Gizli Xəzinələr

Muhəmməd ibni İshaq İbni Nədim

                                                                                     Muhəmməd ibni İshaq İbni Nədim

Həyatı: (əhli-şiə alimlərindən) məşhur tarixçılərdəndir. İbni Nədim dördüncü əsrdə yaşamış künyəsi Əbul-Fərəcdir. Atasının künyəsi Əbu Yəqub olub.

Doğulduğu tarix dəqiq deyil, amma Bağdadda yaşadığı qeyd olunub. Alimin dostu olan Bərdai onun barəsində söz açarkən onu Hicri-340 da (951) gördüyünü və kitablarının əlyazmalarını ondan aldığını vurğulamışdır. Elə buna əsasən alim dostu ilə həmyaşıd olduğuna görə Hicri- 320 (932) ilini doğum tarixinə nisbət vermişlər. Fehrestində müxtəlif dinlər, məzhəblər, sənətlər, elm sahələri haqqında yazdığı əsərlərin mühtəvasından onun çox əsaslı bir təhsil aldığı bəlli olur. Yazı, dil, ədəbiyyat, hədis, məntiq, fəlsəfə, tarix elmlərini mənimsədiyi ustadlarından, Əbu Səyid Əs-Sayrafi, Əbul-Fərəc Əl-İsfahani, İsa ibni Əli, Əbu Abdullah Mərzubanı, İbnul-Həmmar, İbni Kirnib və Əbu Süleyman Əs-Sistani kimi alimlərə borcludur.

Əsərləri

Zamanla bir çox əsərin adı, mövzusu itib aradan getmişdir və yalnız müəllif haqqındakı məlumatlar zəmanəmizə gəlib çatmışdır.

Əl-Fehrest kitabı

İbni Nədim bir çox əsərlər yazmışdır və onlardan (dünya şöhrətli) ən mühüm əsəri “Fehrest”dir. İbni Nədimin “Fehrest”i hicri-qəməri 377-ci (987) ilində təsnif olunmuşdur. Fehrestul-kutub, Fehrestul-ulum, Fehrestul-uləma adlarıyla tanınan lakin qısaca El-Fehrest-lə daha çox məşhur olan bu kitab İslam dünyasında ilk biblioografik eserler toplusudur. Bu kitab əsasən onun əsərlərinin möhtəvasından təşkil olunmuş və Sasanilər dövrünün tarixi hadisələrdən nəql edir. “Fehrest” kitabı elmi kitab kimi tanınmışdır. 377-ci ildə yazılması kitabın öz müqəddiməsində qeyd olunur. Bu kitabdakı “Fehrestul-kitab” və “Kitabul-təşbihat” bölməsi daha çox şöhrət tapmışdır.

İslamda dəyərli kitab kimi qəbul edilən, ilk dörd əsirdə dini, məntiqli və elmi məqamlarla yazılmış, ərəbcə əsərlərin təlifi, tərcümələr və bunların müəllifləri haqqında verdiyi məlumatlarla elm dünyasına işıq saçan Əl-Fehrest 10 bölümdən və hər bölüm “fənn” başlığıyla alt bölümlərə ayrılmışdır.

Əl-Fehrestin bölmələri 10 ədəddir və əsasən bu mövzulardan ibarətdir;

 

1- Birinci bölüm müxtəlif millətlərin danışıq dilləri, istifadə etdikləri yazi növləri və müqəddəs kitablar, Qurani-kərim, qiraət elmi və qarilərlə bağlı məqalələrdən ibarətdir.

2- İkinci bölüm dil və qrammatika haqqında əsasən ərəb nəhvinin təşəkkülü, Kufə və Bəsrənin dilçilik elm mərkəzlərində nəhv elminin inkişafı kimi mətləblərlə əlaqəli məlumatlar daxildir.

3- Üçüncü bölümdə tarix, tarixşünaslar və onların əsərlərini yazan katiblər, divanlar, nədimlər, musiqiçilər və incəsənətə dair mətləblər yer tutur.

4- Dördüncü bölmədə şer və ədəbiyyatla bağlı məqalələr, şairlər və s.

5- Beşinci bölmə kəlam və İslamda kəlam elminin əhəmiyyəti haqqındadır.

6- Altıncı bölmə fiqh və fiqhi məzhəblərə ayrılmış geniş bir bəhsdən ibarətdir.

7- Yedinci bölmə fəlsəfə və qədim dövrdən intiqal edən elmlərdir.

8- Səkizinki bölmə sehir, cadu, tilsim, gözbağlama və xurafatlara ayrılmışdır.

9- Doqquzuncu bölüm Qaidəlilər, Sabiyilər, Maniheystler (uyqurd türkləri), Məzdəkilər kimi qədim Mesopotomiya ve Fars mədəniyyətinin, dininin yaranma tarixi və davam etməsi, məzhəblər və mədəniyyətlər.

10- Onuncu bölüm isə qədim kimya elmindən bəhs edir.

Əsərin birinci bolmünün ikinci qismində Yəhudi və xristyanlıların müqəddəs kitablarına da toxunulmuşdur. Yəhudi alimlərindən Səid Əl-Fəyyumidən (Saadia Gaon) söz açır və digər xristyan alimlərini tanıtdırır.

Elm, incəsənət və mədəniyyət tarixi baxımından böyük dəyərə sahib olan Əl-Fehrestin ilk nəşri üzərində 1850-ci ildə Qustav Flugel çalışmağa başlamışdır, lakin 1870-ci ildə vəfat etdikdən sonra Johannes Radriqer ve August Mueller köhnə əlyazmaları toplayaraq yarım qalmış nəşri tamamlamışlar. Baxmayaraq ki bu nəşir köhnə sayılır, Yunan və Latınca sonradan müxtəlif sayda, dəqiq unvanlarla nəşr olunanlardan daha çox istifadə olunur. Amma Paris, Viyana və Leydendəki (Niderland) nüsxələrdə bəzi səhflər mövcuddur. Çünki, Əl-Fehrestlə tutuşdurulmayan və uyğunluğu bəyan olunmayan digər klassik mənbələrə istinad etmədiyi üçün burada çoxlu sayda əskik və zəif mətləblər var.

Fehrestin bölmələri və adları;

1) “Əl-katabul-muqaddasati indəl-musliminə vəl yəhudi vəl məsihinə”.

2) “Əəmalul-sərf vən-nəhv vəl-luğati”

3) “Əttarix vəl siir vəl-coğrafiya və misalha”.

4) “Əş-şer”.

5) “Elmul-kəlam”.

6) “Əl-fəqih vəl-hədis”.

7) “ Əlfəlsəftu və ulumul-qadiməti”.

8) “Əl-əsatir vəl-hekayat vəl-sehr”.

9) “Məqalətu ən ğayril-məvəhdin əmsalul əl-Hindus vəl buddeyn vəs-sineyn vəl-maneyn”.

10) “Əl-kimya”.

Həyati barəsində mötəbər mənbələr

İbni Nədim haqqında ən qədim məlumat əsasən İbni Şəhr Aşub-inin (vəfatı-577.q) “Məalimul-uləma” kitabında qeyd etdiyi mötəbər məlumatdır. Ondan sonra isə Yəqub Həmui (vəfatı-626.q) bir əsərində İbni Nədimin həyatını müxtəsərlə şərh etmiş və onun “Fehrest”-indən oz əlyazmalarında istifadə etdiyini vurğulamışdır. Həmçinin müəllifin əsərlərinin müxtəlif elmlərə şamil oldugunu qeyd edib. Mənbələr arasında ən sonuncusu İbni Hicr-in “Lisanul-mizan” kitabı diqqətdən kənar qalmamalıdır, çünki, bu kitabda İbni Nədimin həyatı nisbətən müfəssəl yazılmışdır. Həmçinin İbni Nəccarın dediklərini də, alimin tərcumeyi-halının əsası kimi qəbul etmək olar. Zəhəbi də “Fehrest”-in əhəmiyyətini araşdırmalarla alimin həyatını şərh etmişdir.

Nəsli

İbni Nədimin əsl-nəcabəti haqqında tam dəqiq məlumat əldə olunmayıb və onun fehrestində qədim ərəb qəbilələri ilə nəsil bağlılığı haqqında dəqiq mətləb nəzərə çarpmır. Lakin ərəb qəbiləsindən olmaması da ehtimalən deyilmişdir.

Başqa bir məlumata görə İbni Nədim əvvəl elmi Bağdadda məsihi bir alimdən öyrənmişdir və İslamdan əvvəl Mesopotomiyada onun qəbiləsi yaşamışdır. Beləki, ata-babasının adi, kunyəsi – İshaq, Əbul-Fərəc, Yəqub olduğu üçün tayfasının ərəblərə yaxın olduğu ehtimal verilib.

Fehrestində adı Muhəmməd Bin İshaq Yəqub qeyd olunur. Tarix mənbələrində isə “İbni Nədim” adi ilə daha məşhur. Nədim onun atasının ləqəbi olub, amma bunun səbəbi haqda məlumat yoxdur. İbni Nədimin doğulduğu yer məlum deyil, təkcə onun Bağdadda yaşadığını və bir müddət də Musul da məskunlaşdığını bilirik. İbni Nədimin təvəllüdü dəqiq deyilməsə də onunla həməsr olan bəzi alimlərin həyatı ilə bağlı bir neçə tarixi ona nisbət vermişlər. Öz fehtestində xarici fəqihlərdən Əbubəkr Bərdai ilə 340 h.q.-də görüşdüyü qeyd olunur. Həmçinin İbni Nədim həmin zamanda əqaid elmi ilə bağlı elmi muzakirələrini Bərdai ilə mülahizə etmiş və Bərdainin elmi təcrübələrini toplayıb tərtib etmişdir. Elə bu görüşmə tarixinə əsasən belə ehtimal olunur ki, həmin zamanda İbni Nədimin 30 və ya 40 yaşı olub.

Vəfatı

İbni Nədimin vəfat tarixi barədə bir sıra ixtilaflar mövcuddur. Safidi 380 h.q. şaban ayinin 20-si, çərşənbə günü, Bağdadda dünyadan köçdüyünü yazmışdır. İbni Nəccarın nəql etdiyinə görə alim 385 h.q. ili Şaban ayının 20-də ,çərşənbə günü vəfat etmişdir.

Hətta bəzi müasir alimlər onun vəfatını qəməri 500 illinin əvvələrinə də (400 və ya 415) nisbət vermişlər.Bu kimi nəzərlər şərh olunsa da alimlər onun təkmilləşmiş əsərlərdən ibarət olan fehrestinin yazılma tarixini əsas götürmüşlər, çünki tarixi hadisələr də fehrestən qaynaqlanır.

Peşəsi

İbni Nədimin sənəti haqqda Yəqub Həmui ehtimal vermişdir ki, o tarixi araşdıran olmuşdur. Digər bəzi mənbələrdə də onu bu peşə ilə tanımışlar. Amma onun oz fehrestində sənəti ilə bağlı müxtəlif fikirlər yazılmışdır. Bir çoxu tarixin mürəkkəb səhifələrini araşdıran kimi demiş və bu peşəni onun atası ilə əlaqələndirmiş, bəziləri isə ozu ilə bağlı olduğunu demişdir. Hər ikisi haqqında dəqiq məlumat qeyd olunmayıb, bəzi şərqşünaslar ata-oğul hər ikisinin bu işlə məşğul olduğunu yazmışlar. Bununla yanaşı İbni Nədim incəsənətlə də tanış olmuşdur.

Kitabının Əl-Əusaf vəl-təşbihat bölməsində bitkiləri dərmanlama alətləri haqqında ixtisasi nəzər yazmışdır və zahirən də məlumdur ki, o bu sahəni atasından əxz etmişdir.

Ustadları

Təhsil aldığı müddətdə İbni Nədimin ustadları bu şəxslər olub: Şeyx Səri Bin Əhməd Kindi (qədim kimyaçı olub, çağdaş kimyada Əl-Kindi adı ilə məhşurdur), Əbu Əli İbni Səvar Katib, Əbul Həsən Əli Bin Harun Bin Əli Bin Harun Bin Əli Bin Yəhya (astronomiya elmi üzrə mütəxəssis alim), Əbul Fəttah İbni Nəhvi, Əbu Delf Yənbuii, Əbul Xeyir İbni Xamar və bunlardan ən mühümü Əbu Səid Sirafi, Əbu Süleyman Məntiqi Səcistani, Əbul Fərəc İsfahani, Əbu Ubeydullah Mərzibani və ehtimalən Yəhya Bin Ədi də ustadlarından olmuşdur. O cumlədən İbni Hicr Bağdadın məşhur mühəddislərindən Şeyx İsmayıl Saffarın da adını İbni Nədimin ustadı kimi qeyd etmişdir, amma mənbəsi məlum deyil. Fehrestə diqqət yetirməklə İbni Nədimin müxtəlif elmlərlə tanışlığının şahidi oluruq ki, bəzilərinə hətta nəzər də yazmışdır. O cumlədən, ərəb ədəbiyyatı, sadalanan elmlərin ən qədimi, fəlsəfi elmlər və fəlsəfənin tarixi də bu qəbildəndir. Məntiqlə düşünsək bu nəticəyə gələrik ki, həqiqətən də əgər o, fəlsəfə elmini Əbu Süleyman Səcistanidən oyrənibsə gərək bu elmdə onun məqamı yüksək olsun.

Bundan başqa İbni Nədim elmi fəaliyyətlərini ətrafındakı dahi alimlərdən mənimsəmiş, əsasən də Motəzilə kəlamçılarından və Fərabi məktəbində yetişən məntiqçilərdən öyrənmişdir.

Beləki, fehrestin mütaliələri sayəsində İbni Nədimin xüsusiyyətlərindən onun azad fikirə və tolerantlığa sahib bir şəxs olduğunu bilirik. Sağlam düşüncəsi tarixin səhifələrində öz əksini tapır.

İslam dininə bağlılığı

Alimin həyatında məzhəbi ilə bağlı ixtilaflar da diqqətdən kənar qalmır. Fehrestdə əsasən onun motəzilədən biri olduğu yazılıb, beləki yazdığı əsərlərdən də bu məlumdur və ibarətdir:

Peyğəmbərin (s) barəsində motəzilədən gələn nəqli dəlillər.

Motəzilənin iki qismi; Xilaskar və bidətçi.

Ədalət və Tovhid əhlinə aid motəzilədən nəql.

Əbul Həsən Əşərinin cəbriyyə (məcburi düşüncə) fəlsəfəsi bolməsi.

Peyğəmbər (s) əhli-beytinə olan ehtiramı. Bəzi məsum imamları (ə) və onların övladlarını bu bolmədə tərifləmişdir. Xilafətə can atan Təlhə, Zübeyr kimi şəxslərin Allah tərəfindən hakimiyyətə layiq görülmədiyini də bu bolmədə qeyd etmişdir, lakin bu mövzuya sonradan əlavə şərhlər verilmiş, düzgün nüsxənin əsli isə aradan aparılmışdır.

Digər əldə olunan mənbələr isə ibarətdir:

Müsəlmanların ictimaiyyətdəki mövqeyi.

Peyğəmbərin (s) möcüzəsi barədə Əlidən (ə) nəqli rəvayətlər.

Hişam Bin Həkəmin imam Sadiqə (ə) olan ehtiramı.

Rical elmini yazanların nəzərləri (rical-əhli-sünnədən gələn bir elmdir. Quran və əhli-beyt imamlarının yolu ilə gəlib çatan elmlərdən deyil).

Qeyd etmək lazımdır ki, digər müsəlman alimlərindən Şeyx Tusi və Nəcaşi fehrestdən bəhrələnmiş, amma rical elminə istinad etməmişlər.

Hənəfi məzhəbinə bağlılığı.

Fehrestinin Əbu Hənifə bolməsinə diqqət yetirdikdə belə nəticəyə gəlmək olar ki, İbni Nədimin Hənəfi məzhəbi ilə də əlaqəsi olmuşdur. Çünki o bu bölmədə Əbu Hənifəni çox mədh etmişdir.

Əl-ouvsaf və təşbihat

İbni Nədim Fehrestdən əlavə Əl-ousaf və təşbihat adlı kitab da yazmışdır. Amma bu kitab hal-hazırda əlimizdə deyil.

İstifadə olunan ədəbiyyat:

“Elmu İbni Nədim bil Yəhudiyyə vən-Nəsraniyyə” c-1, səh-84

Yaqut. Səh-17,18

İbni Hicr. C-5, səh-72,73

The Fihrist of al-Nadim, New York. S-25,26

Hazırladı: Ilahiyyatçı, İslamşünas: Sara Zahidqızı

 

                                                                                        Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 4350, 

Dostların veb səhifələri

15656815
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5219
7422
52362
15456216
131954
160067
15656815

sizin IP ünvanınız: 13.58.77.244
2024-12-22 16:32

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!