Daimi düşmən

Şeytanın tələləri Qurur və iftixar (təkəbbür)

 

Şeytanın tələləri

Qurur və iftixar (təkəbbür)

 

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا 

 

(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!  (Kəhf surəsi, ayə-50)

Şeyx Şöbəli deyir: “Bir gün iblis mənim yanıma gələrək dedi: -Ey şeyx, səni qürurlandıran bu yaşayış tərzindən (ibadət, itaət, Allah ilə münacat və zikr) qaç. Çünki, bu qürur sənin üçün bəlalar və xəyallar yaradacaq (onun təsirindən yolunu azıb, Allahından qafil olaraq özünü itirərək həlak olarsan)”.

 

وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ

ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ لَهُ فِي الدُّنْيَا خِزْيٌ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ

 

 

 İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.

 O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (Həcc surəsi, ayə 8-9)

 

Şeyx Əli Səhl İsfahani deyir: “Öz yaxşı əməllərinizlə qürurlanmaqdan çəkinin, çünki bu qürur şeytandandır və əməllərinizin puç olmasına səbəb olar və sonu fəsadla nəticələnər."      (“Təzkiratul-övliya” c. 2, səh. 142 və 93)

Futtutnamə (mərhəmətnamə) kitabının müəllifi Sultani deyir: “ .... mərhəmət diləyən necədir? De, o rükunlardan biri batini rükunun sütunu olan xudpəsəndlik və lovğalığın qadağasıdır. Yəni insanda hər nə qədər ləyaqətli əməllər olsa da gərək gürurlanmaya, fəxr etməyə, çünki iblis elə məhz, xüdbəsəndlik və lovğalıq etdiyinə görə əbədi lənətlənib. (“Futtutnamə, səh.24-26)

Şeytan lovğalığından naqisdir, lənətlənmişdir və faydasızdır. Hər kəs ki, xudpəsəndlik, lovğalıq edir şeytandan daha pisdir.

Şeyx Cəlilulqədr, Arif Billəhi, Hacı Mirzə Cavad Ağayi Məliki Təbrizi, namazın sirri, ətraf elmlərin təhsili, mütaliyə, zikr, namaz, münacatda boşluq və süstlük kitabında buyurur: “İnsanlardan bəziləri vardır ki, şeytan onlara düz yoldan yetişər və onları belə bir xəyala salar ki, mütaliə ibadətdən, gecə oyaq qalmaqdan fəzilətlidir."

Bu əzəmətli fəzilətdən sayılır. Belə ki, bu şəxs, gecəni yarıya qədər oyaq qalıb mütaliəyə həsr etsə və onun sübh namazı qəza olsa da düşünəcək ki, mütaliə namazdan üstündür və onun fəziləti daha çoxdur. Əslində isə bu qürur və aldanmaqdan başqa bir şey deyil. Əslində keyfiyyət bazımından elmin fəzilətinin ibadətdən üstünlüyü deyilib, amma bir şərtlə ki, elm, təhsil və mütaliə edənin itaət-ibadət və bəndəliyi də yerində olsun, nəinki bədənin öz Allahıyla yaxınlasmasına, münacat, namaz və zikrinə mane olmalı. (Əsrarus-səlat  465)

Ünsiyyətdə (rabitədə) Allah nemətlərinə nisbətdə qürur və iftixarıyla insanın məğrur olması Peyğəmbəri-ərəm (s) buyurur:

“Şeytanın toru və tələləri var, onun tələlərlə bağlı cümləsindən məqsəd insanların Allah nemətlərindən qürurlanması və onun bəxşişləri və rəhmdilliyi ilə fəxr etmiş olur. Elə bu səbəbdən də Allahın bəndələrinə qarşı təkəbbür göstərir və (nəticədə) özləri şeytanın işlərində həvayi-həvəsləri ilə tərəfdar olurlar”. ( “Nəhcül-fəsahə” səh.178)

Şeytanın ləqəblərindən biri qürurdur, buna görə də şeytana deyirlər: qürur, bu səbəbdəndir ki, nəfslə əlaqəyə girib, “özünəpəstiş, özünəsitayiş və özünüaldatma” ilə özünə cəlb edir bir halda ki, onun nəticəsi çirkinlik və pislikdir. (Məcmuə-vəram c.2 səh.296)

 

Yaxşı işlərə şeytanın dəvəti.

Əməlsiz elm və bilik.

 

Bir gün Rəsuli-Əkrəm(s) öz səhabələrinə və dostlarına  buyurdu: “ Şeytan sizi elm və bilik yolundan aldatmış və sizin qarşınızı almışdır”.

Səhabə və dostları soruşdular: “ Ya Rəsuləllah! Necə  şeytan elm və bilik yolundan bizi qarşımızı ala bilər?”

Həzrət (s)  buyurdu: “Şeytan sizə deyər: – “Elm və bilik qazanmaqda səy göstərin, amma heç bir işə, əmələ diqqət etməyin. Elə ki, elm və biliyiniz çoxaldı alim və savadlı oldunuz və bu dərəcəyə elm və biliklə çatdınız, sonra  əməlinizi ödəyərsiniz və yaxşı işlərlə məşqul olarsınız.”

Həzrət peyğəmbər (s) sözlərinə davam edərək buyurdu: “Sonra, o qafil, biçarənin nadanlığı və aldadıcılığı bitəcək. Şeytanın bu vəsvəsəsi və aldatması üzündən bəndə öz əməllərinin hamısını elmi mütaliəyə, təhqiqə, təhsil və biliyə sərf edəcək. Bir zaman anlayacaq ki, ömrü sona yetişib, dünyadan köçür və Allah yanında yaxşı və xeyr bir iş etməyib." (Əvarifül-Məarif, səh.19)

İnsanı azdırmaq və aldatmaq yollarından biri yaxşı işlərə aparan yollarda, onu xeyr əməllərdən saxlayan şeytanın vəsvəsəsi və dəvətidir.

 

 وَاتَّقُوا اللَّهَ وَيُعَلِّمُكُمُ اللَّهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ...

"... Allah sizi öyrədir və Allah hər şeyi biləndir." (Bəqərə surəsi, ayə-282)

Abdullah bin Məsud deyir: “Elm çoxlu biliyə sahib olmaq, çoxlu təhsil, təhqiq və dərs oxumaq deyil, əslində elm və bilik Haqq-Taaladan qorxmaq, yaxşı əməl və təqvadır.”

Sədi Şirazi deyir: “Birinə dedilər, əməlsiz alim nəyə oxşar?”

Dedi: “Balsız arıya; başqa cür desək, əməlsiz alim, aqil balsız arı kimidir.”   (Gülüstan Sədi)

Əli (ə) buyurur: “Əməlsiz elm bəhərsiz, səmərəsiz ağacdır.”

Əli (ə) yenə buyurur: “Fayda verməyən elm və bilik təsirsiz dərman kimidir ki, şəfa bəxş etməz.”  (Ğururul-həkəm c.4, səh. 350)

Şeyx Şahabuddin Səhrurdi deyir: “Bir böyükdən eşitmişəm ki, öz tərəfdar və şagirdi olan insana deyirdi, elə bir məqama çatsan ki, artıq şeytan sənə şər və pis yoldan (çirkin əməllər) vəsvəsə edə bilmir, bil ki, sənə qalibdir. Belə ki, şeytan heç vaxt tərəfindən öz nəzarəti ilə, yaxşılığa, xeyirxah yola, yaxşı əməllərə sövq etməz."(Əvariful-Məarif səh.60)

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4445, 

Dostların veb səhifələri

15651990
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
394
7422
47537
15456216
127129
160067
15651990

sizin IP ünvanınız: 3.145.161.199
2024-12-22 01:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!