haqqımızda

logo-ebedinurinfo.png

Bağışlayan və Mehriban Allahın adı ilə

“And olsun qələmə və qələmlə yazılanlara”  Qələm surəsi, 1-ci ayə

                                          

“YARADAN YARATDIĞINI UNUDARMI?!”

 

  O, zaman-zaman yaratdıqlarına rəhmət gözü ilə baxdı və hər dəfə Özünün xüsusi səfirini göndərməklə yaradılışın tacı olan insanları cəhalətlərinin zülmətindən, Öz nuruna tərəf çəkib çıxartdı. Amma hər dəfə insanlar sanki qəflətdən ayılmaq istəməyən kimi o səfirlərlə və onların gətirdiklərilə mübarizəyə qalxdılar. Yenə də dünyanın səması zülmətə qərq oldu. Nəhayət, Yaradan yerin səmasına bir daha baxdı və yaradılışın səbəbi olan, Muhəmmədi –Allahın salamı ona və onun pak ailəsinə olsun- ən üstün şəriətlə bəşəriyyətə ərməğan edərək, nemətini onlara tamamladı.

Miladi təqvimi ilə 610-cu ildə  dünyanın qaranlıq səmasından, haqların taptalandığı yerə, qiyamət gününə qədər bəşəriyyətin kamillik səbəbi olan Qurani-Kərim nazil oldu. Allah-Təala bu kitabın vasitəsilə qiyamətədək bütün bəşər cəmiyyətinin ehtiyaclarını ödədi. Onu elə bir kamil biçimdə yaratdı ki, heç bir nöqsan və batil ona yol tapa bilmədi.

Öz vücudunda bütün kamillikləri cəm edən bu ilahi töhfə hər bir insanı əbədi səadətə çatdırmaqla vəzifələnmişdir. Hansı bir mədəniyyət, hansı bir idealogiya, hansı bir üslub və yol Qurani-Kərimin gəritdiyi mədəniyyətə, idealogiyaya, üsluba çata bilər?! İnsan, ona verilən ömür və fürsətin bircə dəfə olduğunu nəzərə alaraq Qurani-Kərimdən də daha üstün bir həyat proqramı tanıyırmı?!

Bu sərəncamın, insanı Yaradan varlığın tərəfindən göndərildiyini əsas tutaraq demək lazımdır ki, Quran insanı əbədi səadətə çatdıra biləcək yeganə vasitədir.

Əziz həmvətənlərimizi bu ilahi töhfə ilə tanış etmək məqsədi ilə “Əbədi Nur-Quran maarif mərkəzi” adlı müəssisə təsis edildi.

HƏDƏFİMİZ, AMALIMIZ, YOLUMUZ

  • Varlıq aləminin yaradılışındakı hədəfə çatmaq
  • Kamal zirvələrini fəth etməkləkamil insan olmaq
  • Varlıq aləminə olan baxışlarımızı aliləşdirməklə əbədi səadətə yetişmək
  • Yaradanın bizə təqdim etdiyi proqram və o proqramı ali şəkildə həyatlarında cari edən nümunəvi insanların vasitəsilə bu ülvi hədəfə çatmaq
  • Mümkün qədər bu ilahi proqramın içində yer aldığı, Qurani-Kərimlə daha da yaxından tanış olaraq onu digərlərinə də çatdırmaq    

 

“Əbədi Nur-Quran maarif mərkəzi” ilk öncə öz fəaliyyətinə “Əbədi Nur” jurnalı ilə başladı. Jurnal, 2006-cı ildə  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi” tərəfindən “№1803” sayla qeydiyyata alınmış və göstərəcəyi fəaliyyətləri təsdiqlənmişdir. Verilən bu icazəyə əsasən jurnal 2006- cı ilin Ramazan ayından öz dərcinə başladı.

 Jurnalın məqsədi, əziz oxucuları Qurani-Kərimlə tanış etmək, qəlbləri Quranın nuruna yaxınlaşdırmaq və doğru həyat yolunu seçməkdə ona yardım etməkdir. Əlbəttə ki, bu tanışlıq araşdırma və təhqiq səviyyəsində deyildir. Məqsəd, Quranla səthi tanışlıq, onun mövzuları və əhatə dairəsi barədə məlumat əldə etməklə ümumi bir görüşə malik olmaqdır. Yer səthinə nazil olduğu gündən bizim zəmanəmizə qədər olan zaman fasiləsində Quranın keçdiyi mərhələlər, qarilər, Quran alimləri, Quran barədə qələmə alınmış əsərlərin adları və bu kimi mövzular Əbədi Nur jurnalının əsas başlıqlarıdır. Hal-hazırda bu jurnalın10 sayı çap edilərək cəmiyyətə təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, "Əbədi Nur" jurnalı ümum camaatın, xüsusilə də ictimaiyyətdə çalışan elmi şəxslərin diqqətini özünə cəlb etmişdir.
Jurnal, 2007-ci ildə Tehranda keçirilən 5-ci seminarda fəxri diplomla mükafatlandırılmışdır.

 Həmçinin, 2009-cu il aprel ayının 30-da jurnal, “Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyəti”nin qərarı ilə "Qızıl Qələm Media mükafatı laureatı” ünvanı altında simvolik qızıl qələm və diplomla mükafatlandırılmışdır.

2011-ci ilin iyun ayında jurnal, “Azərbaycan Jurnalistlərin Həmkarlar ittifaqı” (Azər KİVİHİ) rəyasət heyəti və “Himmət” xeyriyyəçiliyinin təbliğ rəhbərliyinin birgə qərarı ilə “Xan Qızı Natəvan” mükafatına layiq görülmüşdür. 

Quran maarifi sahəsində başlanan fəaliyyətləri daha da genişləndirmək üçün 2007-ci ilin 03 may tarixində “Əbədi Nur Məhdud Məsuliyyətli” cəmiyyəti təsis edildi. Bu müəssisənin adı altında az yaşlı körpələrimizi və yeniyetmələrimizi sevindirmək məqsədilə müqəddəs dinimizə dair bir neçə kitab çap edildi. Onlardan “Laylalar”, “Kərbəla qəhrəmanları” “Üsulid-din”i qeyd etmək olar.

Zaman keçdikcə oxucuların maraq dairəsinin genişlənməsi və daha da çox məlumatlanmaq üçün tələblərinin artması, “Əbədi Nur” adı altında bir Quran maarifi saytının təsis edilməsi fikrini formalaşdırdı.  Bu hədəflə “Əbədi Nur”un fəal heyəti 2008-ci il tarixində “Əbədi Nur-Quran maarif mərkəzi” saytını təsis etdi. Saytın geniş imkanları, elmi heyəti, jurnalda dərc olunan və imkan məhdudiyyətinə görə dərc olunmayan mövzuları üçün burada daha da geniş şəkildə

qeyd etməyə fürsət yarandı.

2016-cı ilin payızında “Əbədi Nur-Quran maarif mərkəzi” saytı ixtisaslaşmağa qədəm qoyaraq, Quran sahəsində daha da dəqiq və mükəmməl məlumatların əldə edilməsi və hörmətli oxuculara təqdim edilməsi işinə başladı.

Bu müqəddəs işdə “Əbədi Nur” un çalışqan və ixlaslı heyətinə uğurlar arzu edirik.

 

123

 

456 

Dostların veb səhifələri

14210745
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1049
4145
8732
14046117
102558
173495
14210745

sizin IP ünvanınız: 44.206.248.122
2024-03-19 04:00

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!