Kitabşünaslıq

Təfsir kitabları

Təfsir kitabları

 

İlk öncə Qurani-kərim haqqında yazılmış təfsir kitablarından başlamaq istərdik. Allah-təala, "Quran bəzilərini hidayət edər, bəzilərini isə azdırar" - deyə buyurur. Amma necə? Məqsədi sırf insanları düz yola yönəltmək olan Quran, eyni halda onları yoldan azdıra bilərmi? Əlbəttə, Quranın təfsirinə müraciət etmədən, dərin mənalı ayələri düzgün dərk etmədən səhv nəticə çıxartmaq mümkündür. Eyni ayəyə əsaslanaraq müxtəlif hökmlərin verilməsi də məhz bundan irəli gəlir. Nəticədə isə ixtilaf və məzhəblərin yaranmasına səbəb olur. Necə ki, İslam tarixində belə halların çox şahidi olmuşuq. Buna görə də, Quranla yanaşı, canlı hidayətediciyə də ehtiyac vardır. Allah-təala Quranla birlikdə, onun mənalarını açıqlayan bir şəxs də göndərmişdir ki, sui-istifadələrə yol verilməsin. Qurani-kərimdə dəfələrlə İslam Peyğəmbəri Muhəmmədə (s) itaət etmək əmri verilmiş, hətta onun danışdığı hər bir sözün belə, vəhy olduğu bildirilmişdir.

Allah Rəsulu (s) bütün həyatı boyu hər bir hərəkəti ilə Quranın canlı mücəssəməsi olmuş, hər fürsətdə ayələri açıqlamağa çalışmışdır. Dünyadan köçən zaman da ümmətini başsız qoymayıb belə buyurmuşdur: "Sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və itrətim. Hər ikisi Qiyamətədək bir-birindən ayrılmazlar". Peyğəmbərin (s) bu vəsiyyətini misal çəkməkdə məqsədimiz, ondan sonra Quran təfsirinin, təyin olunmuş on iki məsuma həvalə olunmasını bildirməkdir. Yəni, "onların hər ikisi bir-birindən ayrılmazdır" - kəlməsinin mənası imamlar - "Quranın müfəssirləri, qaranlıqda qalan mətləbləri açıqlayanlardır" deməkdir.

Beləliklə, ilk öncə Quranın müfəssiri Quran özüdür. Yəni, bəzi ayələr, başqa ayələrin açıqlamasıdır. Sonra Quranın canlı mücəssəməsi olan Muhəmməd Peyğəmbər (s), daha sonra isə Allahın əmri ilə peyğəmbərin vəsiyyətində buyurulmuş onun Əhli-beytidir (ə).
Günümüzün müfəssirləri isə məsumların hədislərini, davranışlarını, ayələrin nazil olma səbəblərini araşdıraraq, bir yerə toplamış və Quranın müxtəlif cür təfsirlərini yazmışlar. Bəziləri ayələri tərtib ilə təfsir etmişlər ki, buna "tərtibi təfsir", bəziləri isə ayələri mövzulara uyğun olaraq ayırıb təfsir etmişlər ki, buna da "mövzui təfsir" deyilir.
Beləliklə, Quranın bir neçə təfsir kitablarının izahı: 

"Mizan təfsiri"

 

Jurnalımızın ilk sayında "Mizan təfsiri"nin müəllifi olan dahi alim Əllamə Təbatəbai haqqında geniş məlumat vermişdik. İndi isə onun şah əsərini tanıtdırmağa çalışacağıq. Əllamə Təbatəbai bu əsəri yazarkən yüz səksəndən çox tarixi, elmi, ictimai, rəvayi mənbə kitablarına müraciət etmişdir. Kitabda Peyğəmbərin (s), imamların (ə) və bir çox səhabələrin üslubundan istifadə edərək, Quranı - Quranla təfsir etmişdir. Bu üslub bir çox müfəssirlərin nəzərinə əsasən, ən düzgün və sağlam üslub hesabındadır. Bu təfsirə verilən xüsusi əzəmət də elə həmin üslubun dərin araşdırılmasındadır. "Mizan təfsir"ində Quranın - Quranla təfsir olunmasına baxmayaraq, məsumların rəvayətləri də istifadədən kənarda qalmamışdır.
Müəllifin istifadə etdiyi tərtib belədir - ilk öncə ayə, sonra ayənin lüğəvi, ədəbi, qrammatik mənaları araşdırılır. Daha sonra nəzərdə tutulan ayənin təfsiri üçün başqa ayələr göstərilir və bu ayə haqqında olan rəvayətlər nəql olunur. Müəllif bu təfsirdə fəlsəfədən də bəhrələnmişdir. Burada nəql olunan hər bir kəlam geniş və izahlı şəkildə təhlil edilmişdir.
Beləliklə, dahi şəxsiyyət Əllamə Təbatəbai ərsəyə gətirdiyi bu şah əsəri ilə Quran üçün əvəzolunmaz xidmətini əsirgəməmişdir.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 7185, 

Dostların veb səhifələri

15651832
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
236
7422
47379
15456216
126971
160067
15651832

sizin IP ünvanınız: 3.145.105.199
2024-12-22 01:04

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!