Öz tayınla ailə qur Ailə qurmaq uzun bir səfərə çıxmağa bənzəyir. Bu səfərdə kiminlə olacaqsan? Bu çox mühümdür. Bil ki, yol uzun, azuqə azdır. Bu azuqəni bax gör kiminlə bölürsən. Onu zay etmə. Sən ailə qurursan ki, bölüşəsən, qurmursan ki, döyüşəsən. Bil ki, həyatın şirin olması tayını tapmağındadır. Onu tapmasan arxayın ol ki, həyatın nə olduğunu bilməyəcəksən. Allahın nemətlərini duymağın üçün, günəşin nurunu görməyin üçün, yaxşılığın ölmədiyini bilməyin üçün sən ey evlilik əsnasında olan gənc, bir an ayaq saxla, düşün...O, sənin tayındırmı???Bu gün düşün ki, sabah rahat olasan. Evlənən cütlər bir neçə cəhətdən bir-birləri ilə həmtay olmalıdırlar: Əqidəvi cəhətdən…
[...]