İtaətin Nurunda

Ramazan ayı ruhun və cismin bayram ayıdır.

 

Ramazan ayı ruhun və cismin bayram ayıdır.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

أَيَّامًا مَعْدُودَاتٍ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ 

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ 

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi, ayə -  183,184,185)

Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən və haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun.

Müraciətin əvvəlinə diqqət etdikdə “Ey iman gətirənlər!” deyərək xitab olunur. Deməli, oruc yalnız müsəlmanlara deyil, əvvəlki ümmətlərə də aid edilmişdir. O kəslərə ki, Allaha və Onun göndərdiklərinə iman gətirmişlər.

Tövratda deyilir: Həzrət Musa (ə) 40 gün oruc tutmuşdur. “Dağa gəldiyim zaman daş lövhələri götürdüm, sonra dağa 40 gecə-gündüz qaldım. Nə çörək yedim, nə də ki içdim" (“Tövrat” sifri-təsniyə, fəsil 9, nömrə 9, səh.288).

İncildən məlum olur ki, Həzrət Məsih də 40 gün oruc tutarmış. “O zaman İsa ruhun qüvvəti ilə biyabana aparıldı ki, İblis onu imtahana çəksin. Sonra 40 gecə-gündüz oruc tutdu, axırda isə acıdı” (“Matta” incili bab 4, nömrə 1-2, səh.983).

Lakin İslam dini kamil din olduğu üçün “Əkməltu ləkum dinikum” ayəsinə əsasən, konkret hansı zamanda və nə qədər müddəti və hansı şərtlər altında orucun tutulması açıq-aydın olaraq göstərilmişdir (Bəqərə, 183-185)-də .

Peyğəmbərdən (s) məşhur bir hədis var ki, burada da orucun konkret məhz hansı ayda tutulması qeyd olunur: “Hər kəs Ramazan ayını Allaha xatir oruc tutsa, bütün günahları bağışlanar” (“Təfsiri-Məraqi”, c.2, səh.69).

Həmin yerdə Allah-taala “Hədisi-qüdsi”də buyurur: “Oruc mənə məxsusdur və Mən Özüm onun əvəzini verəcəyəm” (“Təfsiri-Məraqi”, c.2, səh.69).

Qarşıda orucn elmə indi məlum olan fayda və sirlərini açıqlayacaq ki, 14 əsr bundan öncə elm və texnologiyanın bu həddə inkişafı olmadığı bir zamanda Peyğəmbər (s) buyurur: “Hər şeyin zəkatı vardır, bədənin də zəkatı orucdur” (“Kafi”, c.2, səh.100).

Bu bir növ fasiləsiz işləyən işçinin hesabatı və məzuniyyətinə bənzəyir ki, bədən həm dincəlir, həm də illik hesabatını aparır. Buradan məlum olur ki, Ramazan ayı ruhun və cismin bayram ayıdır.

Əli (ə) buyurur: “Allah-taala orucu ona görə vacib etmişdir ki, insanlarda ixlas ruhiyyəsini çiçəkləndirsin” (“Nəhcül-bəlağə”, kəlimati-qisar, 252-ci nömrə). Buradan məlum olur ki, Ramazan ömrümüzün hər il çiçəklənən baharıdır. 

 

Ramazan ayının digər özəllikləri (xüsusiyyətləri)

 

  1. İlk öncə onu qeyd edək ki, Allah bu aya Öz mübarək adını bəxş etmişdir.
  2. Bütün səmavi kitablar bu ayda nazil olmuşdur. İmam Sadiqdən (ə) gələn mötəbər hədisdə buyurulur: “Tövrat, Ramazan ayının 6-da, İncil 11-də, Zəbur 17-də, Qurani-Məcid isə Qədr gecəsində nazil olmuşdur" (“Vəsailuş-şiə, c.7, bab 18, hədis 16).
  3. Ən əsası kainatda bəşəriyyət yarandığı gündən etibarən göndərilən bütün səmavi din və kitabların ən üstünü və ən kamili, ən alisi olan İslam dininin iki qiymətli əmanətlərindən biri olan Qurani-Kərimin nazilolma ayıdır (Bəqərə, 185).
  4. Peyğəmbər (s) mübarək Ramazan ayını kəşf edir: “Ey insanlar! Ayların ən yaxşısı olan Allah ayı xeyir-bərəkət, bağışlanmaq və rəhmətilə birlikdə sizə üz gətirmişdir. Onun gündüzləri sair gündüzlərdən, gecələri də sair gecələrdən yaxşıdır. Bu ayın dəqiqə və saatları ən yaxşı saatlar və anlardır. Bu elə bir aydır ki, siz onda ilahi ziyafətə dəvət olunmusunuz və Allahın əzizlədiyi şəxslərdənsiniz. Bu ayda sizin nəfəsiniz təsbih, yuxunuz ibadət, əməlləriniz məqbul, dualarınız isə müstəcəbdir. Buna əsasən, bu ayda xalis niyyət və pak qəlblə Allahdan sizə oruc tutub, Quran oxumağa müvəffəqiyyət verməsini istəyin...

Çünki bədbəxt  o kəsdir ki, bu ayda ilahi mərhəmət və məğfirətdən məhrum qalsın. Bu aydakı aclıq və susuzluğunuzla Qiyamət səhnəsinin aclıq və susuzluğunu yad edin. Fəqihlərə, yazıqlara bəxşiş edin, qocalarınızı əzizləyib, kiçiklərinizə rəhm edin. Öz qohumlarınızla əlaqələrinizi möhkəmlədin, dilinizi günah sözlər danışmaqdan, gözlərinizi haram şeylərə baxmaqdan, qulaqlarınızı haram sözlər eşitməkdən saxlayın. Yetimlərə şəfqət və məhəbbət göstərin ki, sizin də (vəfatınızdan sonra) yetimlərinizlə yaxşı rəftar etsinlər.

  1. Peyğəmbər (s): “Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır”.

Peyğəmbər (s): “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”

Peyğəmbər (s): “Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər”.

Peyğəmbər (s): “Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları açılar və şeytanlar zəncirlənər”.

Peyğəmbər (s): “Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar”.

İmam Sadiq (ə): “Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz”.

Peyğəmbər (s): “Ramazan ayında bağışlanmayan kimsə bəs hansı ayda bağışlanacaq?!”

Peyğəmbər (s): “Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir” (“Mizanul-hikmət”).

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!


 4737, 

Dostların veb səhifələri

15649433
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5259
8065
44980
15456216
124572
160067
15649433

sizin IP ünvanınız: 18.227.209.140
2024-12-21 15:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!