Gizli Xəzinələr

Fəzl ibn Həsən Təbərsi

Müfəssirlər

 

وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا

“Elmdə qüvvətli olanlar deyərlər: “Biz ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir” (“Ali-İmran” surəsi, ayə 7).

 

Fəzl ibn Həsən Təbərsi

Böyük tədqiqatçı alim, müfəssir, müctəhid və V-VI əsr İslam mədəniyyətinin ən parlaq simalarından biri də Fəzl ibn Həsən Təbərsidir. Ehtimal olunur ki, 428 və ya 429-cu hicri ilində dünyaya gəlmiş və 548-ci ildə vəfat etmişdir. Gənclik illərini Məşhəd şəhərində elm öyrənməyə sərf edən alim ərəb ədəbiyyatından tutmuş hədis, fiqh, üsul, təfsir və digər o dövrdə mövcud olan elm sahələrinə dərindən yiyələnir. 523-cü ildə Səbzivar şəhərinə gedir və ömrünün sonunadək orada qalır.

Əli ibn Zeyd Beyhəqi, Mirzə Əbdullah Əfəndi, Yusif Bəhrani və digər böyük alimlər onun haqqında çox dəyərli sözlər söyləmiş, onu fazil, alim, müfəssir, fəqih, mühəddis, müctəhid və dinin əmin şəxsi kimi tərif etmişlər. Baxmayaraq ki, Təbərsi “Məcməul-Bəyan” və digər təfsir kitablarını yazmaqla böyük bir müfəssir kimi tanınıb lakin elə bu qiymətli təfsiri diqqətlə oxuduqda onun elmi məlumatlarının nə qədər geniş və əhatəli olduğu görmək olar. O, tədqiq və araşdırmada azad düşüncəli və geniş baxışlıdır.

Bü xüsusiyyətlər ona imkan verib ki, müxtəlif İslami mənbələrdə axtarış aparmaqla çox böyük məlumat və bilgilər əldə etsin. Təhqiqdə səmimiyyət, araşdırmada insaf, digərlərinin fikir və rəylərini, müxtəlif görüşləri nəql etmədə geniş ürəklilik, məsələlərə hərtərəfli yanaşma Təbərsinin elmi üslubunun əsas cəhətləridir.

 

“Məcməul-Bəyan”

Quranla bağlı yazılan əsərlər “Məcməul-Bəyan”ın özünəməxsus yeri var. Alim və tədqiqatçılar onu əhatəliyi, mətləblərinin səlist və möhkəmliyi, dəqiq tərtibi, ayələri aydın təfsir etməsi, rəy və görüşlərin araşdırılmasında obyektivliyi və digər cəhətləri baxımından yüksək qiymətləndirmişlər.

Şəhidi əvvəl onun kimi bir kitabın yazılmadığını qeyd edir: “Məcməul-Bəyan” təfsiri on cilddə bir təfsirdir ki, İslamda bənzəri yazılmamışdır. Bütün Quran fənnləri ən qısa bəyan və ən yaxşı tərzdə ərz etmişdir. Doğrusu “Məcməul-Bəyan” təfsir əsərlərinin mərcəyidir.

Misirin müftisi və əl-Əzhər Universitetinin keçmiş müdiri Əbdul-məcid Səlim yazır: “Məcməul-Bəyan” elm və biliklə zəngin, faydalarla dolu, gözəl tərtibə malik çox dəyərli bir kitabdır. Əgər desək ki, bu təfsir təfsir kitablarının ən üstünü, Qurani elm və bəhslər üçün bir mərcədir mübaliğə etmiş olmarıq.

Şeyx Mahmud Şəltut bu təfsirin Misir çapının müqəddiməsində qeyd edir ki, “Məcməul-Bəyan” təfsir kitabları arasında taysızdır. Bu təfsir təsnifat və tərtibində bəhslərinin əhatəliyi, dərinlik və rəngarəngliyi baxımından xüsusiyyət və imtiyazlara malikdir ki, özündən əvvəlki təfsirlər arasında bənzərsiz olub, özündən sonrakı əsərlər arasında isə az bənzəri var.

“Məcməul-Bəyan” əsəri gözəl bir üslubda tərtib olunmuşdur. Əvvəlcə surənin məkki və ya mədəni olması araşdırılır. Sonra surədəki ayələrin sayı və bu barədə ixtilaflı görüşlər, surələrin adları və həmin adların verilmə səbəbləri qeyd olunduqdan sonra surənin tilavətinin fəziləti barədə məlumat verilir. Daha sonra ayələrin təfsiri başlayır. Burada əvvəlcə qarilərin ixtilafların işarə olunur. Sonra diqqət “eraba” (“hərəkələmə”) yönəldilir, faydalı qrammatik və ədəbi açıqlamalar verilir.

Müəllif kəlmələrin lüğəvi mənasını araşdırarkən qədim ərəb şairlərinin şeirlərindən nümunələr gətirir. Nüzul səbəbləri qeyd olunduqdan sonra əsas mərhələ olan kəlmələrin təfsiri və açıqlanması başlayır. Burada hədis və rəvayətlər nəql olunur, müfəssirlərin sözləri araşdırılır, ayələrdən istinbat olunan hökmlər bəyan olunur. Bir sözlə, “Məcməul-Bəyan” əvvəldən sonadək elmi, əqidəvi, fiqhi... təhqiqlərlə zəngindir.

Allahın Rəsulu (s) buyurub: “Göylərdə və yerdə olan hər bir şey alim üçün bağışlanmaq diləyər” (Sunəni Əbi Davud, c.2, səh.285).

“Hoze” jurnalının məlumatlarından istifadə olunmuşdur.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4710, 

Dostların veb səhifələri

14272388
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1807
8985
31362
14090902
164201
173495
14272388

sizin IP ünvanınız: 3.238.135.30
2024-03-29 06:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!