Salam olsun o Zeynəbə (s.ə.) aləm aşiq iffətinə
Salam olsun o Zeynəbə (s.ə.) səcdə düşür izzətinə
Salam olsun o Zeynəbə (s.ə.) səbri qoyub heyrətdə
Salam olsun o Zeynəbə (s.ə.) ad alıbdı qeyrətdə
Salam olsun o Zeynəbə (s.ə.) Kərbübəla etdi bina
O, bina indi olub aşiq üçün eşqə mina.
Salam olsun o Zeynəbə (s.ə.) Fatimənin(s.ə.) maralıdır
Salam olsun o Zeynəbə (s.ə.) anası tək yaralıdır
Salam olsun o Zeynəbə (s.ə.) Hüseynə qəm həmdəmidir
Qolları tənnən aralı Əbəlfəzin (ə) məlhəmidir.
Salam olsun o Zeynəbə (s.ə.) Kufədə fəryad elədi
Əli (ə) tək nalə çəkib, küffarı bərbad elədi.
Dedi Zeynəbdi (s.ə.) adım şahi vila doxtəriyəm
Əsədullah qızıyam həm də Əli (ə) yavəriyəm
Sanmayın öldü Hüseyn (ə) kərbübəla yetdi sona
Zindəyəm ölməmişəm mən onun davəriyəm
Açaram məktəbi cəng, Kərbübəla var edərəm
Mən ələmdar bacısı min Yəzidi xar edərəm.
Elə zənn eyləmiyin yatdı Əbəlfəzl (ə) ələmi
Ağladıb tək-təkini həşrə qədər zar edərəm.
Seyyid Orxan Neynəvayi
Müəlliflik Hüququ Əbədi Nur müəssisəsinə aiddir