Məhəbbət Ocağı

Tərbiyə nədir

 

  Tərbiyə nədir

 

Tərbiyə - bəşər təkamülünü Allaha tərəf yönəltməkdən ibarətdir. Onun hasili təfəkkürlü, mömin, məsuliyyətli, cəmiyyət üçün faydali və əmin – amanlıq mənbəyi, yüksək ilahi keyfiyyətləri özündə əks etdirən bir şəxsiyyətin formalaşmasıdır. Tərbiyə insanın vücudunda qoyulmuş istedadları çiçəkləndirməli və onları həyata keçirməlidir.

 

Tərbiyənin əhəmiyyəti

 

Tərbiyə bəşərin ən çox ehtiyac duyduğu zərurətlərdəndir. Onun iki böyük əhəmiyyəti var:

1- Fərdi əhəmiyyəti – Tərbiyə insanların yüksəlişinin və enməsinin amilidir. O, cismin, ruhun, zehnin və əxlaqın inkişafına səbəbdir. Tərbiyə vasitəsiylə iradəni inkişaf etdirmək olar.

 

2- İctimai əhəmiyyəti – Tərbiyə ictimaiyyətin fərdlərini formalaşdırandır. Hamı onun sayəsində adətlərini, əxlaqını düzəldir. Tərbiyə hər bir sahədə yaxşı kadrlar yetişdirir, bəşəriyyətə xeyir, sülh və rifah gətirir. İnsanları özlərinin, həmçinin, cəmiyyətlərinin rahatlığı barədə biganə qalmamağa və çalışmağa vadar edir.

 

Etibarlı tərbiyə

 

İnsan bir dəfə dünyaya gəlir. Odur ki, elə bir tərbiyənin  arxasıyca olmalıdır ki, onda heç bir səhv və nöqsan olmasın. Çünki onun ikinci dəfə artıq dünyaya gəlib səhvlərini düzəltmək imkanı yoxdur. Bütün Tərbiyə üslublarının hamısını da sınaqdan keçirə bilməz. O, yalnız zəmanətli, qüsursuz, ali bir tərbiyyəni tapıb, ona tabe olmalıdır. Ali və nöqsansız Tərbiyə kamil bir mənbədən qaynaqlanmalıdır. O kamil və ali mənbə Allahdan başqa bir varlıq ola bilməz. Allah-Taala da insanlar üçün ali həyat proqramını ən kamil və üstün olan kitabında - Qurani Kərimdə bəyan etmişdir. Deməli ən ali tərbiyyəni ən ali yerdə - Quranda axtarmaq lazımdır. Bundan bu nəticəyə gəlirik ki, qüsursuz olan tərbiyə üslubu İslamın Tərbiyə üsulubudur.

İslamın tərbiyə üsulu fitrətə əsaslanır və fitrətlə uyğundur. Bu üslubda valideynlər öz övladlarının fitrətində olan istedadları aşkar edib onları inkişaf etdirməlidirlər. Bu Tərbiyə üslubunda insanın fəqət fikri nəzərə alınmır, onun bütün cəhətləri diqqət mərkəzində olur. Valideyn öz övladının tərbiyyəsi üçün məsuluyyət daşıyır. O, övladını elə Tərbiyə etməlidir ki, şərəfli, əxlaqlı bir şəxsiyyət kimi formalaşsın və məsuliyyətsiz, nəfsi istəklərə qul olan bir insan kimi böyüməsin.

  

 Hədəfin vacibliyi

 

Tərbiyə hədəflə icra olunan bir işdir. Tərbiyənin  hədəfi uşağın cismi, ruhu və zehni inkişafı olmalıdır. Bu Tərbiyə insanı özünün layiq olduğu kamalın yüksək dərəcəsinə çatdırmalıdır. Tərbiyə gərək elə insanlar yetişdirsin ki, onlar cəmiyyətin bir üzvü kimi məsuliyyət qəbul edə bilsinlər. Cəmiyyət fərd-fərd insanlardan təşkil olunmuşdur. Cəmiyyətin paklığı fərdlərin əxlaqından birbaşa aslıdır. Deməli sağlam və mədəni bir cəmiyyət üçün hamının da olmasa cəmiyyətin əksəriyyətinin Tərbiyə alması əsas şərtdir. Bulaşmış su insanı xəstə edər. Eləcə də əxlaqi pozuntular cəmiyyəti məhv edər.

 

Tərbiyə üslubuna ehtiyac

 

Tərbiyə üslubu olmadan uşağı inkişaf mərhələsinə çatdırmaq mümkün deyil. Uşağın valideyni bilməlidir ki, hansı şəraitdə onun övladı inkişaf edir. Onun  inkişafını sürətləndirən amil nədir?  Uşaq mehr-məhəbbət, tərif, təşviq ilə bu yolu gedir, yoxsa tənbeh və qorxutmaqla. Övlad Tərbiyə edən valideyn ilk növbədə özü tərbiyə görmüş və tərbiyə üslubları ilə tanış bir adam olmalıdır. Yoxsa özü tənbehə layiq bir valideyn öz övladını qınaya bilməz.

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 

 



 6216, 

Dostların veb səhifələri

15651916
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
320
7422
47463
15456216
127055
160067
15651916

sizin IP ünvanınız: 18.226.34.148
2024-12-22 01:11

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!