Print this page

Munacatlar

«Нacətlər qapısı» Əbülfəzl Abbasa təvəssül

 
(1 Vote)

 

«Нacətlər qapısı» Əbülfəzl Abbasa təvəssül

 

Möhtərəm alimlərdən Müqəddəm ağa, Seqazade, Abbas Kaşani, mərhum Şeyx Abbas Qummi, mərhum Livasanı və başqaları Əbülfəzl Abbasın Allah yanında məqamını və dualarında onu vasitə qərar verdiklərini qeyd etmişlər: «Nə zaman bizim qarşımıza çətin bir məsələ çıxsaydı, biz o məsələnin həlli üçün Əbülfəzl Abbasa ərizə yazıb müşkülümüzün həllini Allahdan istiyərdik və gözləmədiyimiz bir anda o çətinlik öz həllini tapardı. Əbülfəzl ağanı dualarda qardaşı İmam Hüseynin (ə) adı ilə çağırmağın da çox müsbət təsiri vardır».

Digər rəvayətlərdə də həmçinin qeyd olunur ki, Əbülfəzl Abası «Babul-həvaic» («Нacətlər qapısı») ləqəbi ilə dualarda zikr etmək hacətlərin müstəcəb olmasına səbəb olar.

Ağaye Abbas Kaşani deyir: «Əgər hər hansı bir şəxs sidq ürəklə, xuzu və xuşu halında bir dəfəyə (və ya bir məclisdə) 133 dəfə bu duanı oxusa, Allahdan nə hacəti olsa, qəbul olar». Dua budur:

«Yə kəşifəl kərbi ən vəchil Huseyni (ələyhissəlam) ikşif kərbi bi həqqi əxikəl Huseyni (əleyhissəlam)»

«Ey Hüseynin çöhrəsindən qəmginliyi aparan Abbas, mənim də qəmginliyimi apar».

Kaşani ağa yenə qeyd edir: «Atam və böyük alimlərdən eşitmişəm ki, onlar çətin anlarında bu duanı dəfələrlə təcrübədən keçirmiş və yaxşı nəticə əldə etmişlər.»

Ağaye Fəzlullah Uveys deyir: «Mərhum Hacə Molla Haşim «Tarixlərin müntəxəbatı» kitabında buyurur: «Bilin ki, Əbülfəzlin adı «Abbas»dır. Əbcəd cədvəlinin hesabı ilə 133 rəqəminə bərabərdir və hər kəs yuxarıda qeyd olunan xətmi («Yə kəşifəl kərbi... ») 133 dəfə desə, İnşallah hacəti yerinə yetər. Mərhum Livasani də həmçinin bu duanı təcrübədən keçirmişdir.

Mərhum Naini deyir: «Hər kəsin hacəti olsa məğrib və işa namazları arasında iki rükət hacət namazı qılsın və bu xətmiyyəni desin.

«Yə mən yucibu muztarra izə yəkşifus-su ya Rabbi, ya Rabbi, ya Rabbi, ya Abbas ibn Əliyyibni (ə) Talibin əl-əman, əl-əma, əl-əman, ədrikni, ədrikni, ədrikni».

Bu əməl 40 gün icra olunur və elə ki vaxt bitdi, dua müstəcəb oldu, 40 günə bir gün də artıq əlavə olunur.

 

Seyid Muhəmməd Təqi Həmid Səccad: Dəsturi amali mucərrəb du hezar  

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 12186,