Ailə həyatını xoşbəxt edən “Yeddi qızıl qayda”

Rate this item
(0 votes)
                                                                                  Ailə həyatını xoşbəxt edən “Yeddi qızıl qayda”           Xanımlara tövsiyyə                                                                                             …
[...]

Read more 0

Qızın ərə getməsində atanın razılığı

Rate this item
(1 Vote)
Qızın ərə getməsində atanın razılığı Qız ərə gedərkən atasından icazə almalıdır? Atanın bu barədə razılığı şərtdir? İslam alimləri arasında bu məsələ barəsində fikir ayrılığı olub. Son illərin alimlərinin fikri budur ki, atanın razılığı şərt deyil. Amma bu fikirlə razı olmayan alimlər də var. Cünki insan mədəniyyəti atadan razılıq almağı tələb edir. Müqəddəs İslam şəriətində qız və oğlan yetkinlik çağına çatarsa, müstəqil həyata malik olur. Amma yetkin olmasalar atalarına tabe olurlar. Yetkinlik vaxtına çatmasalar bu halda ata öz qızının və ya oğlunun kəbinini kiməsə kəsə bilər. Qədimdə bəzi məntəqələrdə buna "göbək kəsdi" deyərdilər. Təbii ki, bəzən hökmlər vəziyyətə görə dəyişir. Baxmayaraq…
[...]

Read more 0

Evlilik sirləri

Rate this item
(1 Vote)
Evlilik sirləri Müvəffəqiyyət yolları Əgər qadın dünyasını tanıyıb, onlarla ünsiyyət sirlərini mənimsəniz, özünüzü xoşbəxt hiss edərsiniz. Həmçinin öz həyat yoldaşınızı da bu yolla xoşbəxt edə bilərsiniz. Səmimi ünsiyyətlə insani gözəllikləri qəlbdən oyatmaq olar və bu yolla ilahi razılığa nail olmaq mümkündür.   Daimi olaraq məhəbbətin ifadə edilməsi Mümkündür siz həyat yoldaşınızın dərdindən dəli-divanə olasız amma bu eşqinizi gizlətsəniz o, heç vaxt sizin bu məhəbbətinizin xəbərdar olmayacaq. Başqa sözlə, həyat yoldaşınızı nə qədər çox sevsəniz, amma ona eşq və məhəbbətinizi bəyan etməsəniz, ailədə heç bir xeyr qazanmayacaqsınız və ondan məhəbbət və sevgi gözləmək yersiz olardı. Adətən qadınlar məhəbbət və sevgi intizarında…
[...]

Read more 0

Tərbiyə nədir

Rate this item
(1 Vote)
    Tərbiyə nədir   Tərbiyə - bəşər təkamülünü Allaha tərəf yönəltməkdən ibarətdir. Onun hasili təfəkkürlü, mömin, məsuliyyətli, cəmiyyət üçün faydali və əmin – amanlıq mənbəyi, yüksək ilahi keyfiyyətləri özündə əks etdirən bir şəxsiyyətin formalaşmasıdır. Tərbiyə insanın vücudunda qoyulmuş istedadları çiçəkləndirməli və onları həyata keçirməlidir.   Tərbiyənin əhəmiyyəti   Tərbiyə bəşərin ən çox ehtiyac duyduğu zərurətlərdəndir. Onun iki böyük əhəmiyyəti var: 1- Fərdi əhəmiyyəti – Tərbiyə insanların yüksəlişinin və enməsinin amilidir. O, cismin, ruhun, zehnin və əxlaqın inkişafına səbəbdir. Tərbiyə vasitəsiylə iradəni inkişaf etdirmək olar.   2- İctimai əhəmiyyəti – Tərbiyə ictimaiyyətin fərdlərini formalaşdırandır. Hamı onun sayəsində adətlərini, əxlaqını düzəldir. Tərbiyə…
[...]

Read more 0

Uşaq və yeniyetmələrin dini tərbiyəsi

Rate this item
(2 votes)
  Uşaq və yeniyetmələrin dini tərbiyəsi   Məktəbə qədərki dövrdə uşağın dini tərbiyəsi – dinə aid məsələlərlə tanışlığın yaranması ilə məhdudlaşır; bu mənada ki, uşaq ailə mühitində müntəzəm olaraq gördüklərilə tanışlıq əldə edir və bu ilk tanışlıq sonrakı mərhələlərdə dini vaciblərin yerinə yetirilməsinə uşağın adət etməsi üçün zəminyaradır. Valideynin, bəzən də böyük bacı və qardaşın hər gecə-gündüz ardıcılvə ciddi şəkildə dini ayinləri və məzhəbə aid ibadətləri, xüsusilə də namazı yerinə yetirdiklərini müşahidə etməsi uşağın zehnində və psixologiysında  iz qoyub, bu ayin və idadətlərə qarşı onda bir növ mənəvi yaxınlıq yaradır. Uşaqdakı təqlid (imitasiya) hissini nəzərə alsaq, adətən uşağın iki yaşından…
[...]

Read more 0

Övladların tərbiyə edilməsində məhəbbətin möcüzəvi təsiri

Rate this item
(1 Vote)
  Övladların tərbiyə edilməsində məhəbbətin möcüzəvi təsiri   Övladların tərbiyə edilməsində ən mühüm amillərdən biri onların məhəbbətlə doyurulmasıdır. Uşaqların psixoloji inkişafına məhəbbətin göstərdiyi təsir, eynilə bitki toxumunun inkişafına işıq və istiliyin göstərdiyi təsir kimidir. Bir ailənin övladları məhəbbət istisi ilə qızınıb, doyuzdurulmadıqda, onların psixika və şəxsiyyət inkişafı təbii şəkildə həyata keçmir. Təcrübələr göstərir ki, yeniyetmələrin bir çox özbaşınalıqları ailədəki mənəvi çatışmazlıqlardan irəli gəlir. Ailəsindən az məhəbbət görən yeniyetmə  bir qız yolunun üzərində dayanıb ona məhəbbət elan edən hər kəsə maraq göstərər; zərərli dostluqlara yenilib, çox yəqin ki, bu yolda puç olar. Təəssüflər olsun ki, həyatda buna aid nümunələr heç də…
[...]

Read more 0

Kişinin qarşısında qadının mövqeyi

Rate this item
(1 Vote)
  Kişinin qarşısında qadının mövqeyi   Burada haqqında söz açacağımız mövzulardan biri də, qızlarda sağlam qadın ruhiyyəsinin tərbiyə edilməsidir ki, bu baxımdan ailənin, xüsusilə də, anaların üzərinə çox mühüm vəzifə düşür. Bir çox millətlərin mədəniyyətlərində qadınlarla əlaqədar yanlış nümunələrin, yersiz anlayışların və uyğunsuz üsulların geniş yayılması bu sahəyə yeni bir əsaslı baxış tələb edir.  Bilirik ki, qadınla müqayisədə kişi, təbii olaraq, daha çox fiziki imkanlara malikdir. Bu cəhətdən də, kişi qadınla öz münasibətinə görə daha güclü bir mövqedə dayanır. Lakin bunun müqabilində, mövcud natarazlığı qadının xeyrinə həll etməkdən ötrüyaradılış qadını başqa bir silahla təchiz etmişdir.  Bu daxili silah, kişinin müqabilində…
[...]

Read more 0

Qayğı göstər

Rate this item
(1 Vote)
  Qayğı göstər   Ailədə yaxşı həyat yoldaşı olmaq insandan böyük bir hünər tələb edir. Sakit, mehriban, tədbirli və dözümlü həyat yoldaşı böyük nemətdir. Lakin çox zaman evin aramlığı və rahatlığı xanımdan asılı olur. Əziz xanımlar evinizdə mehr-məhəbbət yaratmaq və aramlığı bərpa etmək üçün tədbirli olun. Ev əhlinin, məxsusən də kişinin qəlbini ələ almaq üçün ona qayğını artırın. Hər bir kişi öz qadını tərəfindən sevilmək istəyir. İstəyir ki, öz qadını üçün əvəzolunmaz və sevimli olsun. Bəzən evin dəyişməz mühütü darıxdırıcı bir vəziyyət yaradır ki, bunun nəticəsində evdən uzaqlaşmaq, başqa yerlərdə vaxt keçirmək kimi faktlar meydana çıxır. Qarşı tərəfdən diqqət görməyən…
[...]

Read more 0

Nigah əqdini nə vaxt oxumaq olar?

Rate this item
(1 Vote)
  Nigah əqdini nə vaxt oxumaq olar? Evlilik üçün mühüm olan məclislər bunlardır: Elçilik, nigah əqdinin oxunması, toy məclisi. Nişan, xına yaxdı və bu kimi ayrılıqda keçirilən məclislər mühüm sayılmır. Bunlar nə qanuni, nə də şəri cəhətdən məhrəmlik yaratmır. Elçilikdən sonra nigah əqdinin oxunması ilə iki gənc bir-birinə məhrəm olur. Toy və izdivac məclisinə qədər olan vaxt əqd dövrü adlanır. Bu dövrdə hər iki gənc çox ehtiyatlı olmalı, öz rəftarlarına diqqət etməlidirlər. Yarana biləcək problemlər bunlardır: Səhv düşüncə tərzi Qızın anası, yaxud oğlanın anası barədə səhv fikrə düşmək bu problemlərdən biridir. Onların öz qızları, yaxud oğlanları üçün canfəşanlıq etmələri, sizi…
[...]

Read more 0

İzdivacdan qabaq aşiqanə rəftarlar olarmı?

Rate this item
(1 Vote)
  Ailə – möhkəm bir qala Ailə kiçik bir cəmiyyətdir. Bu cəmiyyət oğlanla qızın nikah bağlaması ilə başlayaraq övladların dünyaya gəlməsi ilə genişlənir və möhkəmlənir. Böyük cəmiyyətlər də bu kiçik cəmiyyətlərdən təşkil olunur. Bəşər yarandığı ilk gündən ailə həyatını ən yaxşı və üstün bir yaşayış tərzi kimi seçmiş, bütün zamanlarda və məkanlarda ona sadiq qalmışdır.Bu növ yaşayış tərzi insanın üstünlüklərindən hesab edilir və onun müxtəlif faydaları vardır. O cümlədən kişi ilə qadını pərişanlıqdan, hədəfsiz yaşamaqdan xilas edib, onları ailəyə bağlayaraq bir-birinə qarşı mehribanlaşdırır və onları ünsiyyət nemətindən bəhrələndirir.Həmçinin, cavanların və gənclərin ailəyə bağlı olmalarının bir çox müsbət nəticələri vardır: ailə,…
[...]

Read more 0

Öz tayınla ailə qur

Rate this item
(1 Vote)
Öz tayınla ailə qur   Ailə qurmaq uzun bir səfərə çıxmağa bənzəyir. Bu səfərdə kiminlə olacaqsan? Bu çox mühümdür. Bil ki, yol uzun, azuqə azdır. Bu azuqəni bax gör kiminlə bölürsən. Onu zay etmə. Sən ailə qurursan ki, bölüşəsən, qurmursan ki, döyüşəsən. Bil ki, həyatın şirin olması tayını tapmağındadır. Onu tapmasan arxayın ol ki, həyatın nə olduğunu bilməyəcəksən. Allahın nemətlərini duymağın üçün, günəşin nurunu görməyin üçün, yaxşılığın ölmədiyini bilməyin üçün sən ey evlilik əsnasında olan gənc, bir an ayaq saxla, düşün...O, sənin tayındırmı???Bu gün düşün ki, sabah rahat olasan. Evlənən cütlər bir neçə cəhətdən bir-birləri ilə həmtay olmalıdırlar: Əqidəvi cəhətdən…
[...]

Read more 0

Evliliyin zərurəti

Rate this item
(1 Vote)
  Evliliyin zərurəti   Allahın Rəsulu (s) buyurmuşdur: «Evlilik mənim sünnətimdir. Hər kəs mənim sünnətimdən üz çevirsə məndən deyil». İzdivac həyatımızın ən mühüm hadisəsidir. Bu işə kifayət qədər diqqət yetirməyib, tələsik qərar versək, hisslərimizi ağlımıza hakim etsək və seçkimiz düşüncəyə əsaslanmasa, çox ziyan görəcəyik. Elə isə gəlin aqilanə evlənək və aşiqanə həyat sürək   İnsan mütləq ailə qurmalıdır? Əgər qurmasa hansı problemlə üzləşər?   Ailə həyatı insan təbiətinin tələblərindəndir. Bütün varlıqlar arasında cütlük mövcuddur: insanlar, heyvanlar, hətta bitkilər arasında belə. Quran ayələrinin birində belə buyurulur: «Bütün cütləri yerin yetişdirdiklərindən və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır» («Yasin» surəsi, ayə…
[...]

Read more 0

Nümunəvi valideyn necə olmalı?

Rate this item
(1 Vote)
  Nümunəvi valideyn necə olmalı?   Övladın üçün nümunəvi valideyn olmaq istəyirsən? Onda öz vəzifənə əməl et və sənə vacib olanları yerinə yetir:   1.  Övladına yaxşı ad qoy;   2.  Ona gözəl tərbiyə ver;   3.  Ona Quran öyrət;   4.  Ona idmanı və ehtiyac duyulan elmləri təlim et;   5.  Ailə qurmaq istədikdə ona layiqli həyat yoldaşı seçməkdə kömək et;   6.  Övladını öz seçdiyin şəxslə ailə qurmağa məcbur etmə;   7.  Övladını sev, məhəbbət göstər, öpüb əzizlə ki, onlar başqalarının zahiri məhəbbətinə aldanmasınlar;   8.  Onun rahat yaşamasını təmin et və hərtərəfli inkişafına şərait yarat;   9. …
[...]

Read more 0

Ailələrə nəsihət

Rate this item
(1 Vote)
  Ailələrə nəsihət Əziz valideynlər! Övladlarınız haqda çox düşünün. Onları sevmək yalnız dünyaya gətirməklə kifayətlənmir. Həyatı onlar üçün maraqlı edin. Qoy zövq ilə yaşasınlar. Maraqlı həyat yalnız imkan və sərvətlə məhdudlaşmır. Bu gün valideynlər maddi imkanları bəhanə edərək övladları üçün yaşamağı o qədər maraqsız və cansıxıcı edirlər ki, uşaqlar öz sevinclərini evdən kənarda axtarmalı olurlar. Bax bu əsl faciədir. Əgər övladlarımız nəyi isə evimizdə yox, biganələrin yanında axtarırlarsa bu sabahın fəlakətidir. Qulaq asın, siz televizor qarşısında keçirdiyiniz vaxtı öz övladlarınızla çox maraqlı bir oyun oynamaqlar keçirə bilərsiniz. Sizin daima məşğul olmağınız onun ruhiyyəsində heç vaxt silinməyəcək izlər buraxır. Unutmyın ki,…
[...]

Read more 0

Ailənin dağılması böyük bir faciədir

Rate this item
(1 Vote)
  Ailənin dağılması böyük bir faciədir   Qadın və kişinin ən mühüm və əsas vəzifələrindən biri ailə tellərini qorumaq və hər vəchlə ailənin dağılmasının  qarşısını almaqdır. Qadın və kişi arasında dərin ixtilaf və çəkişmələrin ən son çarəsi olan boşanmanı İslamın böyükləri “ən mənfur halal əməl” adlandırmışlar. Belə ki, həzrət Peyğəmbər (s) buyurur: “Allahın ən çox qəzəbləndiyi halal iş təlaqdır”. Təlaq başqa sözlə desək, “ailənin əsaslarını dağıtmaq” böyük bir ailəvi faciədir ki, məsum körpələri sarsıdır, onların əzab çəkməsinə, məhrumiyyətinə və pərişanlığına səbəb olur. Bu da inkarolunmaz bir həqiqətdir ki, qadınla kişi arasında heç bir ülfət, mehribanlıq və anlaşma mümkün olmayanda çarə…
[...]

Read more 0

Valideynlər övladlarının ilk və ən mühüm yetişdiricisidir

Rate this item
(1 Vote)
  Valideynlər övladlarının ilk və ən mühüm yetişdiricisidir   Bir uşağın təlim-tərbiyəsində ən yaxşı məktəblərin təsiri olsa belə ailə ilə müqayisə olunmaz. Uşaqların ən yaxşı müəllimləri onu oxumağa həvəsləndirən və onu dəstəkləyən valideynləridir. Elmə meyil, rəğbət uşaqların öyrənə biləcəyi ən əhəmiyyətli dərsdir. Valideynin rolu isə bir açar kimidir. Valideyn bu işi gerçəkləşdirir, məktəb isə onu yalnız təsdiq edib inkişaf etdirə bilər. Övladlarınıza yardım edin ki, elmə meyillənib onu daha yaxşı qavrasınlar. Daha çox öyrənməyə çalışaraq məktəb və onun xaricində uğurlar qazansınlar. Övladlarınıza cismi, ictimai, əqli və mənəvi cəhətdən inkişaf etməyə kömək edin. Övladlarınızı yaxşı başlanğıca hazırlamaq üçün bu işləri görə…
[...]

Read more 0

Yoxsulluq və uğursuzluq

Rate this item
(1 Vote)
Yoxsulluq və uğursuzluq   Əziz Peyğəmbərimiz (s) buyurub: “O kəsə ki, Allah var-dövlət verib və o öz ailəsinə xəsislik edir, onun bizimlə mənəvi bağlılığı yoxdur”.   Uşaqlarda alçalma hissi yaradan səbəblərdən biri gözəl geyim, yaxşı yemək, təhsil ləvazimatı, oyuncaq, rahat yaşayışdan məhrum olmalarıdır. Gözəl geyimli uşaqlar arasında köhnə ayaqqabı, yırtıq paltar geyinən, digər körpələrin oyuncağını görən, amma özündə olmayan, məktəbə gedən və dərs ləvazimatı, çantası olmayan bir uşaq özünü əskik hiss edərək öz mənliyini başqa uşaqlar arasında kiçik və alçalmış görər. Valideynlər uşaqlarının yaşadıqları bu hisslərdən qafil olmamalı, onların maddi və mənəvi ehtiyaclarını mümkün qədər ödəməlidirlər.   Övladının ehtiyaclarını orta…
[...]

Read more 0

Qaranlıq qorxusu

Rate this item
(1 Vote)
    Qaranlıq qorxusu   Uşaqların əksəriyyəti bir sıra qorxularla üzbəüz olur. Onlar yad adamlardan, qaranlıqdan, heyvanlardan, göy gurultusundan, hər bir yeni və fərqli şeylərdən qorxurlar. Bu növ qorxular bəzi xüsusi yaş və dövrlərdə daha da çoxalır. Nümunə üçün uca səslərdən qorxu 2 yaşda kulminasiya nöqtəsinə çatır. Uşağın təcrübəsi artdıqca bəzi qorxular aradan gedir, lakin digər qorxu növləri onların yerini tutur. Qaranlıqdan qorxmaq ən geniş yayılmış uşaq qorxularından biridir. Bu qorxu daha çox 2-3 yaşlarında və müxtəlif formalarda gah kabusdan, gah oğrudan və s. qorxu şəklində təzahür edir.     Aşağıdakı məsləhətlər ümumi şəkildə sizə bu problemə qarşı kömək edə…
[...]

Read more 0

Həyat yoldaşının seçimi

Rate this item
(1 Vote)
  Ailə də bir nemətdir   Hər bir insan öz atası, anası, bacısı, qardaşı ilə ən dərin köklü qan qohumudur. Bu qohumluq seçimlə olmayaraq, genetik rabitə ilədir. Həyat yoldaşları isə sonradan seçilərək qanuni rabitə ilə birləşirlər. Bəzən bu, qohumluq rabitəsinə də qələbə çala bilir. Qurani-kərim bu həqiqəti belə açıqlayır:   وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır” (“Rum”…
[...]

Read more 0

Təlim-tərbiyə

Rate this item
(1 Vote)
  Təlim-tərbiyə   وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً “Onları yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması və sizin aranızda dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir” (“Rum” surəsi, ayə 21).   Təlim-tərbiyə cəmiyyətdə aparıcı rola malik olmuş və cəmiyyətin paklığı daim ondan asılı olmuşdur. Tərbiyə də öz növbəsində ailədən başlayır. Deməli, cəmiyyətin nizamı, saflığı əsasən ailədən asılıdır. Hər bir şəxs düşünməlidir ki, bu gün hansı bir övladı bu cəmiyyətə təhvil verir. O övladdan özü razımıdırmı?! Əgər yalnız böyütmək məqsədi ilə analar övlad dünyaya gətirib “necə olursa-olsun təki böyüsün”…
[...]

Read more 0
Start
1

Dostların veb səhifələri

14270704
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
123
8985
29678
14090902
162517
173495
14270704

sizin IP ünvanınız: 3.239.119.159
2024-03-29 00:25

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!