Daimi düşmən

İblisin övladı xənnas  - Şeytani qəlb

İblisin övladı xənnas - Şeytani qəlb

 

İblisin övladı xənnas

Şeytani qəlb

 

Şeyx Əttar insanın vücuduna və onun işlərində olan iblisə qələbə çalmaq yoluna misal olaraq ürək açan böyük dastanda çox gözəl bir bəyanla nəql etmişdir ki, "şeytanın vəsvəsə açıqlanması insanın qəlb, əql, iş, danışıq və düşüncəsindədir."

Hekayə bu macəradandır

Bir vaxt ki, Adəm və Həvva hər şeyə çatdılar və onların tövbəsi qəbul oldu, bir gün Adəm öz işinin ardınca getdi. Elə bu vaxt iblis öz övladı “xənnas”ı Həvvanın yanına gətirərək, dedi: “mənim üçün mühüm bir iş çıxıb, əgər mümkündürsə mən qayıdanacan övladıma baxarsan”.

Həvva qəbul etdi, iblis də getdi. Adəm qayıdan zaman soruşdu, bu kimdir belə?

Həvva dedi: "iblisin övladıdır. Onu mənə tapşırıb." Adəm onu danladı ki, niyə iblisin övladına baxmağı qəbul etmisən. Sonra əsəb və qəzəblə uşağı öldürərək, parça-parça etdi və hər parçasını bir ağacın budağına tulladı.

İblis gəldi və soruşdu: "Uşağım hardadır?"

Həvva dedi: "Adəm onu tikə-tikə etdi və hər tikəsini ağacın budaqlarına tulladı."

İblis uşağını səslədi, övladının parçaları birləşərək, dirildi və iblisin yanına gəldi.

Başqa bir dəfə iblis yenə Həvvanın yanına gələrək dedi: "Yenə mühüm bir işim çıxıb, mən qayıdanadək övladıma baxarsan?"

Həvva qəbul etmədi. İblis sızıltı və yalvarışla qəbul etməsini xahiş etdi. Həvvanın ürəyini rəhmə gəldi və çarəsiz qəbul etdi.

İblis getdikdən sonra Adəm gəldi və xənnası görcək soruşdu: "O kimdir?"

Həvva hadisəni ona danışdı. Adəm ona etiraz edərək, dedi: "Bilmirəm nə sirdir ki, sən mənim sözümü eşitmirsən (qulaq asmırsan) amma Allahın düşməni göstəriş verən kimi onun sözünə aldanırsan." Yenə uşağı öldürdü və bədənini yandırdı. Külünün yarısını dənizə atdı və qalanını küləyə buraxdı. Özü isə Həvvanın yanından çıxıb getdi.

İblis gəldi və övladını tələb etdi. Həvva isə övladının ölüm əhvalatını ona danışdı.

Yenə iblis övladını səslədi və onun külünün hissələri (tozu) toplanıb, birləşdi və övladı dirilib, gəldi iblisin yanında oturdu.

Yenə bir dəfə iblis Həvvaya  dedi: "Nolar mühüm bir işim var, uşağımı sənə tapşırıram, ona baxmağı qəbul et." Həvva qəbul etməyərək, dedi: "Əgər Adəm gəlib, bu uşağı görsə məni öldürəcək." İblis inilti və iltimas ilə and verdi ki, uşağını qəbul etsin. Həvvanın ürəyi yenə rəhmə gəldi və onu qəbul etdi.

İblis getdi, az sonra Adəm gəldi. O ikisini bir yerdə görüb, qəzəblə hirslənərək, dedi: “Bilmirəm bu işdə nə sirr var ki, sən onun sözünü qəbul edirsən, amma mənim sözümü eşitmirsən. Mənim əmrimdən boyun qaçırırsan?"

Elə bu zaman qəzəb və hirslə xənnası öldürdü və onu 2 hissəyə böldü. Yarısını özü yedi və yarısını da Həvvaya verdi ki, yesin.

Deyirlər axırıncı dəfə xənnası Həvvaya gətirəndə qoyun şəklində gətirmışdı. Elə Adəm də gələn vaxt qoyunu görüb, öldürmüşdü və hər ikisi də ondan yemişdi.

Bundan sonra iblis gəldi və (qoyun şəklində olan) övladını tələb etdi. Həvva baş vermış hadisəni danışdı. Necə Adəm onu öldürərək iki hissəyə böldü yarısını özü yedi və digər yarısını da yeməyim üçün mənə verdi.

İblis bu əhvalatı eşidərək, xoşhal oldu və şadlıqla dedi: "Mənim hədəfim (məqsədim) də elə bu idi ki, yerinə yetdi. İndi artıq  dostum var. Hər halda Adəmin içinə (daxilinə) yol tapdım, özümü yerləşdirdim. Bir halda ki, mən onun sinəsinə yerləşmişəm öz məqsədimə çataram." ("Təzkiratul-övliya" c. 2  səh. 82)

 

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

مِنَ الْجِنَّةِ وَالنَّاسِ

Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən

O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]"( "Nas" surəsi, ayə 4-6 )                

Xənnas - ( şeytani-ləindi, yəni lənətlənmiş şeytandı) ki, camaatın qəlbində vəsvəsə və pis düşüncə oyadır. O şeytan nə cin cinsindən olar, nə də insan növündən.

Mütəfəkkirlərdən biri deyir: "Şeytanlar adamın qəlbinin ətrafında toplaşıblar necə ki, milçəklər yaranın üzərinə yığışarlar. Belə ki, qovub, təmizləməsən fəsad yaradar." (Məcmuəh vəram c. 1  səh. 72)

Əbu Bəsir deyir: "İmam Sadiqdən (ə)  yenə xənnası soruşdum, həzrət  (ə) buyurdu: "İblis insan qəlbinin, ürəyinin ətrafını tutar və bir kəs Allahı yad etsə, Allahı zikr etsə geri çəkilib gizlənər, elə buna görə də ona xənnas deyilir."

 

Rəhmani və şeytanı qəlb

Hidayət  və  azğınlıq

 

İmam Sadiq (ə) buyurub:

“ Bütün qəlblərin iki qulağı var (iki qulağı olmayan qəlb yoxdur). Birinə bir mələk yolgöstərəndir. Onu düz yola hidayət edir. Digərinə bir şeytan fitnəsalandır. Onu Allahın əmrindən və itaətindən uzaqlaşdırır. O mələk (yaxşı, xeyir) fərman verir və şeytan mane olur. Bir tərəfdən şeytan (pisliyə, çirkinliyə, qadağaya) əmr edir, amma mələk onu qaytarır”. ("Usuli-kafi" c.3 səh.366, "Mizanul-hikmət" c.8  səh.225 "Bihar" c.60 səh.205)

 

كُتِبَ عَلَيْهِ أَنَّهُ مَنْ تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ 

(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər. ("Həcc" surəsi, ayə - 4)

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 135, 

Dostların veb səhifələri

1946659
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4008
7337
11345
1793244
97065
151094
1946659

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:21

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!