Hikmət Xəzinəsi

Nə üçün peyğəmbərə «Ummi» deyirdilər?

Nə üçün peyğəmbərə «Ummi» deyirdilər?

 

 

Nə üçün peyğəmbərə «Ummi» deyirdilər?

 

Ravi Cəfər ibn Muhəmməddən (ə), o da İmam Muhəmməd Təqidən (ə) belə buyurduqlarını nəql edir: «Peyğəmbərə (s) «Ummi» deyilməsinə görə sual olundu. Həzrət suala elə sualla cavab verdi. Camaatın bu barədə fikri nədir? Dedilər: «Camaat elə bilir ki, Peyğəmbərin (s) savadı olmadığına görə ona bu adı vermişlər». Həzrət (s) buyurdu: «Yalandır. Allahın lənəti olsun o şəxslərə ki, deyirlər Peyğəmbər (s) yazıb oxuya bilmirdi». Allah-taala Qurani-kərimdə buyurur:

 

«Allah Özü «Ummi» (savadsız) olan ərəblərin içindən bir peyğəmbər yaratdı ki, onları günah və pis işlərdən çəkindirsin, onlara kitab və hikmət öyrətsin».

 

Peyğəmbər yetmiş üç dil bilirdi. Məkkəli olduğuna görə ona «Ummi» adı verilmişdir. Məkkəyə «Ummul-qura» («Şəhərlərin anası») deyirdilər.

«Ummi» o şəxsə deyirlər ki, analığının himayəsi altında savadsız, yetim olsun. Həzrət Muhəmmədin (s) anası Peyğəmbər uşaq ikən ölmüş və onu başqa bir qadın saxlamışdı. Elə buna görə o həzrətə «Ummi» adı verilmişdir. Lakin savadsızlığı Peyğəmbərə (s) nisbət vermək heç də düzgün fikir deyildir. Əllamə Təbərisi «Məcməul-bəyan» təfsirində Seyid Murtəza Ələmul-hudadan bu ayənin şərhi barəsində belə nəql edir:

«Allah Qurani-kərimdə buyurur:

«Sən ey peyğəmbər, peyğəmbərliyə məbus olmamışdan əvvəl yazıb oxuya bilmirdin. Çünki yazıb oxumağı öyrənməmişdin. Əgər belə olmasaydı, kafirlər sənin peyğəmbərliyinə şəkk edib Quran və möcüzəni inkar edərdilər. (Yəni əgər Həzrət Muhəmməd (s) besətdən əvvəl oxuyub və yazmaq bilsəydi, kafirlər Qurani-kərimin Peyğəmbər tərəfindən yazılmasını iddia edərdilər)».

Əllamə Muhəmməd Baqir Məclisi «Biharul-ənvar» kitabında (c.16, səh.134) buyurur: «Peyğəmbərin oxuyub yaza bilib və bilməməsi barədə müxtəlif rəvayətlər nəql olunur. Bəzi rəvayətlərdə deyilir ki, besətdən əvvəl Peyğəmbər (s) oxuyub yaza bilirdi. Lakin o bu işi Allahın məsləhət və əmri ilə ərəblərdən gizlətmişdir».

Bütün vəhy və əmrlər Allah tərəfindən ərəb dilində nazil olmuşdur. Digər peyğəmbərlərə isə vəhy öz tayfasının dilində nazil olardı. Vəhy bir neçə formada çatdırılıb. İşarə, əmr, danışıq, ilham və elçi (Cəbrail) vasitəsi ilə.

 

Nə üçün Peyğəmbərə (s) Əhməd, Əbülqasim, Bəşir, Nəzir, Dai adları verilmişdir?

 

İmam Həsəndən (ə) nəql olunur ki, bir gün bir neçə yəhudi alim Peyğəmbərin (s) xidmətinə gəldi. Onlardan biri soruşdu: «Nə üçün sizə Muhəmməd, Əhməd, Əbülqasim, Bəşir, Nəzir və Dai adları verilmişdir? Həzrət (s) buyurdu: «Mən Allah tərəfindən bəyənilmiş olduğuma görə Muhəmməd (s) adını almışam. Əhməd adına isə asimanda bəyənildiyimə görə layiq görülmüşəm. Allah peyğəmbərliyimi təsdiq edənlərə Behişt, peyğəmbərliyimi inkar edənlər arasında isə Cəhənnəmi qisimlərə böldüyümə görə Əbülqasim adını almışam. Camaatı düz yola dəvət etdiyimə görə Dai, onları qorxutduğuma görə Nəzir və Behiştə bəşarət verdiyimə görə Bəşir adlarına layiq görülmüşəm».

Fizaldan belə rəvayət olunur: «İmam Rzadan (ə) soruşdum: «Nə üçün Peyğəmbərə (s) Əbülqasim adını qoyublar?

Həzrət (s) buyurdu: «Onun Qasim adında oğlu olduğuna görə ona Əbülqasim («Qasimin atası») adını qoymuşlar».

Sonra Peyğəmbərə (s) istinad edərək deyir: «Mən (Peyğəmbər) və Əli (ə) hər ikimiz ümmətin atasıyıq. Əli (ə) Behişt və Cəhənnəmi qisimlərə böləndir».

Peyğəmbərin ilk oğlunun adı «Tahir» olmuşdur. Besətdən əvvəl Həzrət Xədicədən dünyaya gəlmiş və besətdən əvvəl də vəfat etmişdir.

 

İlahiyyatçı, Sara Zahidqızı

İstifadə olunan mənbə: «İləluş-şəraye»  Şeyx Səduq

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 152, 

Dostların veb səhifələri

2106004
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
300
3664
3964
1952317
104329
152081
2106004

sizin IP ünvanınız: 54.92.190.11
2018-09-24 04:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!