nüfuz etmişdir. Bundan başqa Rəsuləllah (s) öz səhabələrini bu işə həvəsləndirirdi. Yazı vasitələrinin az olması səbəbindən müsəlmanlar öz güclü yaddaşlarını Quranın əzbərləməsinə sərf etdilər.

2- Kitabət mərhələsi (yazı)

Peyğəmbərin (s) yaşadığı zamanda Qurani-Kərim hifz yolu ilə cəm olunmuşdur. Lakin bu üsul Quranın qorunub saxlanılmasına dəlalət etmir. Çünki Quran sinələrdə yığılmışdı və zehinlərdə həkk olunmuşdur. Təbii onu hifz edənlər bir gün dünyalarını dəyişəcəkdi və beləliklə də Quranın aradan getmə təhlükəsi vardı. Peyğəmbərin (s) zamanında yazı yazmağı bacaranların sayı az olsa da həzrət (s) onlara vəhyi yazmağı tapşırmışdır. Beləliklə həmin şəxslər tarixdə “vəhy-katibləri” adı ilə tanındılar.

 

3- Qiraət mərhələsi

Bu mərhələ 3-cü xəlifə Osman ibni Əffanın dönəmində başladı. Qeyd olunan məlumatlara görə, Osmanın müshəfləri dörd nüsxədə yazıldı və onların üçü Kufə, Şam və Bəsrə şəhərlərinə göndərildi, bir müshəfi isə Mədinədə saxladılar və ona “imam müshəf”ı deyirdilər. Məntəqələrə ezam olunan müshəflərdə qarşıya çıxan hər hansı bir ixtilaflı nöqtəyə “imam müshəf”i ilə aydınlıq gətirilirdi. Bəzi rəvayətlərdə bu sayı yeddiyə qədər demişlər, Məkkə, Yəmən, Bəhreyn. Yəqubi tarixində bu say doqquza qədər qeyd olunub (Misir, Əlcəzair). Müshəflərlə birlikdə hər şəhərə bir qari yollayırdılar ki, bəzi anlaşılmayan mətləblərə aydınlıq gətirsin. Məntəqələrə göndərilən qarilər əsasən bu şəxslər idi:

1- Abdullah ibn Saib (Məkkə mushəfi)

2- Muğeyrə ibn Şəhab (Şam)

3- Əbu Əbdurrahman Suləmi (Kufə)

4- Amir ibn Əbdülqeys (Bəsrə)

5- Zeyd ibn Sabit (Mədinə, “imam müshəfi”)

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur[...]

Read more 0

Vəhy-katibləri

Rate this item
(1 Vote)

Vəhy-katibləri

Vəhy katiblərinin sayı barədə müxtəlif nəzərlər var. Hafiz ibn Əsakir (vəfatı h.q. 571-ci il) “Dəməşqin-tarixi” adlı kitabında 23 nəfərin adını qeyd etmişdir, Əbu Şamə 25 nəfərin adını qeyd etmiş, Şibr Əmlisi (vəfatı h.q. 1087-ci il) 40 nəfərin adı deyib, Hafiz Əraqi(vəfatı h.q. 806-cı il) 42 nəfəri deyib, Burhan Hələbi “Şəfa” kitabında bir haşiyədə 43 nəfərin adını vurğulamışdır  Müctəhid Zəncani də onun fikrini təsdiqləmişdir. Qərb şərqşünaslarından olan fransız alimi Bleyşr deyir: “İlahi kəlamı yazanların sayı 40 nəfər idi”. Yuxarıda qeyd olunan tarixi mənbələrə əsasən katiblərin adını nəzərinizə çatdırırıq. Katiblər əsasən iki hissədən ibarət (Məkkə və Mədinə katibləri) olmuşdur.

Məkkə zamanının katibləri

4 Xüləfayi-Raşidin (Əbu Bəkr ibn Qəhafə, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib), Şürəhbil ibn Həsənə (v.t.-h.q.18-ci il), Abdullah ibn Səd ibn Əbi Sərh (v.t.-h.q.37-ci il), Xalid ibn Səid ibn As ibn Uməyyə, Təlhə, Zubeyr (v.t.-h.q.36-cı il), Səd ibn Vəqqas (v.t.-h.q.55-ci il), Amir ibn Füheyrə (v.t.-h.q.4-cü il), Əla ibn Həzrəmi (v.t.-h.q.21-ci il), Müəyyiqeyb ibn Əbi Fatimə (v.t.-h.q.40-ci il), Ərqəm ibn Əbil-Ərqəm (v.t.-h.q.11-ci il), Hatib ibn Əmr, Hatib ibn Əbi Bəltəə(v.t.-h.q.30-cu il), Musəb ibn Umeyr, Abdullah ibn Cəhş , Cəhm ibn Qeys, Salim Mövla Əbi Hüzeyfə (v.t.-h.q.12-ci il).

Mədinə zamanının katibləri

Abdullah ibn Rəvahə (v.t.-h.q.8-ci il), Sabit ibn Qeys (v.t.-h.q.12-ci il), Hənzələ ibn Rabi (v.t.-h.q.45-ci il), Hüzeyfə ibn Yəman (v.t.-h.q.36-cı il), Əla ibn Uqbə, Cuheym ibn Səlt, Abdullah ibn Zeyd (v.t.-h.q.63-cü il), Muhəmməd ibn Müslim (v.t.-h.q.43-cü il), Hənzələ ibn Əbi Amir (v.t.-h.q.3-cü il), Abdullah ibn Abdullah ibn Ubəy ibn Səlul, Əbu Zeyd Qeys ibn Səkən, Uqbə ibn Amir (v.t.-h.q.58-ci il), Məaz ibn Cəbəl və başqaları.

Abdullah Zəncanı 43 nəfərin adını katib ünvanında qeyd etdikdən sonra deyir: “Peyğəmbərin (s) yanında daha çox etimad qazanmış katiblərdən Əli ibn Əbu Talib və Zeyd ibn Sabit olmuşdur. ” bir çox alimlər öz əsərlərində Əli ibn Əbu Talibin ilk vəhyi yazan olduğunu qeyd etmişlər. bundan başqa Peyğəmbər (s) üçün müqavilələr, sülhnamə və məktub yazanlar da olmuşdur lakin həmin şəxslərin adları katiblər sırasında onların adları barədə dəqiq məlumat yoxdur.

Yazı alətləri

Quranın nazil olan dövrdə çox sadə yazı alətlərindən istifadə olunurdu. Müsəlmanlar üzərində yazı yazmaq mümkün olan hər hansı bir vasitəni əldə edirdilər. Yazı vasitələri əsasən bunlardan ibarət idi:

1- عسب (usub) - “عسيب” sözünün cəm formasıdır: xurma ağacının gövdəsinə deyilir və onun üzərinə yazı yazırdılar.

2- لخاف (lixaf) – “لخفة”  sözünün cəm formasıdır: xırda daşlara və nazik, yastı daşlara deyilir.

3- رقاع (riqa) -رقعة   sözünün cəm formasıdır: kağızdan, ağacdan və ya nazik dəridən olan vərəqlərə deyilir.

4- اديم (ədim) - ادم  ادم  sözünün cəm formasıdır: aşılanmış heyvan dərisinə deyilir.

5- اكتاف  (əktaf) - كتف sözünün cəm formasıdır: dəvənin və ya qoyunun sümüyünə deyilir.

6- اقتاب (əqtab) -   قتب  sözünün cəm formasıdır: oturmaq üçün dəvənin belinə qoyulan taxta parçasına deyilir.

7- اضلاع (əzla) -  ضلع  sözünün cəm formasıdır: heyvanın qabırğasının üstü hamar sümüklərinə deyilir.

8- حرير (hərir)- ipək parşa deməkdir.

9- قراطيس (qəratis) - قرطاس sözünün cəm formasıdır: kağız deməkdir.

10- شظاظ (şizaz)- bir taxta növüdür.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.[...]

Read more 0

Quranın toplanma mərhələləri

Rate this item
(1 Vote)

 

Quranın toplanma mərhələləri

Qurani Kərim rəsmi şəkildə üç mərhələdə toplanmışdır:

1- Hifz mərhələsi, Peyğəmbərin (s) zamanında (hafizlər, Quranın əzbərlənməsi)

2- Kitabət mərhələsi, birinci xəlifə Əbubəkrin zamanında (müshəflərin yazılması və cəmi)

3- Qiraət mərhələsi, 3-cü xəlifənin zamanında (qiraətlərin toplanması və qarilər)

 

1- Hifz mərhələsi

Peyğəmbərin (s) zamanında həzrətin səhabələri Quran əzbərləməyə daha çox diqqət edirdilər. Peyğəmbərə (s) nazil olan hər bir ayəni əvvəlcə həzrət onlar üçün oxuyurdu və sonra isə eşidənlər həmin ayəni əzbərləyirdilər. Tarixdə qeyd olunur ki, həmin zamanda Misirdən fərqli olaraq Ərəbistanda yazı vəsaitləri hələ tanınmamışdır. Həmçinin ərəblər güclü yaddaşa malik idilər . onlar üçün hər-hansı uzun şeri və ya qəsidəni əzbərləyib yadda saxlamaq çətin deyildi. Qurani-Kərim ən gözəl bəyan olduğu üçün kamil şəkildə eşidənlərin qəlbinə nüfuz etmişdir. Bundan başqa Rəsuləllah (s) öz səhabələrini bu işə həvəsləndirirdi. Yazı vasitələrinin az olması səbəbindən müsəlmanlar öz güclü yaddaşlarını Quranın əzbərləməsinə sərf etdilər.

2- Kitabət mərhələsi (yazı)

Peyğəmbərin (s) yaşadığı zamanda Qurani-Kərim hifz yolu ilə cəm olunmuşdur. Lakin bu üsul Quranın qorunub saxlanılmasına dəlalət etmir. Çünki Quran sinələrdə yığılmışdı və zehinlərdə həkk olunmuşdur. Təbii onu hifz edənlər bir gün dünyalarını dəyişəcəkdi və beləliklə də Quranın aradan getmə təhlükəsi vardı. Peyğəmbərin (s) zamanında yazı yazmağı bacaranların sayı az olsa da həzrət (s) onlara vəhyi yazmağı tapşırmışdır. Beləliklə həmin şəxslər tarixdə “vəhy-katibləri” adı ilə tanındılar.

 

3- Qiraət mərhələsi

Bu mərhələ 3-cü xəlifə Osman ibni Əffanın dönəmində başladı. Qeyd olunan məlumatlara görə, Osmanın müshəfləri dörd nüsxədə yazıldı və onların üçü Kufə, Şam və Bəsrə şəhərlərinə göndərildi, bir müshəfi isə Mədinədə saxladılar və ona “imam müshəf”ı deyirdilər. Məntəqələrə ezam olunan müshəflərdə qarşıya çıxan hər hansı bir ixtilaflı nöqtəyə “imam müshəf”i ilə aydınlıq gətirilirdi. Bəzi rəvayətlərdə bu sayı yeddiyə qədər demişlər, Məkkə, Yəmən, Bəhreyn. Yəqubi tarixində bu say doqquza qədər qeyd olunub (Misir, Əlcəzair). Müshəflərlə birlikdə hər şəhərə bir qari yollayırdılar ki, bəzi anlaşılmayan mətləblərə aydınlıq gətirsin. Məntəqələrə göndərilən qarilər əsasən bu şəxslər idi:

1- Abdullah ibn Saib (Məkkə mushəfi)

2- Muğeyrə ibn Şəhab (Şam)

3- Əbu Əbdurrahman Suləmi (Kufə)

4- Amir ibn Əbdülqeys (Bəsrə)

5- Zeyd ibn Sabit (Mədinə, “imam müshəfi”)[...]

Read more 0

Tədrici nüzulun hikməti

Rate this item
(1 Vote)

Tədrici nüzulun hikməti

Quranın tədricən nazil olmasının bir sıra hikmətləri var ki, onlardan ən mühümləri bunlardır.

1.   Peyğəmbərin (s) qəlbini möhkəmlətmək.      

Allah-təala “Furqan” surəsinin 32-ci ayəsində buyurur:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلا

“Küfr edənlər dedilər: “Nə üçün Quran ona bir yerdə (bütünlüklə) nazil olmayıb?” Onun vasitəsilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və onu yavaş-yavaş, bir-birinin ardınca (23 il ərzində müxtəlif həcmlərlə sənə) oxuduq”.

Muhəmməd (s) 23 il ərzində bir çox çətinlik və əzab-əziyyətlərlə qarşılaşırdı.       Ayələrin tədricən, təkrar və davamlı nazil olması Peyğəmbərə (s) yeni ruh verir, onu şövqləndirirdi. Çünki onun öhdəsində “ümumbəşəri” risalət kimi ağır vəzifə vardı. Həzrətin (s) dostları çox az, maddi imkanları zəif idi. Digər tərəfdən də düşmənlərin inadkarlığı, yersiz bəhanələr və s. Peyğəmbərin (s) işini daha da çətinləşdirirdi. Belə üzücü anlarda bəşarət və ümidverici ayələrin nazil olması o həzrətin (s) pak qəlbinə aramlıq, təskinlik verirdi.

2.   İnsanların hazırlığı və təlim-tərbiyəsi.

 

Təlim-tərbiyə məsələsi də Quranın tədricən nazil olmasını tələb edirdi. Çünki təəssüb, təkəbbür kimi əxlaqi rəzalətləri aradan aparmaq, o dövrün insanlarını batil və xurafi əqidələrindən uzaqlaşdırıb, onları təqva, pərhizkarlıq və sağlam etiqadla əvəz etmək üçün zamana ehtiyac vardı, bu iş gərək tədricən, yavaş-yavaş gerçəkləşəydi. Necə ki, Allah-təala insanların diqqətini şəraba və onun (hazırlanmasına) mənşəyinə çəkir.

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالأعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِقَوْمٍ يَعْقِلُونَ

“Və üzüm və xurma ağaclarının meyvələrindən məstedici içkilər... alırsınız” (“Nəhl” surəsi, ayə 67).

Sonrakı mərhələdə isə insanları düzgün və sağlam təfəkkürə sövq edir:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

“Səndən şərab və qumar haqda soruşurlar. De ki, onlarda böyük ziyan, günah və insanlar üçün mənfəət vardır. (Amma) Onların günahı (xeyirlərindən) mənfəətlərindən çoxdur...” (“Bəqərə” surəsi, ayə 219)

Üçüncü mərhələdə isə şərab barədə insanlara məhdudiyyət qoyur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَقْرَبُوا الصَّلاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ

 “Ey iman gətirənlər! Sərxoş halda nə dediyimizi bilənə kimi namaza yaxınlaşmayın...” (“Nisa” surəsi, ayə 43)

Sonuncu mərhələdə isə qəti olaraq şərabı haram edir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأنْصَابُ وَالأزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları nəcis və murdardır və şeytanın işlərindəndir. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız” (“Maidə” surəsi, ayə 90).

3.  Quranın təhrif olmaması.

O zamanlar vəhyin kəlmələrini yazmaq hamı üçün mümkün deyildi. Vəhy katibləri də çox az idi. Buna görə də Quran bir dəfəyə nazil olunsaydı, təhrif olunma ehtimalı daha çox olardı. Quranın tədrici nüzulu onun təhrif olunmasının qarşısını alardı. Çünki ayələr nazil olduqca müsəlmanlar onları əzbərləyir, sonrakı ayələrin nüzulunadək artıq bu ayələr kamilən hifz olunmuşdur və bu Quranın təhrif olunmasının qarşısını alırdı.

4.   Ayələrin hadisələrlə bağlı (əlaqədar) nazil olması.

Quranın bir çox ayələri: müharibə, sülh, qələbə, məğlubiyyət və s. ilə müxtəlif hadisə və dəyişikliklərlə əlaqədar nazil olurdu. Və bu hadisələr tədricən, müəyyən zaman fasilələrlə baş verdiyi üçün bu münasibətlə nazil olan ayələr də tədricən nazil olurdu.

5.   Ayələrin mənası haqqında düşünmək.

Quranın tədricən nazil olmasının sirlərindən birini, müsəlmanların ilahi ayələrdə düşünməsi hesab etmək olar. Çünki bu zaman müsəlmanların, səmavi kitabın ayələri üzərində fikirləşmək, ilahi ayələrə daha çox diqqət edə bilmək üçün kifayət qədər fürsətləri olurdu.

6.   Quranın əzəmət və həqqaniyyətini göstərmək.

Quranın kitab etdiyi şəxslər tənqidçi inadkar və təəssübkeş kimsələr idi. Onlar bu ilahi xəbərlərin yayılmasının qarşısını almaq üçün hər cür hiylə və kələyə əl atırdılar. Buna baxmayaraq, ayələrin ürəyəyatan ahəngi onların daş qəlblərini yumşaldırdı. Quranın müxtəlif zamanlarda təkrar-təkrar mübariz istəməsi (yəni müşriklərdən Quran ayələrinə bənzər bir ayə gətirməsini tələb etməsi) və müşriklərin acizliyi bu səmavi kitabın haqq olmasını aydınlaşdırdı. Bütün bunlar Quranın tədricən nazil olması ilə mümkün olurdu.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.[...]

Read more 0

Quranın mənaları

Rate this item
(1 Vote)

 

Quranın mənaları

“Quran” sözünün beş mənası vardır. O beş mənanı üç hissəyə bölmüşlər:

  1. “Quran” söz heç bir sözdən alınmamışdır. Əvvələr istifadə olunmamışdır. Allah onu ilk dəfə olaraq bu asimani kitaba ad kimi nazil etmişdir. Necə ki, Həzrət İsa (ə) və Musanın (ə) kitabının adını “Tövrat” və “İncil” qoymuşdur
  2. “Quran” sözü alınma sözdür və həmzəsizdir.
  3. a) “Quran” sözü “qarn” sözündən əmələ gəlmişdir və mənası “surələrin, ayələrin və hərflərin bir-birinə yaxın olmasıdır”.
  4. b) “Quran” “qarain” sözündən alınıb və mənası belədir: “Quranın ayələri bir-birinə bənzərdir, ayələr bir-birini təsdiqləyir və yozur”.
  5. “Quran” sözü alınma sözdür və həmzəlidir.
  6. a) “Quran” sözü “qar” sözünün cəm mənasını daşıyır. Ərəblər məsələn: “suyu hovuza yığdım” demək istədikdə bu sözdən istifadə edirdilər. “Quran” sözü cəm mənasını daşıyır. Yəni “Quran” bütün asimani kitabların səmərəsidir və onları özündə cəm edib.
  7. b) “Quran” tilavət mənasını daşıyır. “Quran” sözü əslində məsdər şəklindədir, burada “oxunulmuş, oxunulan” mənasındadır. Bu məna “kitab” sözünə bənzəyir. “Kitab” məsdərdir, lakin “yazılmış” mənasını daşıyır.

Bu beş “Quran” mənaları arasında beşinci məna daha üstün və münasibdir. Çünki, Peyğəmbərə (s) nazil olan ilk ayə “oxu” olmuşdur.

Həmçinin Quran kəlməsi ilk dəfə “Müzəmmil” surəsinin 4-cü ayəsində gəlmişdir. “Müzəmmil” surəsi nazil olma sırası ilə üçüncü surədir. Ayə belədir:

وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلا

“Quranı tərtil ilə (aram-aram) oxu”.

Yenə bu surənin sonunda gəlib:

فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ

“Elə isə Qurandan sizə müyəssər olanı oxuyun”.

Nəticə:

“Quran” sözü “qaraə” sözündən alınıb və “tilavət etmək, oxumaq” mənasını daşıyır.

“Quran”ın mənası Allah yanında çox əzəmətli və böyükdür. O yalnız bəşərin anlaması üçün sözlərlə ifadə olunub. O sözlər heç vaxt tam olaraq Quranın mənasını əks etdirə bilməz.

Məna heç vaxt hərflərə sığmaz, necəki sonsuz dərya kiçik qaba sığmaz.

Əllamə Təbətəbai bu mətləbə işarə edərək “Zuxruf” surəsinin 3 və 4-cü ayələrini şahid gətirir:

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

 

“Biz bu kitabı bəlkə siz düşünəsiniz deyə ərəbcə olan bir Quran etdik”.

“Həqiqətən, bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”.

Sonra əlavə edərək deyir: “Burada “Ummul-kitab” Lövhi-Məhfuzdur. Lövhi-Məhfuzun “Ummul-kitab” adlanmasının səbəbi budur ki, o bütün asimani kitabların mənbəyidir. Ayədə olan “əliyyun” sözünün mənası yəni Quran ağılasığmaz dərəcədə yüksəkdir və “həkim” sözünün mənası isə budur ki, Quran öz əsl yerində bölünüb ayələrə və surələrə, kəlmə və hərflərə ayrılmamışdır. O, ərəb dilində nazil olduğuna görə yalnız bəşərin dərki üçün bölgülərə ayrılmışdır. Odur ki, “oxunulası hala gətirilmiş” mənasını verən bu asimani kitabı “Quran” adlandırmışlar.

Bilməliyik ki, indi bizim gözümüzün önündə bu Quran yalnız bəşərin dərki üçün sözlərə bölünüb, vərəqlərə yerləşdirilib. Onun həqiqəti, mahiyyəti Lövhi-Məhfuzda yerləşir və orada Quran heç bir bölgüyə və təsvirə malik deyildir.

Dünyada ruhlar cism libası geydiyi kimi o, da hərflərdən bir don geyinib. Amma o qədər əzəmətli və böyükdür ki, onun əzəməti hətta hərflərdən belə hiss olunur. Heç kəs onun kimi bir kəlam gətirə bilmir, baxmayaraq ki, bəşər dilində nazil olub.

 

Quran tapmacaları

Allah-Taalanın böyük peyğəmbərlərindən biri olub “peyğəmbərlər atası” kimi məhşurdur. Övladlarından birinin vasitəsilə ərəblərin, digər övladı vasitəsilə isə Bəni-İsrailin ulu babası hesab olunur. Ulul-əzm peyğəmbərlərin ikincisidir. Quran surələrindən biri onun adınadır. Kəbə evini tikən peyğəmbərlərdən biridir. Məzarı Fələstində yerləşən Əl-Xəlil şəhərindədir.

O kimdir?

***

Quran kəlməsi olub təfsir və hədis kitablarında iki müxtəlif mənada işlənmişdir.

  • a) Cin və ins;

b) Quran və itrət;    

Bu kəlmə Qurani-Kərimdə bir dəfə işlənib (“Rahmən” surəsi, ayə 31-də).

Muhəqqiqlər onu “əkbər” və “əsğər” olmaqla iki yerə bölmüşlər. Qurani-Kərimə “əkbər”, Rəsuləllahın (s) itrətinə isə “əsğər” demişlər. Müfəssirlərin çoxu, o cümlədən Şeyx Tusi, Əbu Əli Təbərsi, Feyz Kaşani bu kəlməni “cin və ins” kimi tərif etmişlər.

Bu, hansı kəlmədir?

***

O, atası yüz yaşında, anası isə doxsan yaşında ikən dünyaya gəlmişdir. Adı ibri dilində “gülən” deməkdir. “Saffat” surəsinin 100-113-cü ayələri onun haqqındadır. O, Bəni-İsrail qövmünün peyğəmbərlərindən biri və Həzrət Yəqubun (ə) atasıdır.

O, kimdir?

***

İlahi peyğəmbər və ulul-əzm peyğəmbərlərdən birinin böyük oğludur. Anası, atasına bağışlanmış kəniz idi. Allahın iradəsi ilə susuz, otsuz bir səhrada xüsusi olaraq anası və onun üçün çeşmə peyda olmuşdur. Ərəblər onun nəslindən olub Həzrət Rəsulun (s) ulu babası hesab olunur.

O, kimdir?

***

Bu şəhər Peyğəmbərin (s) vəfatından sonra 35 hicri ilinədək xilafətin mərkəzi olmuşdur. Başqa adı Yəsrib olaraq yalnız bir dəfə Quranda bu adla yad edilmişdir. Bu şəhər Peyğəmbərin (s) və dörd imamın (ə) dəfn yeridir. Bu şəhərin adı dörd dəfə Qurani-Kərimdə qeyd olunmuşdur.

Bu, hansı şəhərdir?

***

İslamın böyük Peyğəmbərinin (s) adlarından biri olaraq yalnız bir dəfə Qurani-Kərimin “Saf” surəsinin 6-cı ayəsində gəlmişdir.

Bu, hansı addır?

Müəlliflik hüququ “Əbədi nur” jurnalına məxsusdur.
2007 / 01 (002)[...]

Read more 0

Hansı döyüş Quranın toplanmasına səbəb oldu?

Rate this item
(1 Vote)

Hansı döyüş Quranın toplanmasına səbəb oldu?

Həzrəti Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bir çox hadisələr baş verdi. Bunlardan biri də Yəmamə döyüşü idi ki, onun nəticəsi Quranın toplanmasına səbəb oldu. Təəssüflə qeyd olunmalıdır ki, bu döyüşdə yetmişdən çox Quran qarisi öldürüldü. Həzrəti Peyğəmbərin (s) vəfatından sonra baş verən bu döyüşdən müsəlmanlar çox narahat oldular. Xilafət məqamından qərar oldu ki, Quran rəsmi şəkildə cəm olunsun. Düşündülər ki, əgər Yəmamə müharibəsi kimi ikinci bir döyüş də baş versə Quranı sinələrində daşıyanların (hafizlərin) ölməsi nəticəsində İlahi kəlam aradan gedər.

Yəmamə döyüşü

Hgicrətin 9-cu ilində Yəmamə vilayətindən olan Müseyləmə Kəzzab bir dəstə ilə peyğəmbərin görüşünə gəldi lakin geri qayıtdıqdan sonra peyğəmbərlik iddiasına qalxdı. Elə bu səbəbdən Həzrəti Peyğəmbər (s) ona Kəzzab (yalançı) ləqəbini verdi. Hicrətin 12-ci ili Rəbiul-əvvəl ayında Əbu Bəkr Xalid ibn Vəlidin sərkərdəliyi ilə 4500-ə yaxın bir qoşunu Müseyləmə Kəzzabla döyüşə səfərbər etdi. Bu çox ağır bir döyüş idi və çoxlu itkilərə səbəb olmuşdu. Müsəlmanlar 40 min nəfər qoşunla üz-üzə gəldilər. Müseyləmə döyüşdə qətlə yetirildi və müsəlmanlar qalib gəldilər.

1700 nəfər şəhid olmuş müsəlmanlardan bəzi rəvayətlərə görə 700 nəfərin, bəzi rəvayətlərə görə 400 nəfərin başqa bir rəvayətlərə görə isə 70 nəfərin hafizi-Quranın şəhid olduğu qeyd olunur. Bu hadisədən sonra Ömər ibn Xəttab xəlifə Əbu Bəkr ilə Quranı bir cild şəklinə saxlmağı qərara aldılar.  Bu işi Zeyd ibn Sabitə tapşırdılar.  

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.

  [...]

Read more 0

Nə üçün Quran bütün məqsədlərini söz qəlibində bəyan etməmişdir?

Rate this item
(1 Vote)

Nə üçün Quran bütün məqsədlərini söz qəlibində bəyan etməmişdir?

Quranın batininə və dərinliklərinə varmaq üçün Allah-təalanın məqsədlərindən çoxunu Quranın söz və zahirində axtarırıq. Bu, bir sıra çətinliklər yaradır, mənaların səhv başa düşülməsinə və şəxsi rəylərin Quran adından təqdim edilməsinə səbəb olur. Görəsən nə üçün Qurani-kərim özünün bütün ali məqsədlərini sözlərlə ifadə etməyib ki, anlaşılması daha asan olsun və yalnış yozumların qarşısı alınsın?

Əllamə Təbətəbai bu suala belə cavab verir:

  1. İnsan bu dünya həyatında bütün daxili və xarici hissləri ilə maddiyatla əlaqədədir. Hətta düşüncəsi belə hissi məlumatlarına əsaslanır: yemək, içmək, oturmaq, durmaq, danışmaq, dinləmək və s. Bütün həyat fəaliyyətləri maddə ətrafında baş verir. Mənəvi dərk və təsəvvürlərin bir hissəsi də maddəçiliyə giriftar olmuş insan üçün yalnız maddi nümunələrin müqayisəsi və tətbiqi yolu ilə mümkün olur. Belə bir insan üçün qələbənin şirinliyi qəndin şirinliyi, dostluğun cazibəsi maqnitin cazibəsi, məqamın böyüklüyü ilə müqayisə və təsəvvür olunur. Həmçinin, mənəviyyatın dərk və tanınması bütün insanlar üçün eyni cür  gerçəkləşmir. İnsan dünyaya hər nə qədər bağlı olsa, onun mənəviyyat haqda mərifəti də bir o qədər məhdud olacaq, əksinə dünyaya rəğbəti azaldıqca mənəvi düşüncələri dərinləşəcək.
  2. Həyat, düşüncə və anlayışları maddi qəliblərdə və bu dünyaya hakim olan ölçülərlə formalaşmış insanın öz dərk və düşüncəsindən çox-çox ali olan maarifi qəbul etməsi qeyri-mümkündür. Bu mərifətin belə insanlara yüklənməsi nəinki onların inkişafına səbəb olmaz, hətta onlar üçün zərərli ola bilər.
  3. 3. Quran bütün insanlara eyni dərəcədə xitab edir və heç bir sinif, qrup, irq və cinsin, dini və mənəvi maarifdən bəhrələnməkdə heç bir xüsusi üstünlüyü və imtiyazı yoxdur. Quran açıq surətdə bəyan edir:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ

عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Ey insanlar! Şübhəsiz, Biz sizin  hamınızı bir kişi və qadından (Adəm və Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən, sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır (“Hucurat” surəsi, ayə 13).

Nəticə olaraq bunu demək olar ki, bu üç müqəddiməyə diqqət etsək aydın olar ki, ali, vəhyani maarifin insanlara ötürülməsi və təliminin ən münasib yolu onun bütün insanların başa düşəcəyi ən adi, sadə dildə çatdırılmasıdır.

İslamın Məkkədə zühur etməsinin səbəbi

         İslamın Məkkədə zühur etməsinin bir neçə səbəbi vardır ki, aşağıda ona işarə edirik:

  1. Məkkə “Ummul-Qura”dır, yəni ilk abadlaşan yerdir. Bu özü bir fəzilətdir. Buna görə də ən kamil din orada zühur etməli və dünyaya tanınmalı idi.
  2. Məkkə o dövrün qüdrətli dövlətlərinin nəzərindən uzaq idi. Bu, İslamın yaranması və yayılması üçün ən yaxşı fürsət və məkan idi. Çünki o zamanın böyük imperatorları üçün Ərəbistan yarımadasına – quraq və qeyri-münbit əraziyə pul sərf edərək orada hökumət təşkil etmək faydasız bir iş idi. Bu, onların mənfəətinə uyğun deyildi.
  3. Bu, aləmlərin Rəbbi olan Allahın istəyi idi ki, ən ibtidai yerdə və ən ibtidai vasitələrlə dünyaya ən kamil dəvəti gətirsin.
  4. Səhradakı həyat şəhər həyatının nöqsan, bəla və çatışmazlıqlarından uzaqdır. Səhra insan fitrətinə daha yaxındır. Səhra, yəni yerlə göyün qovuşduğu yer. Burada fəza o qədər açıqdır ki, insanı təfəkkürə vadar edir. Buna görə də peyğəmbərlərin (ə) çoxu bu məntəqədə peyğəmbərliyə yetişiblər. Çünki, burada pak fitrətlə Allaha yaxın olmaq üçün yaxşı şərait var.
  5. Aydındır ki, əgər Məkkə və Kəbə ilk quruyan və “Ummul-Qura” adlanan məkandırsa, demək ilk dil də Məkkə əhlinin və Ərəbistan xalqının dili olub. Buna görə də bəşərin ilk, əsl dili ərəb dilidir. Digər dillər isə ondan qaynaqlanmış və ərəb dilindən ayrılmışdır. Əgər Ərəbistan ilk məkandırsa, bəşər mədəniyyəti də Adəm və Həvvanın yerə enməsilə Məkkədə başlayıbsa deməli, bütün əsl dillər oraya qayıdır.

Müəlliflik hüququ “Əbədi nur” jurnalına məxsusdur.

2009 / 01 (005)[...]

Read more 0

Dostların veb səhifələri

623732
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1378
4473
23671
462442
66699
116001
623732

sizin IP ünvanınız: 54.162.241.40
2017-11-18 14:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!