Nar meyvələrin ağasıdır
Nar Quranda “rumma” adı ilə zikr edilmişdir:
وَهُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انْظُرُوا إِلَى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
“Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır” (“Ənam” surəsi, ayə 99).
فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ
“O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır” (“Rəhman” surəsi, ayə 68).
وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
"Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir” (“Ənam” surəsi, ayə 141).
Nardan qida və dərman vasitəsi kimi istifadə olunur. Babilin Asma bağlarında, Qədim Misirdə, həzrət Musanın (ə) zamanında Fələstin, Suriya, Livanda nar ağacları əkilirdi.
Narın faydaları
- Mədə qanaxmasının qarşısını almaq;
Narı ocaqda yandırıb sonra yumşaldın, açıq balla xəmir halına salın, sinə və mədəyə çəkin, bu daxili mədə və sinə qanaxması zamanı çox faydalıdır.
- Ürəyin sağlamlığı və qüvvətlənməsi;
İmam Sadiq (ə): “Hər kəs ac qarına bir nar yesə, qəlbi qırx gün nurlanar”.
- Mədəni təmizləyən və qüvvətləndirən vasitə;
İmam Əli (ə): “Narı onun əti ilə yeyin! Bu, mədəni təmizləyir”.
İmam Sadiq (ə): “Meyxoş narı onun əti ilə yeyin. Bu, mədənin təmizliyidir”.
- Təzə qan yaradan vasitə;
İmam Rza (ə): “Tumsuz narın suyunu iç. Çünki o, insanı qüvvətləndirir və təzə qan yaradır”.
Nar meyvələrin ağasıdır
Peyğəmbər (s): “Nar bütün meyvələrin ağasıdır. Hər kəs bir nar yesə, öz şeytanını qırx gün qəzəbləndirmiş olar”.
İmam Sadiq (ə): “Yüz iyirmi növ meyvə var ki, onların da ağası nardır”.
Narın xüsusiyyətləri
Peyğəmbər (s): “Hər kəs bir narı tam yeyərsə, Allah onun qəlbini qırx gecə nurlandırar”.
Peyğəmbər (s): “Nar yeyin. Onun hər bir dənəsi mədəyə düşdükdə qəlbi nurlandırar və şeytanı qırx gün oradan çıxardar”.
İmam Əli (ə): “Narın hər bir dənəsi mədədə qərar tutduqda qəlbi dirildir, nəfsi yandırır və şeytanın vəsvəsələrini qırx gecə puç edir”.
İmam Sadiq (ə): “Hər kəs yatmağa hazırlaşarkən bir nar yesə, sübhə qədər canı amanda olar”.
İmam Sadiq (ə): “Nar yeyin. Ac insan nar yesə, doyar, tox insan onu yesə, yeməyi həzmə gedər”.
İmam Sadiq (ə): “Hər kəs nar yesə, şeytanın vəsvəsələrindən özünü uzaqlaşdırar”.
İmam Sadiq (ə): “Hər kəs narın bir dənəsini yeyərsə, şeytanın vəsvəsələrini qırx gün puç edər”.
Zeyd Şəhham nəql edir: “İmam Sadiqin (ə) yanında idim. Həzrət (ə) həccam (qan alan) çağırtdırdı və ona qan alma alətin yumağı, itiləməyi tapşırdı. Sonra bir nar gətizdirib yedi. Qan aldırandan sonra yenidən bir nar gətizdirib yedi və dedi: “Bu aclığı yatızdırır”.
Yəzid ibn Əbdül-Məlik Nofəlidən rəvayət edir: “İmam Sadiqin (ə) yanına getdim. Həzrətin (ə) əlində bir nar vardı. Dedi: “Ey Muəttib, ona (Yezidə) bir nar ver. Mənim ən acığım gəldiyi şey bir narda kiminləsə şərik olmaqdır”. Sonra özündən qan aldı və mənə də qan almağı əmr etdi. Məndə özümdən qan aldım. Yenə də bir nar gətizdirdi və dedi: “Ey Yəzid, hər hansı bir mömin bir narı tam yesə, Allah-təala qırx gün şeytanın o şəxsin qəlbinin nuruna zərər yetirməsinə mane olar. Hər kəs iki nar yeyərsə, Allah-təala bir il şeytanın zərərindən qoruyarsa, o, günah etməz, günah etməyən şəxs də Cənnətə daxil olar”.
İmam Kazım (ə): “Hər kəs cümə günü acqarına bir nar yeyərsə, o şəxsin qəlbi qırx gün, iki nar yeyərsə, o şəxsin qəlbi səksən gün, üç nar yeyərsə, qəlbi yüz iyirmi gün nurlanar, şeytanın vəsvəsəsindən uzaq olar. Hər kəsdən şeytanın vəsvəsəsi uzaq olarsa, o şəxs Allaha günah etməyən şəxsi də Allah Cənnətə daxil edər”.
İmam Kazım (ə): “Adəmin (ə) öz öğlu Nibbətulah vəsiyyətindən biri bu idi: “Nar ye. Əgər ac olsan, səni doyuzdurar, tox olsan, yeməyini həzm edər”.
Şirin narın xüsusiyyətləri
İmam Sadiq (ə): “Şirin nar yeyin. Onun bir dənəsi bir möminin mədəsinə düşdükdə oradan xəstəliyi çıxardar və şeytanın vəsvəsəsini ondan uzaqlaşdırar”.
İmam Həsən Əskəri (ə): “Qan aldırandan sonra şirin nar yeyin. O, qanı sabitləşdirir və onu təmizləyir”.
Meyxoş narın xüsusiyyətləri
İmam Sadiq (ə) şirin narı xatırladaraq demişdir: “İnsanın qarını üçün meyxoş nar daha yaxşıdır”.
Narı onun ət qatı ilə birlikdə yeməyin xüsusiyyətləri
Peyğəmbər (s): “Narı onun ət qatı ilə ye, bu, mədənin təmizliyidir”.
İmam Əli (ə): “Narı onun ət qatı ilə yeyin, bu, mədəni təmizləyir. Narın hər bir dənəsi bir müsəlman şəxsin qəlbində qərar tutduqda oranı nurlandırar və qırx gün şeytan və onun vəsvəsələrindən uzaqlaşdırar”.
Səsəə ibn Suhan belə nəql edir: “Əmirəl-möminin (ə) yanına getdim. O həzrət (ə) şam yeməyini yeyirdi. Mənə dedi: “Ey Səsəə, yaxın əyləş və ye”. Mən dedim: “Şam yeməyini yemişəm”. Həzrətin (ə) qarşısında yarım bir nar var idi. Onu bölüb bir hissəsini mənə verib buyurdu: “Ye, o, dişlərin sarısını və ağızdan pis qoxunu aradan aparır, insanı təmizləyir”.
İmam Sadiq (ə): “Narı onun ət qatı ilə birlikdə yeyin. Bu mədəni təmizləyir və zehni qabiliyyəti artırır”.
Tibbi hədislər toplusu
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!