Məhəbbət Ocağı

İzdivacdan qabaq aşiqanə rəftarlar olarmı?

 

Ailə – möhkəm bir qala

Ailə kiçik bir cəmiyyətdir. Bu cəmiyyət oğlanla qızın nikah bağlaması ilə başlayaraq övladların dünyaya gəlməsi ilə genişlənir və möhkəmlənir. Böyük cəmiyyətlər də bu kiçik cəmiyyətlərdən təşkil olunur.

Bəşər yarandığı ilk gündən ailə həyatını ən yaxşı və üstün bir yaşayış tərzi kimi seçmiş, bütün zamanlarda və məkanlarda ona sadiq qalmışdır.Bu növ yaşayış tərzi insanın üstünlüklərindən hesab edilir və onun müxtəlif faydaları vardır. O cümlədən kişi ilə qadını pərişanlıqdan, hədəfsiz yaşamaqdan xilas edib, onları ailəyə bağlayaraq bir-birinə qarşı mehribanlaşdırır və onları ünsiyyət nemətindən bəhrələndirir.Həmçinin, cavanların və gənclərin ailəyə bağlı olmalarının bir çox müsbət nəticələri vardır: ailə, gəncləri müxtəlif əxlaqi və ictimai fəsadlardan, cinsi azğınlıqlardan, bir çox cinayətlərə mürtəkib olmaqdan qoruyur.

İslam dini iki müstəqil insan olan kişi ilə qadın arasında bağlanmış nikahımüqəddəs sayır. Onun ən mühüm hədəfi insani ehtiyacların təmin olması, qadınla kişinin aramlığı və onların bir-biri ilə ünsiyyət tapmasıdır.İslam dini hətta övladları dünyaya gətirməyi və onları böyütməyi belə ali insani hədəfi təmin etməkdə görür.

Qurani-Kərim bu barədə buyurur:

«... Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı...» (Rum surəsi, ayə 21)

Bu ayədə ailə ünsiyyəti və aramlığı evliliyin səmərəsi kimi tanıdılmışdır. Kişi və qadın müqəddəs evlilik əhd-peymanı vasitəsilə bütün vücudları ilə bir-birinə tərəf cəzb olur, yekdil və həmfikir olurlar. Yaşayışın bütün sahələrində bir-birinin xidmətində durur, özlərini yoldaşınasirdaşvə eyni hədəfli olmağa hazırlayırlar. Ayədə qeyd olunmuşdur ki, ailə həyatı iki əsasla«məhəbbət» və «rəhmət»möhkəmlənir.

Evliliyin möhkəm sütunlarından biri kişi ilə qadın arasında olan məhəbbətdir. Kişi ilə qadın bir-birlərinin müsbət cəhətlərini göz önünə alaraq səmimi qəlbdən bir-birlərini sevirlər.Onlardan hər biri digərini Allah tərəfindən dəyərli bir nemət, ünsiyyət, ülfət və səmimiyyət vasitəsi, həyatlarının şəriki sanırlar. Onlar Allaha bu dəyərli nemətə görə şükr edirlər.

Ayədə işarə olunan ikinci sütun rəhmət, yəni, mehribanlıq və ürək yanğısıdır. Həyat yoldaşlarından biri digərinin nöqsan və zəif nöqtələri ilə qarşılaşdıqda adətən düşünür ki, onun yoldaşı bir insandır və heç bir insan nöqsansızdeyil. Elə o özü də nöqsansız və eybsiz deyildir. Mehribanlıqla, yola verməklə və ürək yandıraraq imkan daxilində onun nöqsanlarına g[z yumur. İmkan olmadıqda isə onu elə bu halda qəbul edir, özünü görməməzliyə vurur və həyatına davam edir. Rəhmət və ürək yandırmanın mənası budur ki, özü üçün istədiyini yoldaşı üçün də istəsin. Buna görə də onun xoşbəxtliyini və asayişini təmin etməyi öz fikrində formalaşdırır.

Quran qadınla kişinin vəsfində çox gözəl bir kəlmə işlətmişdir:

«...Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız» («Bəqərə» surəsi, ayə 187).

Libas insan bədəninin bütün kamilliyini, yaxşılığını, pisliyini, nöqsanını əhatə edir və onu soyuqdan, istidən qoruyur. Onun gözəlliyini artırır, eybini gizlədir. O, insan bədəninə ən yaxın əşyadır və insan üçün ilkin ehtiyaclardan sayılır. Kişi ilə qadın da bir-birinə qarşı libas kimi olmalıdırlar, bir-birinin kamilliklərini və nöqsanlarını qəbul etməlidirlər. Bir-birlərini qorumalı və aramlıq bəxş etməlidirlər. Gözəlliklərini artırıb bir-birlərinin eyblərini örtərək  sirdaş olmalıdırlar.

İslam Peyğəmbəri (s) buyurub: «Xalq arasında iman cəhətdən ən kamil olanı əxlaqı ən yaxşı olan şəxsdir. Sizlərin ən yaxşınız o kəslərdir ki, öz həyat yoldaşına qarşı xoşrəftardır».

Allah Rəsulundan (s) belə nəql olunur: «Qadının cihadı öz yoldaşına qarşı yaxşı xanımlıq etməsidir».

İslam dini, əxlaqi normalara riayət etməyi ailənin möhkəmliyi üçün çox mühüm olduğunu vurğulayır. Əxlaqın ailə möhkləmliyində rolu o qədər mühümdür ki, ona riayət etməmək ailənin dağılmasına gətirib çıxarır. Ailə üzvləri bu mühüm nöqtəyə diqqət etməli, öz ailələrini qorumalıdırlar.

Xoşbəxt həyat

 

Allah Rəsulu (s) buyurub: «Sizlərdən ən yaxşınız öz həyat yoldaşları üçün yaxşı olanlardır» («Vəsailuş-şiə», c.7, s.11).

    Adətən xanımlar evlilik qərarına gəldikləri zaman xəyallarında ən xoşbəxt və gözəl bir həyat təsəvvür edib, ona əsasən, razılıq verirlər. Lakin bir müddətdən sonra görürlər ki, həyat onların düşündükləri kimi olmadı. Təəssüflənir, süstləşir və arzu edirlər ki, ey kaş, heç ailə qurmayaydılar, yaxud bir başqası ilə evlənəydilər.

    Lakin özünü xoşbəxt görməmək, bu hissin kökləri barədə məlumatsız olmaqdan, həyat yoldaşı ilə necə rabitə qurmaq lazım olduğunu bilməməkdən, özünü və öz qabiliyyətlərini tanımamaqdan irəli gəlir.

     Xoşbəxt həyat alın yazısı və bəxtlə deyil.

 

Xoşbəxt həyat müvəffəqiyyətlə dolu bir «elm»dir.

   Əziz xanımlar! Biz hər bir sahədə mühüm, müvəffəq və mütəxəssis bir şəxs olsaq, lakin yaxşı evdar, həyat yoldaşı və ana ola bilməsək bu bizim üçün bir nöqsan olacaq. Bizim ən birinci və əsil vəzifəmiz evdarlıq və yaxşı ailə idarəçisi olmağımızdır.

 

Nə üçün kişilər xanımlarına qarşı məhəbbət göstərmirlər?

Bəzən bunun səbəbi qadının özündədir. Qadının kişini olduğu kimi qəbul etməməsi və onu tərifləməməsidir.

   Əgər qadın öz kişisinə qəhrəman kimi baxarsa, ona etimad edərsə, kişi də öz qadınına qarşı diqqətini artırıb onu qoruyar və onun sadiq köməkçisinə çevrilər.

   Əziz xanımlar! Ailəniz üçün çalışın. Allah yanında haqlı olasınız deyə çalışın. Çalışın ki, övladınız sizdən fədakarlıqdərsini alsın. Çalışın ki, cəmiyyətdə ailə məfhumu məhv olmasın. 

İzdivacdan qabaq aşiqanə rəftarlar olarmı?

Bir qızla onunla evlənməkdən öncə həvəs üzündən deyil pak və müqəddəs eşq üzündən dostluq etməyin maneəsi varmı?

Bu cür əlaqələr hər iki tərəf üçün təhlükəlidir. Diqqət yetirmək lazımdır ki, aşiqanə hisslər də cinsi hisslərdən baş qaldırır. Ona görə də bu hisslərin zahirən müqəddəs və pak görünməsi sizi aldatmasın.

 

Toy şənliyi

Toy şənliyi qurmaq mütləq lazımdırmı?

İslam dinində toy şənliyi qurmaq vacib deyil, müstəhəbdir- yəni bəyənilmiş və savab əməllərdəndir.

Allah Rəsulu (s) Həzrət Əli (ə) və Həzrət Fatimə (ə) üçün toy məclisi qurmuşdu.Toy məclisində qonaqlıq vermək, müqəddəs dinimizdə bəyənilən və müstəhəb əməllərdəndir.

İmam Sadiq (ə) buyurub: «Toy məclisinin üzərinə Behiştdən meh əsir».

Balaca da olsa toy şənliyi təşkil etmək lazımdır. Çünki,əgər toy məclisi qurmasanız bu həmişəlik sizin, yaxud xanımınızın ürəyində bir arzu olaraq qalacaqdır. Mümkündür ki, yaxınların, yaxud dostların toyunu görmək sizdə narahatlıq yaratsın. Onu tamamilə aradan qaldırmaq olmaz. Yalnız toy şənliyini  təşkil etməmək üçün mühüm bir səbəb olarsa eybi yoxdur.  

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4495, 

Dostların veb səhifələri

14266590
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4994
3903
25564
14090902
158403
173495
14266590

sizin IP ünvanınız: 18.209.66.87
2024-03-28 15:15

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!