İmam Həzrəti Məhdinin (ə.f) gəlişi ilə nələr baş verəcək?

Rate this item
(0 votes)
İmam Həzrəti Məhdinin (ə.f) gəlişi ilə nələr baş verəcək? Elm ən yüksək səviyyəyə çatacaq və cəhalət aradan gedəcək. Yolunu azmışların çoxu hidayət olacaq. Zülm aradan gedəcək və dünyada ədalət və əmin-amanlıq olacaq. Yer öz xəzinələrini və bərəkətini aşkar edəcək. Bütün kasıblar ehtiyacsız olacaq. Hətta o səviyyədə ki, insanlar zəkat və xumslarını verməyə kasıb tapmayacaqlar. Bütün xəstələr sağalacaq, korlar görəcək. Yağış kifayət qədər yağacaq, bütün yer üzü yaşıllaşacaq, bütün ağaclar meyvə verəcək. Bədənlər sağlam və ömürlər uzun olacaq. Yer üzündəki bütün xarabalıqlar İmam Məhdinin (ə.f) əli ilə abad olacaq. Şər insanlar məhv olacaq, yaxşılaq qalacaq. İnsanların qəlbindən kin-küdurət yox olacaq və…
[...]

Read more 0

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti

Rate this item
(0 votes)
Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti                     Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan) ziyarət etmək istəsən, qüsl etdikdən sonra diqqətini o Həzrətə yönəlt və de: أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّهُ سَيِّدُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَّهُ سَيِّدُ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh,…
[...]

Read more 0

Əxlaq nümunəsi həzrət Fatimə (ə)

Rate this item
(0 votes)
                                                                                                 Əxlaq nümunəsi həzrət Fatimə (ə) Zamanın İmamı həzrət Mehdi əleyhissalam buyurur: وفي ابنة رسول الله صلى الله عليه وآله لي أسوة حسنة “Allahın Rəsulunun (ona və əhli-beytinə salam olsun) qızı (Fatimə) mənin üçün gözəl bir nümunə və ülgüdür.” Bəli, xanım Fatimə əleyhasalam doğru yolu seçmiş insanların hamısı üçün gözəl bir nümunədir. Xanımın…
[...]

Read more 0

PEYĞƏMBƏRİN (S) GECƏ SEYRI - MERAC

Rate this item
(1 Vote)
  Merac və  ya İsra - الإسراء و معراج   Həzrəti Muhəmmədi-Mustafanın (s) Məkkədən Qüdsdəki Məsdul-Əqsaya və oradan da göyə yüksəldilməsi anlamında olan gecə yolculuğudur. Şiə və sünni mənbələrində Qurani-Kərimdə və təvatür həddində olan hədislər Meracın olması haqqında heç bir anlaşılmazlıqları yoxdur. Ancaq Meracın nə zaman və neçə dəfə  baş verməsi ilə bağlı ruhən ya cismən olması ilə bağlı fikirlərdə bəzi ixtilafları var. Qurani-Kərimin iki "İsra" və "Nəcm" surələrini ona ünvanlamışdır. Həzrəti peyğəmbərimiz (s) Meracı Məkkədə yaşadığı son günlərdə gerçəkləşdirmişdir. Peyğəmbərimiz (s) Meracda ilahi ayələri və bəzi böyük peyğəmbərlərin ruhlarını müşahidə etmişdir. O (s) bəzi mələkləri görmüş, Behişt və Cəhənnəm…
[...]

Read more 0

Peyğəmbərimiz (s) belə idi

Rate this item
(1 Vote)
  Peyğəmbərimiz (s) belə idi Peyğəmbər (s) yol getdiyi zaman təkəbbürlü insanlar kimi ayaqlarını yerə sürtməz, vüqarla yeriyərdi. Onunla danışmaq istəyənlərə hakimlər kimi gözünün ucu ilə baxmaz, üzünü onlara çevirib söhbət edərdi. Əksər hallarda başı aşağı halda gözünü yerə dikərdi. Hər kəsi görsəydi salamlaşardı. Daim fikirli və hüznlüydü. Ehtiyac duyulmadıqca danışmaz, danışdıqda ümumi, az və mənalı danışardı. Həlim xasiyyətliydi, heç kəsi kiçiltməzdi. Az neməti çox sanardı. Heç bir yeməyi pisləməz, heç bir yemək və içməyi də tərif etməzdi. Dünya işləri  üçün əsla qəzəblənməzdi. Lakin Allaha xatir elə qəzəblənərdi ki, heç kəs onu tanımazdı. İşarə etdiyi zaman göz-qaş ilə deyil, əli…
[...]

Read more 0

Quran və əziz Peyğəmbərimizə (s) olan ehtiram

Rate this item
(1 Vote)
  Quran və əziz Peyğəmbərimizə (s) olan ehtiram Allah-taala Quranda Peyğəmbəri (s) vəsf etməklə yanaşı, o Həzrətə ehtiram göstərməyi şəri bir vəzifə kimi müsəlmanlara vacib etmişdir. Quran ayələrində Allahın Rəsulunun (s) pak siması və adı dəfələrlə əzəmətlə zikr olunur. Bəzən onun müqəddəs vücudunun tək Allaha itaəti xüsusunda, bəzən Həzrətin adına and vermək fərmanında və bəzən də onun müdafiəsi üçün mübarizə aparmaq kimi mətləblər öz əksini tapır. Bütün müsəlmanlar Peyğəmbərə salam və salavat göndərməklə bərabər həm də ona Tanrıdan daim rəhmət diləməyi özlərinə borc bilməlidirlər. Quranda Peyğəmbərə (s) salavat fərmanı Quranın əmrlərindən biri də Peyğəmbərə (s) salam və salavat göndərməkdir və…
[...]

Read more 0

Allah-taalanın Peyğəmbəri-Əkrəmə (s) öyrətdiyi dualar

Rate this item
(1 Vote)
  Allah-taalanın Peyğəmbəri-Əkrəmə (s) öyrətdiyi dualar   Quranda Allah Həzrət Muhəmmədə (s) çoxlu sayda təlimatlar vermişdir. Belə ki «Zümər» surəsinin 49-cu ayəsində buyurur: «İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: «Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!» - deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahillik üzündən bunu) bilməz!» Peyğəmbər (s) inadkar və dikbaş insanları yollarını azmaqdan daim çəkindirib haqqa doğru səsləyirdi. Peyğəmbərin(s) layiqli cavabları onların bir çox bəhanələrinin qarşısını alırdı. Bundan əlavə, Peyğəmbər (s) həmişə Allahına sığınıb inadkar qövmilə söhbətdə yalnız Ondan…
[...]

Read more 0

Rəsuli-Əkrəmin (s) digər peyğəmbərlərdən üstünlüyü

Rate this item
(1 Vote)
  Rəsuli-Əkrəmin (s) digər peyğəmbərlərdən üstünlüyü   Peyğəmbərlər silsiləsinin tacidarı olan Rəsuli-Əkrəm (s) digər peyğəmbərlərdən məqam və fəzilət cəhətdən üstündür. Bu həqiqətə Qurani-kərim şəhadət verir: 1. Allah-təala həzrət İsanın (ə) dilindən buyurur: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي ... اسْمُهُ أَحْمَدُ  “Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: “Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək “Əhməd” adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm...”…
[...]

Read more 0

Ən kamil bəndə

Rate this item
(1 Vote)
  Ən kamil bəndə Allah kamil bir varlıqdır və kamilliyi sevir. İnsanlar arasında isə ən kamil olan bəndəsini hamıdan daha çox sevir. Onun hörmətinə xatir digərlərinə də rəhm edər. Bütün bəşər tarixini nəzərdən keçirsək heç bir insan Rəsuli-əkrəmin (s) çatdığı kamillik zirvəsinə çata bilməmişdir. Ondan sonra onun pak ailəsi, başda ilk şagirdi, davamçısı və onun sirrinin məhrəmi olan həzrət Əli (ə) olmaqla, onun yolunu addım-addım getmiş, elmi və əməli irsinə varis olmuşlar. Burada, Qurani-kərimin Peyğəmbər (s) haqqında buyurduğu, onu vəsf etdiyi ayələri əks etdirməklə Peyğəmbərin (s) uca məqamından söhbət açacağıq.   Onun vücudu İlahi əzabın nazil olmasına maneədir Rəsuli-əkrəmin (s)…
[...]

Read more 0

Bəndəliyin zirvəsi

Rate this item
(1 Vote)
Bəndəliyin zirvəsi   وَمَا أَرْسَلْنَاكَ إِلا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ “Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonunadək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilmir” (“Səba” surəsi, ayə 28).   Allah-Taala Peyğəmbər (s) barədə buyurur: وَأَنَّ إِلَى رَبِّكَ الْمُنْتَهَى “(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir” (“Nəcm” surəsi, ayə 42). Bəndəçilik və Allaha xalis bəndə olmaq hər bəşərə müyəssər olmayan bir məqamdır. Bəndə olmağın ümumi mənası bütün işlərdə Allaha itaət edib ona təslim olmaqdır. Qurani-Kərimdə heç bir yerdə…
[...]

Read more 0

Əgər sən olmasaydın

Rate this item
(2 votes)
Əgər sən olmasaydın fələkləri yaratmazdım... وَمَا أَرْسَلْنَاكَ إِلا رَحْمَةً لِلْعَالَمِينَ "Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" ("Ənbiya" surəsi, ayə 107). Allah-təala Qurani-kərimdə buyurur: "Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik" ("Bəqərə" surəsi, ayə 253). "Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik..." ("İsra" surəsi, ayə 55)     Bu ayələrdən məlum olur ki, peyğəmbərlər arasında fəzilət baxımından üstünlük dərəcələri mövcuddur. Belə ki, ulul-əzm (böyük əzm, iradə sahibləri) peyğəmbərlər digərlərində olmayan xüsusi məziyyətlərə malikdirlər. Habelə, onların öz aralarında da dərəcələrinə görə müqayisə vardır. İslam Peyğəmbəri (s) özündən əvvəlki peyğəmbərlər, həmçinin ulul-əzm peyğəmbərlərin bütün ümumi və…
[...]

Read more 0

Dostların veb səhifələri

15648772
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4598
8065
44319
15456216
123911
160067
15648772

sizin IP ünvanınız: 13.58.162.85
2024-12-21 14:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!