Print this page

Hikmət Xəzinəsi

Hikmətlər

 
(1 Vote)

Hikmətlər

 

Peyğəmbər (s) və İmamların (ə)tibb elmindən xəbərdarlığı

Bir gün İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi. Mənsurun yanında Hindistandan bir kişi var idi. O tibb kitablarını oxuyurdu. Hindli oxumağını bitirəndən sonra İmam Sadiqə (ə) dedi:

    - Tibbə aid bildiklərimdən nəyisə bilmək istəyirsənmi?

Həzrət dedi:

    - Mənim bildiklərim sənin bildiklərindən daha yaxşıdır.

    - Nədir bildiklərin?

    - İstini soyuqla, soyuğu isti ilə, yaşı quru vasitəsilə, qurunu da yaş vasitəsilə sağaldıram. İşlərin hamısını Allaha qaytarıb Peyğəmbərin (s) dediklərini həyata keçirirəm. Mədəni xəstəliklər evi, pəhrizin isə dərman olduğunu bilirəm. Bədən üçün lazım olan vasitələri ona vərdiş etdirirəm.

    - Tibb bunlardan ibarətdir?

    - Düşünürsən ki, mən bunları tibb kitablarından götürmüşəm?

    - Bəli.

    - And olsun Allaha ki, yox. Yalnız Allahdan öyrənmişəm. De görüm mən tibbi yaxşı bilirəm yoxsa sən?

    - Yox, mən yaxşı bilirəm.

    - Səndən bir şey soruşummu?

    - Soruş.

    - Başdakı lay və qırışıqlar nə üçündür?

    - Bilmirəm. 

    - Nə üçün tük başın üst hissəsində çıxır?

    - Bilmirəm. 

    - Alında niyə tük bitmir?

    - Bilmirəm. 

    - Alındakı xətlər və qırışlar nə üçündür?

    - Bilmirəm. 

    - Niyə qaşlar gözlərin üstündə yerləşdirilib?

    - Bilmirəm. 

    - Nə üçün gözlər badamvari formadadır?

    - Bilmirəm. 

    - Nə üçün burun gözlərin arasında yerləşdirilib?

    - Bilmirəm.  

    - Nə üçün burunun deşikləri onun aşağı tərəfində yerləşdirilib?

    - Bilmirəm.

    - Niyə bığ və dodaq ağızın üst tərəfindədir?

    - Bilmirəm. 

    - Niyə qabaqdakı dişlər iti, dəyirmi dişlər enli, azı dişlər isə uzun yaradılıb?

    - Bilmirəm. 

    - Əllərin içi niyə tüksüzdür?

    - Bilmirəm. 

    - Dırnaq və tükdə niyə ruh yoxdur?

    - Bilmirəm. 

    - Nə üçün ürək sənubər toxumu kimidir?

    - Bilmirəm. 

    - Niyə ağ ciyər iki hissədən ibarətdir və öz yerində hərəkət edir?

    - Bilmirəm. 

    - Niyə qara ciyər qövsvaridir?

    - Bilmirəm. 

    - Nə üçün böyrəklər lobya dənəsi kimidir?

    - Bilmirəm. 

    - Niyə diz qapağı arxaya qatlanır?

    - Bilmirəm. 

    - Niyə ayağın içi yerə dəymir (yalnız qabaq və arxa tərəfi yerə oturur) ?

    - Bilmirəm. 

    - Amma mən bilirəm.

    - Onda de!

    - Başın bir neçə lay və yarıqlardan təşkil olunmasının səbəbi budur ki, içi boş olan hər bir şey bir hissədən təşkil olunsa, daha tez sınar və sıradan çıxar. Bir neçə hissədən təşkil olunması onu zərbəyə davamlı edir.

    Tükün başın üst hissəsində çıxmasının səbəbi budur ki, tükə yetişən onun köküylə beyinə axa bilsin. Tükün içi boş olduğundan beyindəki buxar onun vasitəsilə xaricə çıxır. Həmçinin tük başı soyuq  və istidən qoruyur.

      Alnın tüksüz olmasının səbəbi budur ki, işıq alın vasitəsilə gözə yetişdiyinə görə, gərək o tüksüz olsun ki, bu prosesə mane olmasın.

      Allah-taala alında xətt və qırışıqlar yaradıb ki, başın yuxarı tərəfindən axan tər dənəciklərini özündə saxlasınlar və onları gözə axıtmasınlar. Necə ki, qayalar dünyanın sularını özündə toplayıb ətrafa daşlanmasının qarşısını alırlar.

      Qaşlar ona görə gözlərin üstündə yerləşdirilib ki, gözə izafi işıq yetişməsinin qarşısını alsınlar. Bu sözümün şahidi budur ki, gözə artıq işıq yetişəndə və insan bundan artıq əziyyət çəkəndə, əli ilə gözünün üstündə kölgə yaradır ki, gözünə lazım olan miqdardan artıq işıq düşməsin.

      Burun ona görə iki gözün ortasında yerləşdirilib ki, gələn işığı da iki hissəyə bölsün və hər iki göz bərabər miqdarda işıq qəbul etsin.

      Gözün badamvari yaradılmasının səbəbi budur ki, ona tökülən dərman özü üçün axın tapa bilsin və rahat hərəkət edib gözün hər bir tərəfinə yetişsin, xəstəlikləri oradan çıxarsın. Əgər kvadrat və ya dairəvi yaradılsaydı, dərman özünə axın tapıb hərəkət edə bilməz və nəticədə göz heç vaxt sağalmazdı.

      Burun deşikləri burunun aşağı tərəfində yerləşdirilib ki, beyindəki lazımsız maddələr rahat axıb bayıra tökülsün. Həmçinin, burun deşikləri vasitəsilə iylər yuxarı qalxıb iybilmə orqanına yetişə bilsinlər. Bu deşiklər burunun yuxarı tərəfində yerləşdirilmiş olsaydı, nə bir lazımsız maddə axıb bayıra tökülə bilərdi, nə də iylər iybilmə orqanına yetişərdi.

      Allah-Taala bığ və dodaqları ağızın üstündə yerləşdirib ki, beyindən tökülən maddələr insanın ağzına axıb onun yediyini və içdiyini korlamasın; insan onu özündən uzaqlaşdıra bilsin.

      Kişilər üçün saqqal yaradılıb ki, qadınlardan seçilsinlər və bir insanın qadın və ya kişi olması ilk baxışdan seçilsin.

      İnsanın qabaq dişləri ona görə iti yaradılıb ki, qidanı rahat parçalaya bilsin. Arxa dişləri isə enli yaradılıb ki, qida onların vasitəsilə çeynənsin və tam əzilsin. Ağızdakı iti dişlərin uzun olmasının səbəbi budur ki, bu dişlər o biri dişlərə dayaq olsunlar. Necə ki, evin sütunları onun dayağıdır.

      Əşyalara toxunma (onların bərk və ya yumşaq olmalarını bilmək) əllərin vasitəsilə həyata keçirildiyi üçün onların içi tüksüz yaradılıb ki, bu prosesə mane olmasın.

      Dırnaq və tükdə ruhun olmamasının səbəbi budur ki, onlar tez-tez uzandıqlarından onları məcbur olub kəsirlər, əgər onlarda ruh olsaydı, bu zaman çox böyük ağrı hiss olunardı.

      Ürək sənubər toxumu şəklindədir. Çünki, o, çevrilmiş formadadır. Ürəyin bir tərəfi soyuqdur ki, ağ ciyərə daxil olub onu sərinləşdirsin, beyin onun (ağ ciyərin) istiliyə ilə yanmasın.

      Ağ ciyər ona görə iki hissədən ibarətdir ki, ürək onun təzyiqlərinin altında sərinləşsin.

      Qara ciyər qövsvari yaradılıb ki, mədəyə ağırlıq edib onu tamamilə əhatə etsin və ona təsir göstərməklə içindəki buxarı çıxartsın.

      İnsan qabaq tərəfə hərəkət etdiyinə və hərəkətləri bərabər şəkildə olduğuna görə diz qapaqları geri qatlanır. Əgər belə olmasaydı, hərəkət etdiyi zaman yerə yıxılardı.

      Ayağın içi çuxur yaradılıb. Çünki, hər bir şeyin altı tamam yerə otursa, dəyirman daşı kimi ağır olar, əgər bir tərəfi yerə oturarsa, uşaq da onu tərpədə bilər. Yerə üzü üstə sərilmiş bir şeyi kişilər də çətin qaldırar.

Bu məqamda hindli soruşdu:

- Bu elm sənin üçün haradandır?

Həzrət (ə) dedi:

- Bu elmi atalarım olan imamlardan (ə), onlar da Allahın Rəsulundan (s), o da bədən və ruhları yaradandan – Aləmlərin Rəbbindən öyrəndi.

- Düz düyirsən. Mən şəhadət verirəm ki, Allahdan başqa sitayiş edilən yoxdur və  Muhəmməd onun elçisi, bəndəsidir. Həmçinin siz öz zəmanənizin ən bilikli şəxsisiniz.

“Tibbi hədislər toplusu” Ayətullah Reyşəhri 


 4005,