İlahi nemətlər

Əncir

 

Əncir

 

وَالتِّينِ وَالزَّيْتُونِ

وَطُورِ سِينِينَ

وَهَذَا الْبَلَدِ الأمِينِ

لَقَدْ خَلَقْنَا الإنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ

“And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına”

“And olsun Sina dağına”

“Və and olsun bu əmin-amanlıq (olan) şəhərə  (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,”

“Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq” (“Tin” surəsi, ayə 1-4).

“Tin” – “əncir” kəlməsi Qurani-məciddə yalnız bir dəfə işlədilmişdir. Lakin bu yeganə xatırlatma çox əhəmiyyətlidir. Əncir və zeytun çox faydalı, zəngin tərkibli olduğu üçün Allah-təala “Tin” surəsində onlara and içir.

Əncir A, B, C vitaminləri ilə zəngin olub meyvəsi ikirənglidir.

Əncirdən sinəyumşaldıcı, qəbizlik əleyhinə, diş əti iltihabı, plevrit, göyöskürək, əl və ayaqda olan ziyillər, döyənək, arıqlıq, dalaq şişi, ağciyər, angina, çox yatmaqdan yaranan baş ağrıları və saç tökülməsi əleyhinə istifadə olunur.

 

  • Əncir sinəni yumşaldır;

Kişmişlə qaynadılmış əncir qocalar, idmançılar və xəstəlikdən sonrakı zəif olanlar üçün çox faydalıdır.

Qəbizliyin ən asan müalicəsi əncir rejiminə keçməkdir. Qəbizliyi olan hər bir kəs iki ay əncir pəhrizi saxlasa tam sağalar. Bunun üçün on ədəd quru ənciri ilıq suda yuyub üzərinə üstünü örtəcək qədər soyuq su tökmək və qabın ağzını bağlamaq lazımdır. Bir gecə qaldıqdan sonra isə səhər əncirləri yemək və suyunu içmək lazımdır.

 

  • Saç tökülməsinin əncir yarpağı ilə müalicəsi;

Əncirin tərkibində çoxlu miqdarda kükürd olduğu üçün tük kökünün bərkidilməsi və saç tökülməsinin qarşısını almaqda çox faydalıdır. Bunun üçün 50 qr əncir yarpağını 1 litr suda qaynadıb, gün ərzində bir neçə dəfə onunla başı yumaq kifayətdir.

 

  • Çox yatmaqdan yaranan baş ağrılarının əncir ağacının gövdəsi ilə müalicəsi;

Bir miqdar əncir ağacının külünü sirkədə həll edib alnınıza və başınıza sürtün. Bununla da çox yatmaqdan yaranan baş ağrıları keçib gedəcək.

 

  • Diş ağrısının dərhal sakitləşməsi və müalicəsi;

Əgər pambığı əncir ağacının şirəsinə batırıb, dişinizə sürtsəniz və dişin qaralmış hissəsinə qoysanız dərhal ağrısı kəsər.

 

  • Əncirlə hafizənin gücləndirilməsi;

Bir neçə quru ənciri doğrayın. Üyüdülmüş qoz, püstə və badamla qarışdırıb, hər gün 2 xörək qaşığı yesəniz hafizəniz qüvvətlənər.

 

  • Ziyil və podaqranın əncirlə müalicəsi;

Bir miqdar yetişməmiş əncir tozunu əvvəlcədən əridilmiş keçi piyi ilə qarışdırıb, ziyil döyənəyinin üzərinə çəkin. Bu ziyili ən yaxşı şəkildə aradan aparar. Əncirin şirəsi də bu cəhətdən çox faydalıdır.

 

  • Plevrit və göyöskürəyin müalicəsi;

Quru ənciri döyüb üyüdün və qəhvə əvəzinə işlədin. Bu plevrit, bronxit və göyöskürək üçün çox təsirlidir.

 

  • Bədənə su yığılması;

Əncir ağacının nazik budaqlarını suda qaynadın və işlədici kimi uşaqlara verin. Həmçinin bu məhlul toxumalarda yığılmış suyu da bədəndən xaric edir.

 

  • Diş əti iltihabı və boğaz qıcıqlanması;

İyirmi ədəd əncir qurusunu bir litr suda, yaxud süddə qaynatsanız, diş əti iltihabı və boğaz qıcıqlanması əleyhinə təsirli bir dərman əldə edə bilərsiniz. Sonra bu məhlulla qarqara edin.

 

  • Dalaq ağrısının əncirlə müalicəsi;

100 qr ənciri bir gün sirkədə isladın və onun altı dənəsini səhər acqarına yeyin. Qalanını əzib dalaq nahiyəsinə qoyun. Bu əməliyyatı on gün təkrarlayın. Beləliklə, dalaq şişi və ağrıları çəkilər.

 

Bu 3 xəstəlik üçün əncir ziyandır:

  • Şəkər xəstəliyi;
  • Mədə-bağırsaq pozğunluğu;
  • Kökəlmə;
  • Arıqlığın qarşısını almaq və kökəlmək:

 

Kökəlmək üçün əlli gün hər sübh bir qədər ənciri bir az badyonla yemək insanı kökəldərək cismi zəiflik və süstlükdən xilas edir.

Əncir həmçinin öd və böyrək daşı xəstəliklərində, qaraciyər tutulması, oynaq iltihabında da çox faydalı dərmandır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əncir behişt meyvəsidir. Onu yeyin ki, babasil və oynaq iltihabını müalicə edir”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4282, 

Dostların veb səhifələri

14266901
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5305
3903
25875
14090902
158714
173495
14266901

sizin IP ünvanınız: 34.230.68.214
2024-03-28 17:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!