Hikmət Xəzinəsi

Xoşagəlməz ləqəblər

Xoşagəlməz ləqəblər

Qurani-Kərimdə insanların bir-birini ələ salmasını, ayıblamasını, qınamasını və bir-birinə xoşagəlməz ləqəblər qoşmasını yasaqlamaqla yanaşı, insanların arasında lazım olan davranış ədə­bini nizamlayan əhəmiyyətli göstərişlər var. 

Ləqəb insanlar arasında tərifləmə və ya  pisləmə məqsədi ilə qoyulan əlavə ad­dır.  İn­­san­ların yaxşı məziyyətlərinə uyğun tərif və hörmət məqsədi daşıyan gözəl ləqəblərdən istifadə etmək isə yasaq deyil. Lakin pis xüsusiyyəti ifadə edən ləqəblər isə çirkin ləqəblər sayılır. İstehza  nədir? Bu da kimisə zarafatla məsxərəyə qoymaq, şərəf və qürurunu alçaltmağa çalışmaqdır. Burada ağlımıza “Allah-Təalaya istehza etmək yaraşarmı?” sualı gələ bilər.

Bildiyimiz kimi, əslində istehza qarşıdakının şərəf və qürurunu tapdalayıb ayaq altına atmaq, onun qüsurlarını dilə gətirib ona üstüörtülü həqarət etmək və bundan ləzzət almaqdır. Bu isə yolverilməzdir.

Sabit ibn Qeys adlı bir kişinin qulaqları ağır eşidirdi. Məscidə gələn zaman  ona yuxarı  başda  Peyğəmbərin (s)  yanında   yer verərdilər ki, o həzrətin (s) sözlərini yaxşı eşidə bilsin.

Bir gün o kişi sübh namazına gələndə camaat artıq namazı bitirib  yerlərində əyləşmişdi. O, “Yol verin, yol verin” – deyə-deyə camaatı  itələyərək önə keçdi. Bu zaman müsəlmanlardan biri mehribancasına Sabitə dedi: “Elə buradaca əyləş, çox irəli getmə”. O, əsəbi halda yerdə oturdu və hava işıqlanandan sonra Qeys dedi: “Sən kimsən?” Həmin müsəlman öz adını söylədi. Sabit dedi: “Filan qadının oğlusan?” Sabit onun anasını xoşagəlməz ləqəblə təqdim etdi. Müsəlman kişi  xəcalətindən başını aşağı saldı.

Bu zaman  belə bir ayə nazil oldu:

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَى أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَى أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ وَمَنْ لَمْ يَتُبْ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ 

“Ey iman gətirənlər! Heç bir qövm digərini məsxərəyə qoymasın. Ola bilsin ki, onlar (məsxərəyə qoyulanlar) o birilərdən (məsxərəyə qoyanlardan Allah yanında) daha xeyirli (üstün) olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərdən (rişxənd edənlərdən) daha yaxşıdır. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizə pis ləqəblər qoymayın. İman gətirdikdən sonra fasiq damğasını qazanmaq necə pisdir. Məhz tövbə etməyənlər əsl zalimlərdir!” (Hucurat, 49/11)

Beləliklə, Quran öz davamçılarını xoşagəlməz ləqəblərdən, istehza və  məsxərələrdən çəkindirdi.

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3723, 

Dostların veb səhifələri

14386707
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5005
5858
14444
14222443
95431
183089
14386707

sizin IP ünvanınız: 3.133.147.87
2024-04-16 15:27

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!