Gizli Xəzinələr

Tibb alimi Muhəmməd ibn Zəkəriyyə Razi

 

Tibb alimi Muhəmməd ibn Zəkəriyyə Razi

 

Muhəmməd ibn Zəkəriyyə (Fəxri) Razi fiqh,kəlam, fəlsəfə,təfsir, riyaziyyat, kimya, astronomiya və tibb sahəsində Cabir ibn Həyyandan sonra müsəlmanların 2-ci böyük alimikimi tanınmışdır. O, hicri-qəməri544-cü ildə (865-925)Rey şəhərində dünyaya göz açmış və 606-cı ildə Heratda vəfat etmişdir (başqa rəvayətə görə 854-932). Məşhur ləqəbi Fəxruddindir.

İmam Razi və ya Fəxri Razi ləqəbi ilə də şöhrət tapmışdır. O, əsasən əqli və nəqli elmlərə, tarix, kəlam, fiqh, üsul və s. əxlaqi elmlərə öz əsrində kamil surətdə yiyələnmişdir.Yaşadığı müddət ərzində öz elmi çalışmalarını, nəzərlərini toplayıb çeşidli kitablar yazmış və onları şagirdlərinə təlim etmişdir. Atası Ziyaləddin Ömər ibn Hüseyndir. Razinin ən əhəmiyyətli dövrü Herat şəhərindən başlayıb. Beləki, Heratda dərs dediyi vaxtda onun dərsində 2000-ə qədər alim iştirak edirmiş. Hətta yer az olduğundan 300-ə yaxın fəqih (fiqh elmi ustadları) onun dərsindən bəhrə aparmaq üçün hətta miniklərdə də dərsini izləyirdilər.Razi xitabları bəyan etmə elmini tədris etmək üçün böyük mərkəzi şəhərlərə, o cümlədən Xarəzmə səfər edir. Orada mötəzilə ardıcılları ilə bəhs edir və mübahisənin daha da kəskinləşdiyini görüb oranı tərk edir. Sonra isə digər mərkəz şəhərlərdən olan Muavərun-nəhr, Buxara, Səmərqənd, Xacənd və s. kimi şəhərlərdə fəqihlər və alimlərlə münazirəyə başlayır.

Nəticədə hamı onun fikrini üstün tutub bəhsdən çəkinir. Onun münazirələrində heç kəs bəhsə cürətetmirdi, çünki o, mahir kəlam ustası və öz zamanında hakimlər və padşahlarla söhbətdə qeyri-adi bir danışıq tərzinə malik idi. Ədəb-əxlaqı gözləyən və həm də sözü ehtiramla, birbaşa deyən idi.Razi İslam elmlərini incəliklərinə qədər mənimsəmiş və təlifatlar yazmışdır. O, əsasən tibb, kimya, riyaziyyat, kəlam və fəlsəfə sahəsində şöhrət qazanmışdır. Alim ömrünün sonunda Heratda sakinləşib və burada da öz elmi təcrübələrini davam etmişdir. Hər hansı bir çətin məsələnin həllini tapmaqdan ötrü o, dəqiqliklə həmin məsələni təhlil edib və ona təcrübə yolu ilə misilsiz bir həll tapardı.

İlk dəfə spirt maddəsini, kükürd və cövhəri o kəşf edib. Gənclik illərində xəstələri müalicə  edərkən onlara arabir şeir qoşar və əhval-ruhiyyələrini qaldırardı. Sonralar zərgərliklə məşğul olmuş və ondan bir neçə il sonra isə kimyagərliyə üz tutmuş, bir müddət tibb elmini öyrənmişdir. Biruni qeyd edir: «Razi ilk dəfə kimya ilə məşğul olub və bu yolda onun gözləri partlayıcı maddələrin təsirindən, kəskin iydən zərər çəkmişdir. Elə bu səbəbdən, gözlərinin dərmanı üçün kimyagərlikdən həkimliyə qədəm qoymuşdur». İslam tarixçilərinin kitablarında qeyd olunur ki, Razi tibb elmini Bağdad xəstəxanasında genişləndirib. Həmin vaxtda Bağdad dövrünün böyük elm mərkəzi sayılırdı. Razi Bağdadın Tibb Universitetində təhsil almaq üçün oraya səfər edib, bir müddət naməlum şəxs kimi orada məskunlaşır.

Elmi təhsilini bitirdikdən sonra isə «Mütəzadi» xəstəxanasını öz öhdəsinə götürür.Həmin vaxtda onu Bağdadda xəlifə sarayına çağırıblar ki, tibbi sahəni təşkil etməkdə onlara kömək etsin. Elə orada da xəstəxananın direktoru olub.Abbasi xəlifəsi Mütəzadinin ölümündən sonra Reyə qayıdır və Rey xəstəxanasında ömrünü xəstələrin müalicəsi ilə keçirir. Razi ömrünün son günlərində göz xəstəliyinə tutulur. Onun gözünün görmə qabiliyyətini itirməsi haqqında rəvayətlər müxtəlifdir. Əsas səbəbi isə kimyəvi partlayıcı maddələrdə və civənin buxarında görüblər.

 

Əxlaq və xüsusiyyətləri

 

Razi xoşüzlü bir insan olub. O, xəstələrə xüsusi diqqətlə yanaşmış, əlindən gələni əsirgəməmişdir. Razi bir çox böyük şəxsləri, padşahları müalicə etsə də, kasıblara heç vaxt biganə qalmayıb. Fəqirləri təmənnasız müalicə edib, onlar üçün dərmanları da özü hazırlamışdır. Razi həmişə padşahlara xüsusi diqqət göstərən, kasıblara isə biganə yanaşan digər həkimlərlə müxalifətdə olub.Məşhur tarixçi İbn Nədim öz «Fehrest»ində yazır: «Razi fəqirlərə daim məhəbbət göstərib onların ürəyini ələ alardı. Müalicədən əlavə mütəmadi olaraq onlarla görüşər və ehtiyac duyduqlarını onların ixtiyarında qoyardı».Həmçinin Razi maddi vəziyyətinə görəzəngin bir həkim olub.

 

Elmi təcrübələri

 

Rey şəhərində bir xəstəxananın direktoru və baş həkimi olub. İlk dəfə dünyada xəstəxanada psixiotrik bölməsini o açmışdır. O, bir yerdə deyirki, «Hər həkim hər xəstəni müalicə edə bilməz», həkimlər ixtisaslaşmalıdırlar və bu onun kitabının adıdır. Onun köməyi ilə Bağdadda qanun qoyulub ki, tibb fakültəsini bitirən həkimlər müalicə etmək üçün mərkəzdə imtahan verməlidirlər.Beləliklə,  hər həkim tibbi praktikaya imtahanla daxil olurdu.Bu özü sivilizasiyanı göstərən cox güclü amillərdəndir. İlk dəfə pediatreya haqqında müstəqil ayrı kitab yazan Razi olmuşdur. Yəni, Razi pediatreyanın atası olub. Razinin digər inqilabi kəşflərindən biri də odur ki, su çiçəyi və çiçək xəstəliyindən, qızılcanın fərqini bildirən monolizasiya yaradıb.

Avropada tibb sahəsində ən çox sevilən, ən çox israr edilən monolizasiya budur.O, öz dövrünün ən böyük həkim və alimi hesab olunmuşdur. Həmçinin Sokrat da bu sahədə alim olub, amma Sokratdan çox az bir şey qalmışdır. Sonra isə Razinin tibb elmindəki yenilikləri təşəkkül tapmışdır. Onun nəzərləri digər tibb alimlərindən fərqli olaraq, daha geniş yer tutmuş və  tibbdə yeniliyə yol açmışdır. İslam aləmində onu cox seviblər və nəzərlərini qoruyub inkişaf etdirmişlər. Qaliley və digər onun kimi alimlər isə Razinin nəzəriyyəsinin əleyhinə çıxıblar. Səbəblərdən birini qeyd edirik:

Qaliley özündən əvvəlki tibb ustadlarının nəzərləri ilə deyirdi ki, adamlarda qızdırma və soyuqdəymə ondan əmələ gəlir ki, soyuq su içəndə soyuyurlar, isti su içəndə isə qızdırırlar. Razi isə sübut  edib ki, qızdırma bədənin xəstəliklə mübarizəsidir. Ümumiyyətlə, Razi  bu kimi qədim elmi yazıları təftiş edərək deyib ki, «Mən kimyaçıların bir sıra baxışlarını təsnif etdim və nəzəri olaraq praktikada göstərdim, amma praktikada o doğru olmadı. Halbuki, belə nəzərləri yazanlar demişdilər ki, praktiki elmdir. Mənsə təcrübə vasitəsi ilə düz olanı tapmadım, ona görə dəməni tənqid edib dedilər ki, sən bəzi kimya və fizika alimlərinin nüfuzu əleyhinə çıxırsan, amma həmin alimlər sağ olsaydı, səhv nəzərlərini düzəltdiyimə görə mənə təşəkkür edərdilər». Razinin belə bir sözü də olub:«Təcrübə elmi tibddən daha yaxşıdır». Çünki o, öz təsnifatlarını təcrübələr üzərindən yazan bir alim olub.O, hazırladığı dərmanları əvvəlcə heyvanlarda sınaqdan keçirər və müsbət nəticə əldə etdikdən sonra insanların müalicəsində istifadə edərdi.

 

Razinin əsərləri

 

Razinin kimya üzrə kitabları 184 ədəd olub, amma bizim zəmanəmizə 61 ədəd gəlib çatıb. 10-13-cü əsrlərdə Avropada onun əsərləri latın dilinə tərcümə olunmuşdur. Avropada o, «Razes» (Rhazes) – «Abubater» adları ilə tanınır.

İbn Nədim «Əl-fehrest» kitabında Razinin əsərlərinin sayını167 ədəd qeyd etmişdir. Əbu Reyhan Biruni«Fehrest kətəb kitab» kitabında riyaziyyat və nücum (astronomiya) elmi ilə bağlı 7 kitab yazdığını qeyd edir. Təfsirdə, fəlsəfi əsərlərin xülasəsində və digər tibbi elmlərlə bağlı 17 kitab (təqribən),ilahiyyat haqqında 14 kitab, ali səviyyəli təbiət elmində 6 kitab, kimya üzrə 22 kitab, müxtəlif  fənlər üzrə 10 kitab yazmışdır və ümumilikdə 184 cilddə qərar tutur. Tehran Universitetinin direktoru Razinin əsərlərini və təsnifatlarını bir kitabda yazıb nəşr etdirmişdir. Məşhur sayla 271 kitab mövcuddur. Onların ən öndə olanları bunlardır: «Əl-havi», «Əl-kənaşul-mənsuri»,«Əl-mirşad»,«Mən lə yəhzuruhut-tabib», «Kitabul-cədri vəl həsabə», «Dəfi mozariul-əğziyə», «Əl-ibdal» və s.

Razinin ən böyük əsəri «Kitab Əl-Havi»dir. Bu kitab İslam dünyasında ən böyük tibb ensiklopediyası olmuşdur. Yəniİbn Sinanın «Əl-Qanun» kitabından bir az kiçik olub. Avropada bu ensiklopediya bir çox dillərə tərcümə olunmuşdur. Həmçinin qeyd olunur ki, İslam dünyasında iki böyük, dahi həkim İbn Sina və Razi olub. Razi, o nəzərlər ki, irad tutub təkzib edib, İbn Sina da həmin fikri söyləyib. Ümumiyyətlə, Razi radikal düşüncəli bir alim kimi tanınmış və şübhə ilə yanaşdığı hər hansı bir nəzəriyyəni rahat, doğru sübutlarla deyə bilən olub. Onun digər ensiklopediyası «Kitab Əl-Mənşur»dur. Bu kitab da Avropa dillərinə tərcümə olunmuşdur. Avropada ən cox oxunan və istifadə olunan kitab bu kitabdır. Razinin bir sözü də var, o demişdir ki, «Hər insan azacıq da olsa,özü üçün həkim olmalıdır». Yəniinsan özünü qorumağı, profilaktik tədbirləri görməyi bacarmalıdır və bunun üçün o, şərhlərdən ibarət bir kitab yazıb. Razi özü çox böyük filosof olub, həm də qeyri-adi bir filosof.

 

Razinin ustadları və şagirdləri

 

Razinin ustadları barədə tarix yazarlar heç bir nəzər bildirməmişlər. Bir dəstə onu Əli İbn Rəbn Təbərinin və Əbu Zeyd Bələxinin  şagirdi biliblər. Amma bu məlumat tam dəqiq deyil. Nasir Xosrəvi «Zadul-musafirin» kitabının 98-ci səhifəsindəRazidən bəhs edib, amma ustadlarından bu şəxslər haqqda məlumat verməyib.

Qədim fəlsəfə və tibb alimləriisə Razinin ustadlarını 3 fəsildə qeyd ediblər. İbn Rəbin Təbəri tibb üzrə, Əbu Zeyd Bələxi fəlsəfə elmində,Əbul Abbas Muhəmməd ibn Nişapuri dünyaşünaslıqda onun ustadı kimi qeyd olunub.

 

Razinin şagirdləri

 

Bu adlar Razinin şagirdləri ünvanında yazılmışdır. Yəhya ibn Ədi, Əbul-Qasim Məqani, İbn Qaran Razi, Əbu Ğanim Təbib, Yusuf ibn Yəqub, Muhəmməd ibn Yunus, Əbul-Həsən Təbəri.

 

Kimya və dərman hazırlama

 

Razi qədim kimyada bir qədər dəyişiklik edib və onu tibb ilə əlaqələndirib.Qeyd etmək lazımdır ki, kimyəvi elementlərin Cabirdən sonrakı ilk təsnifatı Razidən gəlib və o, cisimləri 3 hissəyə ayırıb: 1. heyvan təbiətli, 2. bitki təbiətli, 3. mineral təbiətli maddələr. Razi bu təsnifatı ilə qədim kimyada yeni bina qoyub və kimyaçıların etibarlarını qazanmışdır. Müasir kimyaçılar da Razinin «Metalın (filiz) qızıla çevrilməsi naqisdir» nəzəriyyəsini doğru hesab edirlər. Onun «Sirrul-əsrar» kitabında oxuyuruq ki, maddələr  2cürdür: filiz və filizə oxşarlar. Həmçinin, civənin də filizə oxşarlığını deyib və hal-hazırda civənin filizə çevrilməsi aşkar olunub. Razi açıq şəkildə deyib ki, metaldan qızıl-gümüş almaq mümkün deyil. Torpağın altında metal elementinin uzun bir müddət qaldıqdan sonra qızıla çevrilməsimümkündür, amma bunu süni yolla almaq əsl keyfiyyətindən sayılmır (Cabir ibn Həyyanın kəmiyyətin keyfiyyətə çevrilmə qanunu kimi). İbn Sina da bunu deyib. Razinin yaşadığı dövrdə bəzi kimyaçılar bu işlə məşğul olublar və süni yolla metalı qızıla çevirmək üçün daim çalışıb axtarış edirdilər. Elə bu səbəbdən də Razi digər kimyaçıları bu fikirdən uzaqlaşdırmaq üçün və kimyəvi təcrübələrinini sübut etməkdən ötrü gecə-gündüz elmin dərinliklərində qərq oldu. Nəticədə, gözləri maddələrin təsirindən zəiflədi. Bir rəvayətə görə, Razi gözlərinin müalicəsi üçün bir göz həkiminə müraciət edir. Həkim ondan 500 qızıl sikkə alıb deyir: «Sənin illərcə axtarışında olduğun kimya budur, niyə özünü bu qədər əziyyətə salırsan?» Bu söz Raziyə yaxşı təsir bağışlamır və həmin vaxtdan həkimliyə üz tutur və Bağdada, tibb elmini öyrənməyə gedir. Hal-hazırda tibbdə işlədilən spirti Razi kəşf etmiş və spirtdən dərmanlar hazırlamışdır. Bir müddətdən sonra Razi öz tibb elmini kimyaçılara sübut edib və təkidlə bildirib ki, «Kimya tibbə xidmət etməli və bu elm bir başa insanın sağlamlığı ilə əlaqəli olmalıdır. Onun əsas işi nə ölümsüzlük əldə etməkdir, nə də qızıl-gümüş ələ gətirməkdir. Kimya yalnız tibb üçündür».İbn Sina da bu fikri söyləyib. Çünki bir zamanlar Avropada «Əl-kimya» elmi qızıl-gümüş əldə etmək üçün istifadə olundu və uzun müddət bu istiqamətdə yayılmağa başladı. Hətta bu barədə o qədər əsərlər yazıldı ki, onların bir  hissəsi bu alimlərin nüfuzuna əks fikir yaratdı (Cabir ibn Həyyan, İbn Sina və s).Bu əsərlərin kim tərəfindən yazıldığı da məlum deyildi və XVIII əsrdə bu əsərlərə aydınlıq gətirdilər.

 

Razinin nübuvvətə etiqadı

 

Razinin Allaha və metafizikaya etiqadı olub, amma bəzi naməlum mənbələrə görə o, peyğəmbəri və vəhyi qəbul etməyib. Razinin təfəkkürünə görə «Bütün insanlar qüvvət və bacarığa malikdirlər. İnsan öz ağlı, elmi və düşüncəsi sayəsində bir çox zirvələri fəth edə bilər. İnsanlar elm, bacarıq cəhətindən biri digərindən üstün deyil, bərabərdirlər». Onun nəzərində «Bilik üstünlüyü və onu mənimsəmək insanlar üçün İlahi bir rəhmətdir. İnsanlar öz xeyirlərini zərərlərindən ayırd etmək üçün elmə sahib olublar. Əgər Allah-taala hər bir qövm üçün peyğəmbər təyin edibsə,bu mənadadır ki, onlar digər məxluqatdan üstün şəxslərdir və bu da düşmənlərin çoxalmasına, müharibəyə, insanların həlakətinə səbəb olub». Bəzi alimlər isə kitablarında məzəmmət və istehza ilə onun adını «Peyğəmbəri təkzib edən» qoyub və buna oxşar bir kitab da yazıblar. Amma hal-hazırda bu iki kitab mövcud deyil, sadəcə bu kitablar barəsində Cenfer Maykl adlı bir yazıçı öz kitabında bəhs edib. Əsasən kitabında bu mətləbi açıqlayır:«Bütün insanlar həqiqəti öz elmləri ilə aşkar edə bilərlər, insanların dini rəhbərə ehtiyacı yoxdur, çünki həqiqətdə din ziyan gətirmiş, kin-küdurətə, müharibəyə səbəbolmuşdur». Həmçinin qeyd edib:«Dinlər müxtəlifdir, həqiqət isə birdir və bütün dinlər deyir ki, mən həqiqəti söyləyirəm, bəs bu necəolur?» Məhz elə bu kimi fikirlər insanların zehinlərində çaşqınlıq yaratmışdır. Bəzi yazılarda qeyd olunur ki, belə məlumatlar bir sıra İslam alimlərinin qəzəbinə səbəbolmuş və onlar Razini dinsiz adlandırmışlar. Həmçinin, onun əsərlərini rədd etmiş və aradan aparmışlar (mənbəyə ehtiyacı var).Bir dəstə isə belə fikri irəli sürüb deyiblər; Mümkün deyil, necə ola bilər ki, bir alim həyat və ölümün həqiqətini, ruhun mövcudluğunu, cismin aradan getməsini qəbul etsin, amma peyğəmbərləri və onların şəriətini inkar etsin?! Razinin məxsusən ənbiya və imamət barəsində 3 kitabı yazılmışdır. Bəzi yazıçılar onun «Xəzinətus-sufiya»(Əhli-şiənin böyük, tanınmış kitablarından hesab olunur)kitabında onun Allahın xofundan uzun gecələrdə ağladığını deyiblər.

 

Razi və cərrahiyə

 

Razi məşhur mənbələrə əsasən həkim kimi tanınmışdır, amma bəzi tarixçilər onu cərrah kimi tanıyıblar və yazdığı təlifatlardan da bu məlum olur.O, «Böyrək və sidik kisəsindəki daşın müalicəsi»barəsində bir kitab yazıb və kitabda qeyd edib ki, əgər böyrəkdəki daşı tibbi yolla, dərman ilə düşürmək və ya əritmək mümkün olmasa, gərək mütləq cərrahiyə əməliyatı olunsun.Həmin kitabda cərrahlıqdan bəhs edir. Bundan başqa o, vərəm, tuperkulyoz, oynaq ağrıları haqqında da kitablar yazmışdır ki, orada əlin, barmaqların, ayaqların sınıqlığını da bəhs edir. Bədən üzvlərinin sınıq və ya çıxıq yerlərini gipsə qoyub, oynaqların yenidən birləşməsi üçün bir müddət gipsdə saxlayardı.

Razi yeməklərin vasitəsi ilə bir müalicə metodu irəli sürüb və faydalı olub. Onlardan ən əsası qan təzyiqinin aşağı düşməsində istifadə olunub. Xörəklərlə müalicə barəsindəki kitabının adı «Mənafiul-əğziyyə və mozariha»dır və onun bir bölməsində ümumi yeməklərin gigiyenası, buğda və digər dənli bitkilərin xüsusiyyətləri, orqanizmə zərərli olan içkilər, şərablar, qeyri-spirtli içkilər, təzə və qurudulmuş ət, balıqlar və s. barəsindəsöhbət açır. Bir fəsildə isə iştahanın əmələ gəlmə səbəbini, yeməyin rahat həzmini, idamanla məşğul olmağın faydasını, rahat həzm olunan və pəhriz yeməklərini, qarışıq və zəhərlənməyə səbəb olan yeməkləri bütün incəliklərinə qədər açıqlayır.

Bir rəvayətə görə, həkim Razi ömrünün sonunda kor olur və 58 yaşında Reydə dünyasını dəyişir. Razinin əsl məqbərəsi isə naməlumdur.

Əbubəkr Muhəmməd Zəkəriyyə Razi dünyada dahi həkim, kimyaçı, filosof kimi tanınmış və həkimlik,kimya üzrə yazdığı qalıcı əsərləri əsrlər  ötsə belə, hər dövrdə istifadə olunmuşdur. Hal-hazırda Avropanın Tibb Universitetlərində onun əsərləri tədris olunmaqdadır.

 

İlahiyyatçı, Sara Zahidqızı   

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 5404, 

Dostların veb səhifələri

15657080
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5484
7422
52627
15456216
132219
160067
15657080

sizin IP ünvanınız: 18.223.158.29
2024-12-22 17:25

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!