Hikmət Xəzinəsi

"Mən, bağışlamaqlıq aşiqiyəm”

"Mən, bağışlamaqlıq aşiqiyəm”


Ramazan sözünün mənası günahları yandıran, uzaqlaşmaq, çəkinmək deməkdir. Hər bir şeyin baharı var. Quranın da baharı, Ramazandır. Əvvəli bərəkət ortası məğfirət sonu da azadlıq olan, on iki ay içərisində Quranda məhz onun adı çəkilən, Quranın nazil olduğu ay Ramazan ayıdır. Ramazanın səbr, azadlıq, məğfirət, fəzilət, iffət kimi əllidən çox adı var. Allah Musa peyğəmbərə “ Çarığını çıxart ! Çünki sən müqəddəs məkandasan ” deyə buyurdu ( Taha surəsi -12). İnsanda bu aya daxil olarkən gərək kini, yalanı qəlbindən çıxartsın. Ramazan iradənin əmələ gəlməsi və insanın istədiyi kamillik zirvəsinə yetişməsi üçün gözəl bir fürsətdir.

Bu ayda mərhəmət qapısı ayın sonuna qədər açıq qalar. Bu ayda ən gözəl əməl, günahdan uzaq olmaqdır. Hər bir insan bir şeyin aşiqidir. Allahda bir şeyə aşiqdir. Allah buyurur: “ Mən, bağışlamaqlıq aşiqiyəm ”. Bu ay dua və tövbə ayıdır.
Əhli-beytin (ə) insanlara üstünlüyü kimi, Ramazanın da başqa aylara üstünlüyü vardır. İbadəti min aya bərabər olan qədr gecəsi, məhz Ramazan ayındadır. Orucun duası mələklər üçün zinətdir. Orucun duası qəbul, nəfəsi savab, yatması isə ibadətdir. Oruc olan şəxs acarsa amma yeməzsə, Allah ona cənnətdə cənnət qidaları yedirdər. Ramazan ayında oruc tutmağın Allah dərgahında çoxlu cavabı vardır ki, insanın yaşayış və sağlamlığına çox böyük faydası vardır.


Oruc tutan insan bu addımı ilə şeytanın üzünü qara edir, onun qüdrətini azaldır, belini sındırır və onun insanlara hakim kəsilməsinə mane olur. İslam peyğəmbəri belə buyurmuşdur: " Allah – taala bir çox mələkləri oruc tutanlara dua etmək üçün təyin edib ". Hər xeyirli və savablı əməllərə başqa aylarda on bərabər savab yazılırdısa, bu ay yetmiş bərabər savab yazılar.
" Orucluq Mənə məxsusdur, mən ona mukafat verərəm." Allah bu müqəddəs cümləsi ilə bizə orucluğun çox mühüm olmasını və hətta Özündən başqa heç kimin oruc tutan bəndəsinin mükafatını verə bilməyəcəyinə bir işarə edir. Həmçinin o bəndə bu ayda Məni dərk etməklə Mən ona kifayər edər və Məni tapmaq yolunu ona göstərərəm.


Bu ayın namazı ilə başqa ayın namazları fərq edir. Bu namaza bu dəyəri verən Ramazan ayıdır. Hədisdə buyurulur ki, əgər bilsəniz bu Ramazanda nələr var, il boyu Ramazan olmasını arzu edərdiz. Ramazan ibadət qapısı, övliyaların bayramı, oda qalxan, əməllərin qiymətli olması, bir ayə bir Quran xətminə bərabər, namazın yetmiş qat artıq savablı olması, yağış kimi rəhmətin nazil olması, sadə əməllərlə cənnət qazanmaq imkanı, ibadətlərin qəbul olduğu bir aydır. Bədbəxt şəxs orucluqda bağışlanmayandır. Bu ayda salavat, hər əməldən üstündür. Çünki bu salavatda özün üçün bir şey istəmirsən. Bu ayda aqq valideyn, dua etməyən və salavat deməyən bağışlanmaz. Ramazan bütün aylardan üstün və fəzilətlidir. Onun günləri başqa günlərdən, gecəsi başqa gecələrdən və saatları başqa saatlardan daha qiymətlidir.

Ramazan elə bir aydır ki, insanlar Allahın qonaqlığına dəvət olunur və Allahın güzəştinə çatırlar. Ramazanda əxlaqını düzəldən, siratdan rahat və asan keçər. Allah orucu buna görə vacib edib ki, varlı ilə yoxsul bir olub, varlı da aclığın dadını ala bilsin. Yəni varlı sərvətinin olmağı ilə hər vaxt ürəyi istəyənləri alıb, yeyir içir. Lakin Allah orucu vacib etdi ki, varlı aclığı hiss edə yoxsulların aclığını yada salıb, onlara rəhm edib əllərindən tuta. Oruc tutan şəxs Allah yanında o qədər zirvəyə malikdir ki, Allah o bəndəsinin ağzının iyini ən gözəl ətirlərdən qiymətli bilib. Oruc tutan insan pis söz danışmasa, Allah onun adını cənnətə gedən insanların siyahısına yazar. Oruc tutan şəxsə Allah yeddi xislət bəxş edər: onun bədənindən haram şeyi əridər, Allah rəhmətinə yaxınlaşar, ata – babalarının günahlarını bağışlar, ölüm ayağında rahat can verər, qiyamət günündə ac və susuz qalmaz, cəhənnəm odundan uzaq olar, cənnətin ən gözəl nemətlərinən qidalanar.

 

Quran və tarixdə oruc

 

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə oruc vacib olduğu kimi, sizə də vacib edildi.” (Əl-Bəqara surəsi 183 – cü ayə). Müqəddəs Qurani – Kərimdə alti surəsində orucdan söhbət açılır. Orucun bir mənası “ çəkinmək ” olduqu üçün, danışmamaq barəsində söz verməyə də oruc deyərlər. Necə ki Həzrəti Məryəm ona böhtan atan insanlarla danışmamağı üçün, üç gün susmaq orucu tutacağına söz verdi (Məryəm surəsi 26 – cı ayə).  Oruc ibadəti qədim Roma, Yunan, Misir, Hind və Çin bütpərəstləri arasında da olmuşdur. Bəzisi bir gün, bəzisi bir neçə gün və ya bir neçə həftə oruc tutardılar. Ət, süd və ya ümumiyyətlə ağartı məhsullarından uzaq olardılar.

  
Orucun cismə və ruha olan xeyri


Hər şeyin zəkatı var. Quranın zəkatı onu oxumaq, bədənin zəkatı isə Ramazanda oruc tutmaqdır. İnsan oruc tutmaqla öz bədənində olan artıqları təmizləyər və oruc tutmaqla həmçinin öz nəfsini pak edər. Cismimizin müalicəsi dərmandırsa, sanki mənəviyyat və daxilimizi müalicə edən, oruc tutmaqdır. Günah əsərində insanın daxilində əmələ gəlmiş mənəvi çirkinlikləri təmizləyər.

İslam peyğəmbəri buyurmuşdur: “ Oruc tutun sağlam olasınız .” Oruc tutmaq insanın mənəviyyatından əlavə cisminədə çox xeyri vardir. Təcrübə ilə sübuta yetmişdir ki, az yeyib – içmək, az danışmaq, çox keyfe baş qoşmamaq, insanın ağıl və zəkasını kamilləşdirir. Bu əməllər həmdə çətinliklər qarşısında insanın daha dözümlü olması üçün iradəsini möhkəmləndirir. On bir ay hərəkətdə olan mədəya, bir ay bir fasilə lazimdır. Oruc tutan şəxs mədə, bağırsaq və xərçəng xəstəliyindən amanda qalar. Bu yolla mədə və bağırsaq istirahət etmiş olur həmdə, insan bir ay haramlardan çəkinməlkə özünü gələcək aylara günah etməmək baxımında hazırlşdırır. İmam Əli (ə) buyurmuşdur: “ Allah sizi bağışlamaq istəməsəydi, orucluq ayını qərar verməzdi".

 Hazırladı: Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 4640, 

Dostların veb səhifələri

15651974
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
378
7422
47521
15456216
127113
160067
15651974

sizin IP ünvanınız: 3.149.214.28
2024-12-22 01:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!