Hikmət Xəzinəsi

Hədislər

Hədislər

 

İmam Sadiq (ə) buyurub:

  “Üç şəxs hesabsız Cənnətə daxil olar: adil rəhbər, doğru danışan tacir və ömrünü Allaha itaətdə keçirən qoca”.

 

  “Üç şəxs də hesabsız atəşə daxil olar: zalım rəhbər, yalançı tacir və zinakar qoca”.

 

  “Üç halı olan üç şeydən məhrum olmaz:

a) Duaya tovfiq tapanın duası qəbul olunar;

b) Şükr etməyi bacaranın neməti artar;

c) Təvəkkül edənə Allah kifayət edər”.

 

  Necə ki, Allah-təala buyurmuşdur:

“Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”;

“Əgər şükr etsəniz, nemətlərinizi artıraram”;

“Məni çağırın, Mən sizə cavab verim”.

 

  “Üç şey var ki, heç kim onda üzrlü deyil: Əmanət sahibinə qaytarmaq – istər yaxşı olsun, istərsə də pis; ata-anaya yaxşılıq etmək – istər yaxşı olsun, istərsə də pis; əhdə vəfa etmək – istər yaxşı olsun, istərsə də pis”.

 

  “Üç vəzifə insanlar üçün çox ağırdır: başqalarına güzəşt etmək, malını din qardaşı ilə bölüşmək və Allahı çox yad etmək”.

 

  “Allahın üç şeydən acığı gələr: çox danışan, çox yeyən və çox yatan”.

 

  “Hər kim az miqdar ruziyə qane olsa, Allah da onun az əməlinə razı olar”.

 

  “Bacardığınız qədər yaxşılıq edin ki, pis ölümün qarşısını alasınız”.

 

  Əli (ə) buyurub: “Kiçiklərin haqqı odur ki, onlara lütf və mərhəmətlə təlim edəsən, səhvlərindən keçəsən, eyiblərini örtəsən, onlarla keçinəsən və işlərində ona kömək edəsən”.

 

  “Sailə bir şey verdikdə ondan sizə dua etməsini istəyin. Çünki onun sizin haqqınızdakı duası qəbuldur. Amma özləri üçün etdikləri qıbul deyil, çünki çox zaman yalan deyirlər”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4265, 

Dostların veb səhifələri

14400970
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
500
4878
28707
14222443
109694
183089
14400970

sizin IP ünvanınız: 13.58.197.26
2024-04-20 04:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!