Ramazan ayı
Öz adını bəxş etdi uca Yaradan
Günahların əfv etdi fərq qoymadan
Bu səbəbdən oldu adı Ramazan
Rəhməti ilə gəldi günah yandıran
Səmavi kitablar bu ayda gəlmiş
Allahın sözlərin hər kəsə demiş
Ən ali kitabı olan Quranı
Qədr gecəsində O nazil etmiş
Hər kəsin dünyada vardır nicatı
Sonsuz bəxş edən qoymuş siratı
Kamil dinimizin kamil kitabı
Ən kamil insana vermiş Quranı
Ramazan ayının neməti oldu
Cənnət cavanlarının ağası oldu
Mübarək Həsəni Müctəba oldu
Nura nur qatıldı nə gözəl oldu
Məxluqun şöhrəti, şərəfi Əli
Kəbədə dünyaya gələn tək vəli
Kainat gövhəri, imamət sərvəri
Bu ayda dadmış şəhadət şərbəti
Quranın nazil olduğu gecə
Qədr gecəsidir mübarək gecə
Sirri açılmayıb o hansı gecə
Ağamız gələndə bilinən gecə
İslamşünas, Lalə Zəhrayi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir