Məhəbbət Ocağı

Yoxsulluq və uğursuzluq

Yoxsulluq və uğursuzluq

 

Əziz Peyğəmbərimiz (s) buyurub: “O kəsə ki, Allah var-dövlət verib və o öz ailəsinə xəsislik edir, onun bizimlə mənəvi bağlılığı yoxdur”.

 

Uşaqlarda alçalma hissi yaradan səbəblərdən biri gözəl geyim, yaxşı yemək, təhsil ləvazimatı, oyuncaq, rahat yaşayışdan məhrum olmalarıdır.

Gözəl geyimli uşaqlar arasında köhnə ayaqqabı, yırtıq paltar geyinən, digər körpələrin oyuncağını görən, amma özündə olmayan, məktəbə gedən və dərs ləvazimatı, çantası olmayan bir uşaq özünü əskik hiss edərək öz mənliyini başqa uşaqlar arasında kiçik və alçalmış görər. Valideynlər uşaqlarının yaşadıqları bu hisslərdən qafil olmamalı, onların maddi və mənəvi ehtiyaclarını mümkün qədər ödəməlidirlər.

 

Övladının ehtiyaclarını orta səviyyədə ödəyə bilən, amma uşağa xəsislik edən ata özünə və övladına böyük zülm etmişdir.

 

Bu cür məhrumiyyətdə təhqir olan uşaq öz məcburi məhrumiyyətləri üçün müxtəlif intiqamlar ala bilər. Bu intiqam bəzən bir çox çətinliklərə və bəzən də bir çox bərpa olunmaz işlərə gətirib çıxara bilər.  

Doğrudur heç bir zaman tam olaraq uşaqları qane etmək olmaz. Çünki, onlar gördükləri hər bir şeyin özününkü olmasını istəyir. Amma əgər valideynlər tədbirlə, tərbiyə və təlqinlə uşaqlarla ünsiyyət qurub onları mümkün olan şeylərə həvəsləndirsələr həm övladları sevindirər, həm də evin büdcəsinə zərər gəlməz.

Hər halda övladın qayğısına qalmaq valideynlərə vacibdir.

 İmam Səccad (ə) buyurur: “Övladının sənin üzərindəki haqqı odur ki, biləsən ki, o, səndən dünyaya gəlmişdir. Həyatın yaxşılığında və pisliyindən səndən asılıdır”.

İmam Rza(ə) buyurur:”Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq,ədəb öyrətmək və Quran təlim etməkdir.”

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5138, 

Dostların veb səhifələri

15652209
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
613
7422
47756
15456216
127348
160067
15652209

sizin IP ünvanınız: 18.117.232.108
2024-12-22 01:37

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!