Daimi düşmən

Tövbə Şeytanın bağrını yarır!

 

Tövbə Şeytanın bağrını yarır!

 

Bəzəngünahkar şəxslər gördükləri işlərin pis olduğunu bilir, bəzən də bilmirlər. O qədər günahlara aludə olurlar ki, axırda günah onlar üçün adət halını alır. Belə ki öz çirkin əməlləri onların gözündə bəzənib zinətli görünür. Haram məclislər gözlərində gözəl və şirin nəzərə çarpır.

 

إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

«Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!» (Tövbə, 37)

Bu ayə günaha adət etmiş insanların çirkin əməllərinin onların gözündə zinətli görünməsini bəyan edir. Onlar günah çirkabına o qədər batmışlar ki, artıq həmin çirkabı da gözəl görürlər. Əgər insan haram məclislərə bəsirət və ağıl gözü ilə baxsa, onun çirkabını da görə bilər. Amma günahkar insanlar belə məclislərin zahirinin gözəlliyini görürlər. Günah işlər onların qəlblərini o qədər örtmüşdür ki, artıq günah və haram əməllər gözlərində zinətli görünür. Onlar elə başa düşürlər ki, gördükləri çirkin işlərin hamısı gözəldir.

 

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

«O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər» (Kəhf, 104)

Şeytanla mübarizənin ən gözəl yolu oruc tutmaqdır. Oruc tutmağın Şeytanla mübarizədə böyük təsir və faydası vardır. Yəni insan oruc tutmaqla Şeytanı özündən uzaqlaşdırır. Həmçinin Ramazan ayı elə bir aydır ki, bu ayda Şeytanın vəsvəsələri zəifləyir. İmam Sadiq (ə) buyurur: «Günlərin birində Peyğəmbər (s) səhabələrə buyurdu: «İstəyirsiniz, sizə elə bir əməl öyrədim ki, ona etməklə gün doğanla gün batanın bir-birindən uzaq olduğu kimi, Şeytan da sizdən uzaq olsun». Dedilər: «Bəli». Həzrət (ə) buyurdu: «Orucluq».

 

Ramazan – tövbə ayıdır.

Mübarək Ramazan ayının adlarından biri də tövbədir ki, hər kim bu ayda Allaha üz tutub günahlarından tövbə etsə, Allah-taala həmin şəxsin tövbəsini qəbul edər. Çünki hədislərə əsasən, Allah-taala bu ayda tövbə qapılarını öz bəndələrinin üzünə açmışdır. Peyğəmbər (s) buyurur: «(Ramazan ayı) tövbə ayıdır».

 

Həzrət Yəhya (ə) və günahkar adam

Yəhya peyğəmbərin (ə) dövründə bir şəxsi günah iş gördüyünə görə daşqalaq etmək istəyirdilər. Günahkar adam Yəhya peyğəmbərə (ə) dedi: «Ey Yəhya, mən öz günahımı boynuma alıram və məni daşqalaq etməyə də razıyam. Amma səndən xahişim budur ki, məni daşqalaq edənlərin özləri mən etdiyimi günahlardan etmiş olmasınlar. Əgər mənə daş atanlar mənim kimi günahkardırlarsa, onda bizim nə fərqimiz var?» Yəhya peyğəmbərin (ə)onun sözlərindən xoşu gəldi və üzünü camaata tutub buyurdu: «Kimin bunun etdiyi günah kimi günahı varsa, o, daş atmasın».

Camaat bu sözü eşidən kimi əllərindəki daşları yerə ataraq öz evlərinə dağılışdılar. Yəhya peyğəmbər (ə) həmin günahkar şəxsin yanına gəlib dedi: «Elə bil, sənin qəlbində təqva və nuraniyyət var. Mənə nəsihət et». Günahkar şəxs Yəhyaya (ə) 3 nəsihət etdi. Onun bu nəsihətlərini məsum imamlarda təsdiqləmişlər.  Günahkar şəxs Yəhya peyğəmbərə (ə) belə dedi: «Ey Yəhya, mən öz nəfsani istəklərimə tabe oldum və günaha batdım. Əgər istəyirsənsə, Allah sənə qiymət, şərəf və izzət versin, heç bir vaxt zillətə düşməyəsən, mənim kimi alçalıb xar olmayasan, Allah və mələklər yanında abrın getməsin, onda nəfsani istəklərinə tabe olma. İkinci nəsihətim budur ki, günahkar insanı heç vaxt məzəmmət etmə. Əksinə, doğru yolu göstərməklə ona nicat ver. Üçüncü nəsihətim isə budur ki, öz qəzəbinə tabe olma. Qəzəblənərkən özünü ələ almağı bacarar».

 

Istifadə olunan mənbə: Qoncineyi məarif 1-ci cild

İlahiyyatçı, Sara Zahidqızı     

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir      

 

   


 4358, 

Dostların veb səhifələri

15651924
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
328
7422
47471
15456216
127063
160067
15651924

sizin IP ünvanınız: 3.139.79.187
2024-12-22 01:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!