Print this page

İtaətin Nurunda

Əxlaq dinin kölgəsində

 
(1 Vote)

Əxlaq dinin kölgəsində

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ

“Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Rəsulunun (ə) çağırışını qəbul edin” (“Ənfal” surəsi, ayə 24).

 

Allah Peyğəmbərlərinin (ə) İlahi vəzifələrindən biri əxlaqı təbliğ etmək, onu yüksək bir zirvəyə qaldırmaq olmuşdur. Necə ki, İslamın əziz Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurub: “Həqiqətən də mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”.

Peyğəmbərlər özləri də ilk növbədə gətirdikləri əxlaqın ən bariz nümunələri olmuşlar.

Əxlaq insaniyyətin təməlidir. Əxlaq bəşərin səadəti, bu günü və sabahıdır. Onsuz heç bir zirvə, yüksəklik, kamillik mövcud deyil. O, həyatın nəbzidir. Hər bir şəxs onu əldə etməyə çalışmalıdır.

Lakin bunu da unutmamayıq ki, biz əxlaqı yalnız onun sahibində tapa bilərik. O şəxslərdə ki, onların imanını, əxlaqını Allahın özü təsdiq edib öymüşdür. Onlar İlahi höccətlərdir. Yalnız onların kölgəsində kamil bir əxlaqa malik olmaq olar.

Həyatlarını ümmətin islahı, əxlaqı və imanı yolunda fəda etmiş bu nümunəvi şəxslərin dünyada çətinlikdən başqa bir payları varmı?! Onlar yalnız İlahi əcrin sorağındadırlar.

Odur ki, əql və düşüncə sahibi olan hər bir şəxs özünü sonu nə ilə bitəcəyi məlum olmayan yollarda çaşqın qoymaz. Bu İlahi əxlaq mənim üçün, sənin üçün – hamı üçün gəlib.

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 4092,