Dini Terminlər

Terminlər:  Sünnə və bidət

Terminlər: Sünnə və bidət

Terminlər

Sünnə və bidət

 

Sünnə və bidət iki islami istilahdır və hər birinin mənasının tanınması digərinin tanınmasına bağlıdır. Müəmmalı və anlaşılmaz hallarda isə bir-birilə müqayisə olunmalıdır.

Sünnə lüğətdə üslub və sirə mənasındadır  – istər yaxşı, istərsə də pis olsun. İslam şəriətində isə Peyğəmbəri-Əkrəmin (s) əməl və sözlərindən ibarət olan və Qurani-kərimdə aşkar şəkildə qeyd olunmayan əmr, nəhy və yol göstərmələr mənasındadır. Həmçinin Peyğəmbərin (s) bir şeyi müşahidə edib onu təsdiqləməsinə də şamil olur. Yəni Peyğəmbər (s) hər hansı bir müsəlmandan gördüyü bir işi onun üçün qadağan etməyibsə və həqiqətdə öz sükutu ilə o əməli təsdiqləmişsə, sünnə ona da şamil olacaqdır. Buna görə də «kitab» və «sünnə» kimi şəri dəlillərə Quran və hədis də deyilir.

Bidət – «bid» kəlməsi lüğət baxımından yeni zühur edən və yeni bir iş mənasındadır. Dində isə bidət dedikdə hər hansı ixtira olunmuş yeni bir saxta işi və sözü şəriət sahibinə aid etmək nəzərdə tutulur.

İctihad

  1. Lüğətdə ictihad İbn Əsir deyir: «İctihad – iftial vəznində olub bir şeyi əldə etmək üçün çalışmaq mənasında olan cəhd kökündən alınmışdır. Çalışmaq, səy etmək və fəaliyyət göstərmək də bu mənaya aiddir.
  2. İstilahda ictihadİctihad hər hansı bir iş barəsində çalışmaq və qüvvə sərf etməkdən ibarətdir. Bu kəlmə çətin və ağır işlərdən başqa yerlərdə işlənməz. Lakin bu kəlmə alimlərin istilahında şəriət hökmləri elminə yiyələnmək yolunda çalışmaq və səy etmək mənasına aid edilmişdir. İctihadın həqiqəti təfsili dəlillərin dərk olunmasında çalışmaq və qüvvə sərf etməkdən, yəni Allahın kitabı, Peyğəmbərin sünnəsi, icma və qiyasdan ibarətdir.

 

Sirə İslam tarixçiliyi janrlarından biridir. İslam mühəddislərinin həyatı, fəaliyyəti və davranışları haqqında məlumatlara, habelə bu mövzuda yazılmış kitablara «siyrə» deyilir. Daha başqa mənayla desək, Muhəmmədin (s) həyatı haqqındakı kitablar «siyrə» adlanır. İbn İshaq, İbn Hişam, Hələbi və s. müəlliflər tərəfindən qələmə alınmış siyrə kitabları, xüsusilə məhşurdur.

Türbət lüğəti mənada «torpaq» deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa «türbət» deyilir. Dahi İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı «türbət» adlanır. Türbətdən təbərrük məqsədi ilə istifadə edilir. Şiə məzhəbində namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Şəriət  hökmlərinə görə, vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinə azacıq türbət tökmək savabdır. Türbətin bəzi şəfaverici xüsusiyyətləri də vardır. Tarixdə ağır xəstəliyə düçar olmuş şəxslərin türbət vasitəsilə sağalmaları haqqında çoxlu faktlar vardır.

İlahiyyatçı, Sara Zahidqızı

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssiəssinə aiddir

 

 


 130, 

Dostların veb səhifələri

1630353
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1325
4484
5809
1475480
97114
109322
1630353

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!