Məhəbbət Ocağı

Ailənin dağılması böyük bir faciədir

 

Ailənin dağılması böyük bir faciədir

 

Qadın və kişinin ən mühüm və əsas vəzifələrindən biri ailə tellərini qorumaq və hər vəchlə ailənin dağılmasının  qarşısını almaqdır.

Qadın və kişi arasında dərin ixtilaf və çəkişmələrin ən son çarəsi olan boşanmanı İslamın böyükləri “ən mənfur halal əməl” adlandırmışlar. Belə ki, həzrət Peyğəmbər (s) buyurur: “Allahın ən çox qəzəbləndiyi halal iş təlaqdır”.

Təlaq başqa sözlə desək, “ailənin əsaslarını dağıtmaq” böyük bir ailəvi faciədir ki, məsum körpələri sarsıdır, onların əzab çəkməsinə, məhrumiyyətinə və pərişanlığına səbəb olur. Bu da inkarolunmaz bir həqiqətdir ki, qadınla kişi arasında heç bir ülfət, mehribanlıq və anlaşma mümkün olmayanda çarə boşanmağa qalır və bu bütün müşküllərin yeganə həlli yolu olur.

Buna ən yaxşı sübut İtaliyada bu haqdakı hökm sürən qanunlardır. İndinin özündə də İtaliyada beş milyon italiyalı öz həyat yoldaşından ayrı yaşayır, iki milyon italiyalı başqa şəxslə evlənib və boşanma azadlığının həsrətindədir.

İtaliyada boşanmaya rəsmən icazə verilmədiyi üçün italiyalılar öz həyat yoldaşlarından ayrılmaq üçün müxtəlif yollara əl atırlar: öz həyat yoldaşını zəhərləmək, suda boğmaq və yaxud da boşanmaq üçün öz ölkəsindən qaçaq düşmək və s.

Bu ailə çətinliyinin kökünü Avropa tarixinin dərinliklərində axtarmaq lazımdır.

Miladın 313-cü ilində İtaliyada Böyük Konstantin Milaninin göstərişi ilə məsih dinin təbliği azad olduqdan sonra bu din tezliklə İtaliyada yayıldı və Avropanın başqa ölkələrinə nüfuz etdi. Təhrif olunmuş “İncil”də nigah pozmaq qadağan olunduğu üçün roma papaları boşanmanı qeyri-qanuni bir iş elan etdilər. Hətta onlara qarşı çıxan alimləri təqib edir və cəzalandırırdılar.

Bu iş qeyri-təbii bir iş olduğu üçün tezliklə məsihi dünyasını etiraz və böhranlar bürüdü. Belə ki, XVI əsrdə Almaniyada “Martin Huter”, Fransada Jan Klonun məzhəbi reformaları protestant firqəsinin yaranması ilə nəticələndi. XVI əsrdə İngiltərə şahı 18-ci Henri özünün 18 illk həyat yoldaşı şahzadə Katrini boşayıb, onun qulluqçusu An Bleri ilə evlənmək qərarına gəldi. Papa 18-ci Henrinin bu qərarına qəti etiraz etdi. Buna baxmayaraq, 18-ci Henri Katrini boşadı və İngiltərənin dini işlərinə rəhbərliyi rəsmən öz üzərinə götürdü. Bu isə yeni bir məzhəbin toxumlarını səpmək idi. Məsələ bununla da bitmədi. Bu azğıncasına israrlar XVIII əsrdə Böyük Fransada inqilaba, dövlətin müəyyən etdiyi şərtlər daxilində qadın və kişinin razılığı ilə boşanmağa izn verdi. Amma Napaleon Bonapartdan sonra hakimiyyətə gələn burbunlar yenidən bu qanunu ləğv etdi. Amma bəzi evliliklərin hər iki tərəf üçün dözülməz olduğunu nəzər alaraq Fransada bir sıra tədbirlər həyata keçirildi. Lakin onların da heç bir nəticəsi olmadı.

Məsihilərin üç firqəsinin bu məsələyə münasibəti müxtəlifdir. Katoliklər hər bir halda hətta qadın və ya kişi xəyanət etdikdə belə, boşanmanı haram bilir.  

Mərqəs “İncil”ində 8-9-cu ayələrdə həzrət Məsihin dilindən nəql olunur: “Qadın və kişi vahid bir vücud kimidirlər və bir-birilərindən ayrılmazlar. Əgər Allah onları bir araya gətiribsə, heç bir insan onları ayırmamalıdır (nəticədə təlaq haramdır)”.

Ortodoks və protestantlar nadir hallarda təlaqa icazə verir. Məsələn: əgər ər və ya arvad xəyanət etsə, boşana bilərlər, lakin bundan sonra onlara başqaları ilə də ailə qurmaq haram olur.

Yenə də Mərqəs “İncil”ində deyilir: “Öz qadınına təlaq verən kişi başqa qadınla izdivac etsə, zina etmiş olur. Həmçinin, həyat yoldaşından ayrılmış qadın başqa bir kişi ilə ailə qursa günah etmişdir”.

Ayələrdən aydın olur ki, kişilər bu qədər dözülməz çətinliklər yaratmaqla öz ardıcıllarını zinaya sövq etmiş, ailə münaqişələrinin cinayət, xəyanət və intiharla nəticələnməsinə, fəsadların yayılmasına səbəb olmuşlar.

Bir halda ki, qədim yunan, iran, yəhudi millətlərinin bütün tarix və qanunlarında, hətta hamurobilərdə təlaq məsələsi mövcud olmuşdur. Adətən təlaq vermək hüququ kişiyə məxsus olurdu. Bəzi qanunlara görə isə qadın xəyanət etdikdə, pis əxlaqlı olduqda, cadugərliklə məşğul olduqda onu boşamaq kişiyə vacib olurdu.

Avropada XIX əsrin sonlarınadək təlaq rəsmən qadağan idi. Fransada 1884-cü ildə 3 şərtlə təlaqa rəsmən icazə verilirdi:

  1. Tərəflərin biri zina etdikdə;
  2. Tərəflərdən biri cinayət əməlinə görə məhkum olunduqda;
  3. Tərəflərdən biri digərini ağır şəkildə təhqir etsə və bu məhkəmə tərəfindən sübuta yetirilsə.

Boşandıqdan sonra da qadın 9 ay iddə saxlamalı idi.

 

İslamda təlaq

İslam qanunlarında ailə qurmağa çox təkid olunub müsəlmanlar müxtəlif vasitələrlə bu işə təşviq olunmuşlar. Belə ki, hətta ailə tellərini qırmaq bəyənilməz bir iş hesab olunur və yalnız zərurət halında buna izn verilir.

Peyğəmbər (s) bu barədə buyurur:

“Allah yanında ən sevimli bina evliliklə qurulmuş binadır. Allahın ən çox qəzəbləndiyi əməl isə təlaqla evin dağıdılmasıdır”.

İslam gənclərin ailə qurub onun nəticələrindən bəhrələnmələrinə, yəni nəsillərini qorumaq, təbii cinsi ehtiyaclarını halal yolla doyurmaq, ləyaqətli övladlar yetişdirib cəmiyyətə təhvil vermələrinə çox əhəmiyyət verir. Buna görə də izdivac məsələlərində asan şərtlər qoyur və bütün məntiqsiz maneələri aradan qaldırır. Həmçinin izdivacda əvvəl gənclər gələcək həyat yoldaşlarını tanımalı, öz talelərinə şərik çıxacaq insanı agahlıqla seçməlidirlər. Amma ailə qurduqdan sonra İslam icazə vermir ki, hər söz-söhbətə, bəhanələrə görə ailə dağılsın. Buna görə də İslam dini təlaqda ağır şərtlər qoyub ki, insanlar keçici həvəslərə uyub hər kiçik bəhanə ilə təlaqa əl atmasınlar və evlənib-boşanmanı adətə çevirməsinlər.

İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə buyurulur:

“Allah-təala keçici həvəslərə xatir təlaq verən şəxsə qəzəb edər”.

İslamda təlaqın kərahətli bir iş olmasına baxmayaraq İslam həyat həqiqətlərini nəzərə alaraq təlaqı tam qadağan etməyib. Bəzən ailə həyatında boşanmanı zəruri edən hadisələr baş verir. Bu halda kişi və qadın bir-birindən ayrılmasalar bir çox cinayət, intihar, ruhi xəstəliklər kimi müşküllər yaranar. Bu hər iki tərəf üçün həyatı acı edər və cəmiyyətdə faciələrə yol açar.

 

Müəlliflik hüququ Əbədi Nur Müəsisəsinə aiddir

 

 


 6294, 

Dostların veb səhifələri

15652205
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
609
7422
47752
15456216
127344
160067
15652205

sizin IP ünvanınız: 3.144.25.130
2024-12-22 01:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!