Məhəbbət Ocağı

Nigah əqdini nə vaxt oxumaq olar?

 

Nigah əqdini nə vaxt oxumaq olar?

Evlilik üçün mühüm olan məclislər bunlardır:

Elçilik, nigah əqdinin oxunması, toy məclisi.

Nişan, xına yaxdı və bu kimi ayrılıqda keçirilən məclislər mühüm sayılmır. Bunlar nə qanuni, nə də şəri cəhətdən məhrəmlik yaratmır.

Elçilikdən sonra nigah əqdinin oxunması ilə iki gənc bir-birinə məhrəm olur. Toy və izdivac məclisinə qədər olan vaxt əqd dövrü adlanır.

Bu dövrdə hər iki gənc çox ehtiyatlı olmalı, öz rəftarlarına diqqət etməlidirlər. Yarana biləcək problemlər bunlardır:

  1. Səhv düşüncə tərzi

Qızın anası, yaxud oğlanın anası barədə səhv fikrə düşmək bu problemlərdən biridir. Onların öz qızları, yaxud oğlanları üçün canfəşanlıq etmələri, sizi qınayan kimi söz işlətmələri, yaxud sizdən səhv tutmalarını təbii qarşılayın. Onlara haqq verin, sizi hələ yaxşı tanımadıqları üçün öz əzizlərinə görə narahatdırlar. Hər iki ana, məxsusən, qız anası məhəbbət rabitəsinin kəsilməsinə görə nigarandır və daha artıq himayə göstərir. Siz onlara sübut edin ki, nəinki onların övladlarını əllərindən almırsınız, hətta onlar daha bir övlad qazanırlar.

  1. Keçmişi xatırlatmaq

Bu dövrdə bəzi şeyləri xatırlatmaq olmaz. Məsələn: mehriyyəyə qoyulan miqdar əgər çox olarsa, alış-verişdə xərclənənləri, bayramlıqda gətirilənləri və s. Bu xatırlatmalar bir növ minnətkimi səslənir və şeytanın işlərindəndir:

Sizə elçi düşənləri, yaxud sizin elçi göndərdiyiniz xanımları yad etməkdən çəkin.

  1. Vəsvəsələr

Yenilik tələb etmək insanın təbiətinə xas olan xüsusiyyətlərdəndir. Bu hisslə mübarizə aparın, icazə verməyin ki, kiçik və cüzi məsələlər sizi əsl mətləbdən və əsas seçkidən saxlasın. Bu vəsvəsələrin qarşısı alınmasa ayrılıqla nəticələnəcək. Həyat yoldaşınızın dərisində olan kiçik bir cızıq, yaxud ailəsininsöz verib əməl etməmələri ayrılığa səbəb ola bilməz.

  1. Müqayisə etmək

Öz həyat yoldaşınızı başqaları ilə müqayisə etməkdən çəkinin. Siz yalnız başqalarının müsbət cəhətlərini görürsüz, onların mənfi cəhətlərindən xəbərdar deyilsiniz. Necə ki, onlar da sizin həyat yoldaşınızın mənfi cəhətini görmürlər.

  1. Yersiz tələblər

Həyat yoldaşınızın bütün diqqətinin sizdə olmasını, subaylıq dövründə olan dostları ilə əlaqəsini kəsməsini, sizə itaət etməsini,valideynlərinin sözünə əhəmiyyət verməməsini və bu kimi rəftarları tələb etmək çox yersiz tələblərdir. Ondan həddindən artıq diqqətin tələb edilməsi onu yoracaq və nəticədə araya soyuqluq düşəcək.

  1. Küsmək və etinasızlıq

Həyat yoldaşınızdan küsməkdən və ona etinasızlıq göstərməkdən çəkinin. Vəziyyətin müsbət səmtə yönəlməsi rabitə ilə düzəlir küsməklə yox.

Nikah əsnasında şərtlər

Nikah bağlanan zaman oğlanla qız istədikləri şərti qoya bilərlər. Lakin ağıla zidd və İslam dininin qanunlarının əksinə olan şərtlər batildir. Şərt qoyulduqdan sonra hər iki tərəf ona əməl etməlidir. Əgər qız oxuyacağını, işləyəcəyini və s. evlilik üçün şərt qoyubsa və oğlan da qəbul edibsə mütləq ona əməl etməlidir.

Bəzən oğlan bu şərtləri qəbul edir ki, sonradan qızı razı salıb öz istəyinə tabe etsin. O elə düşünür ki, qız onun evinə gəldikdən sonra onun qoyduğu qanunlara tabe olmağa məcbur olacaq. Çünki artıq onun başqa çıxış yolu qalmır, ya ailəsini dağıdıb öz söz verilib icra edilməyən arzularına çatmalı, ya da qəlbini arzularının məzarlığına çevirməlidir. Əlbəttə ki, qızın ana evi, yaxınları, qohumları və dostları ailəsinin dağılmasına mane olacaq və onu bu işdən çəkindirəcəklər. Bütün şəraitin özünün xeyrinə çevrildiyini görən oğlan bu işdən sevinib məğrurcasına dolanacaq. Lakin bu gənc oğlan bir çox şeyləri unudub. O unudub ki, öz evinə əsir, kəniz, qul deyil müstəqil, azad, onunla eyni hüquqlu bir insan gətirib. Evinə dost, dar gündə dayaq olacaq, nəslini artıracaq, övladlarına qayğı göstərən bir xanım gətirib.

Əhdə vəfa etməmək həm müqəddəs İslam dinində, həm də ağıl sahibləri yanında bəyənilməz işlərdən sayılır. Bu cür rəftarlar ailədə soyuqluq yaradar, həyat yoldaşını gözdən salar və evdə laqeyidlik hökm sürər.

Allah Rəsulu (s) buyurmuşdur: «Möminlər öz əhdlərinə əməl edərlər». 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

Nikah əsnasında şərtlər

Nikah bağlanan zaman oğlanla qız istədikləri şərti qoya bilərlər. Lakin ağıla zidd və İslam dininin qanunlarının əksinə olan şərtlər batildir. Şərt qoyulduqdan sonra hər iki tərəf ona əməl etməlidir. Əgər qız oxuyacağını, işləyəcəyini və s. evlilik üçün şərt qoyubsa və oğlan da qəbul edibsə mütləq ona əməl etməlidir. Bəzən oğlan bu şərtləri qəbul edir ki, sonradan qızı razı salıb öz istəyinə tabe etsin. O elə düşünür ki, qız onun evinə gəldikdən sonra onun qoyduğu qanunlara tabe olmağa məcbur olacaq. Çünki artıq onun başqa çıxış yolu qalmır, ya ailəsini dağıdıb öz söz verilib icra edilməyən arzularına çatmalı, ya da qəlbini arzularının məzarlığına çevirməlidir. Əlbəttə ki, qızın ana evi, yaxınları, qohumları və dostları ailəsinin dağılmasına mane olacaq və onu bu işdən çəkindirəcəklər. Bütün şəraitin özünün xeyrinə çevrildiyini görən oğlan bu işdən sevinib məğrurcasına dolanacaq. Lakin bu gənc oğlan bir çox şeyləri unudub. O unudub ki, öz evinə əsir, kəniz, qul deyil müstəqil, azad, onunla eyni hüquqlu bir insan gətirib. Evinə dost, dar gündə dayaq olacaq, nəslini artıracaq, övladlarına qayğı göstərən bir xanım gətirib.

Əhdə vəfa etməmək həm müqəddəs İslam dinində, həm də ağıl sahibləri yanında bəyənilməz işlərdən sayılır. Bu cür rəftarlar ailədə soyuqluq yaradar, həyat yoldaşını gözdən salar və evdə laqeyidlik hökm sürər.

Allah Rəsulu (s) buyurmuşdur: «Möminlər öz əhdlərinə əməl edərlər»


 4468, 

Dostların veb səhifələri

14273990
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3409
8985
32964
14090902
165803
173495
14273990

sizin IP ünvanınız: 44.202.198.173
2024-03-29 11:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!