YƏQUB PEYĞƏMBƏR (ə)
Həzrəti İbrahimin (ə) bəzi mənbəələrə əsasən bir neçə övladı olub. İshaq və İsmail peyğəmbərlər də İbrahim peyğəmbərin oğlulları olublar . Atası İshaq peyğəmbər, anası isə Rufqə olub. O, Adəm peyğəmbərin yer aləminə enişindən (Hibti Adəm tarixi) 3483 ildən sonra, qədim Kənan, indiki Fələstində dünyaya gəlib. Yəqubun əkiz doğulduğu qardaşının adı, İys olub. Qardaşından sonra dünyaya gəldiyi üçün, adını Yəqub (yəni sonradan gələn) qoydular. Ləqəbi İsra və ya İsrail olub. Bu ləqəblərin bir neçə səbəbi və mənası vardır: Mənası, Allah bəndəsi və Allah qüvvəsi deməkdir. Ləqəbinin verilmə səbəbi isə bir sıra yeyintiləri özünə qadağan etməsi üçün yaxud gecələr yol gedib gündüzlər gizləndiyi üçün və yaxud insanlara ziyan verən cini həbs etdiyi üçün bucür ləqəblərə təyin olunmuşdur. Hadisəni bele qeyd edirlər: Yəqub Beytul – Müqəddəsdə xidmət edirdi. Hamıdan əvvəl ora daxil olur və hamıdan sonra oradan çıxardı. Oranın çirağını da özü yandırardı. Amma səhər gəldikdə çirağların söndüyünü gördü. Nəhayət bir gecə Beytul – Müqəddəs məscidində gecelədiyi zaman bir də onu gördü ki, cinlərin biri gəlib işığı söndürdü. Yəqub qalxıb cini tutdu və məscidin sütununa bağlayıb, onu əsir etdi. Səhər olduqda camaat cini, əsir edilib sütuna bağlandığını gördülər. O cinin adı “ İl ” olduğu üçün, Yəquba “ İsrail ” (yəni İli əsir edən) dedilər. Bəni – İsrail dedikdə, Yəqub peyğəmbərin nəsli nəzərdə tutulur.
Yəqubun (ə) özünə qadaqan etdikləri.
Ali - İmran surəsinin 93 – cü ayəsində Allah buyurur: “ Tövrat nazil olmamışdan qabaq İsrailin öz – özünə haram etdiyindən başqa, bütün yeyintilər İsrail övladlarına halal idi ” . Yəqub dəvə ətini yeməyi özünə qadağan etmişdir. Bunun bir neçə səbəbi olmuşdur. Bəziləri dəvə ətini yeyərkən halının pisləşdiyini, qabırğa və bel ağrısına düçar olduğu üçün özünə dəvə ətini qadağan etmişdir demişlər. Yaxud tutulduğu xəstəliyinin sağalması müqabilində, ən sevimli olan dəvə ətini bir daha yeməyəciyini nəzir etmişdir.
İki həyat yoldaşı olmuşdur. Rahil adlı həyat yoldaşından Yusif və Binyamin dünyaya gəlmişdir. O biri 10 oğlu isə o biri həyat yoldaşından dünyaya gəlmişlər. Bəzi alimlər bu iki xanımın, bacı olduğunu qeyd etmişlər. İki bacı ilə eyni zamana evlənmə məsələsinin İslamdan öncə düzgün olduğun qeyd etmişlər. Beləliklə 12 oğlu olmuşdur. Təxminən 50 il təbliğat etmişdir. Fələstinlə arasında 12 günlük məsafəsi olan, Misir şəhərində 17 il yaşamışdır. Oğlu Yusifi Allahın əmri ilə özündən sonra canişin təyin etmişdir.
Yəqub (ə) və Yusifin (ə) ayrılma səbəbi.
Həftənin cümə günü idi. İmam Sadiq (ə) yaxın səhabəsi Sabit Əbu Həmzeye Sumali ilə evinə gələrkən, kənizi Səkinəyə buyurur: “ Bugun evə kim gələrsə, əliboş geri qaytarma ”. İmamın öz cümləsini bir neçə dəfə təkrar və təkidllə deməsi, səhabədə sual yaratdı. Səhabə maraqla soruşdu: İmam, bu cümə günündə nə vardır ki, bu qədər təkid etdiniz? Imam buyurdu: ” Istəmirəm Yəqubun başına gələn hadisə başıma gəlsin ”. Səhabə dedi: Hansı hadisə? İmam buyurdu: ” Ramazan ayı və Həftənin cümə günü idi. Zimyal adlı bir kasıb Yəqub peyğəmbərin evinə gəlib, qapısını döydü. Düşündü ki, həm imkanı olan həmdə bir peyğəmbər olan Yəqub onu əliboş geri qaytarmaz. Yəqub peyğəmbər (kasıbın qapıni ya az ya da yavaş döyməsindən) qapının səsini eşitmədi. Həmin kasıb iftar etmədən, ac yatdı. Allah Yəqub peyğəmbərə vəhy yolu ilə buyurdu ”. “ Ey Yəqub, sən hazırlaş sənə göndərəciyimiz bəlaya ” .
Həmin gecə Yusif yuxuda günəşin, ayın və 11 ulduzun ona səcdə etdiyini gördü. O gündən Yəqub ən çox sevdiyi Yusifdən illərlə ayrı qaldı. Yəqub ailəsinin başına gələn ilk hadisə bununla başladı. Yəqubun Yusifə olan qəmi, övladlarını itirən 70 qadının qəmi idi.
Yəqubun (ə) ölüm zamanı öz oğlanları ilə söhbəti.
Yəqubun həyatına dair Qurani – Kərimdə başqa bir mövzu onun öz oğlanlarına ölüm ayağında etdiyi vəsiyyətdir. Bəqərə surəsinin 132 , 133 – cü ayələrində Allah buyurur: “ İbrahim öz oğullarına vəsiyyət etdi. Yəqubda öz oğullarına vəsiyyət edərək dedi: Ey oğlanlarım ! Allah bu dini sizin üçün seçdi. Odur ki, yalnız müsəlman halında ölün ” . Yəqubun ölümü yetişdikdə oğlanlarına dedi: Məndən sonra nəyə ibadət edəcəksiniz? Oğlanları dedilər: “ Sənin Allahına və ataların İbrahim, İsmail və İshaqın Allahına. Yeganə Allaha ibadət edib, onun fərmanına təslim olacağıq ” .
Bu ayələrin təfsirinə əsasən, İbrahimin və övladlarının iman gətirdiyi haqq və doğru din İslam dini idi. Odur ki, yəhudilərin Həzrəti Yəquba nisbət verib oğlanlarına oğlanlarına həmişə yəhud dinində qalmağı vəsiyyət etməsini lazım bilməsini demələri, yalnız bir töhmətdir. Həzrət belə bir sözü oğlanlarına deməmişdir. Ömrü 147 il olmuşdur. Vəsiyyətinə uyğun olaraq, babası İbrahim peyğəmbərin və Saranın yanında dəfn olunmuşdur. Yəqubun şəriətində, oğrunu qulluqçu kimi saxlayardılar.
İstifadə olunmuş mənbəələr:
1)İləluş-şəraye 1-ci cild. Müəllif: Şeyx Səduq.
2)Peyğəmbərlər hayatı 1-ci cild. Müəllif:Əllamə Məclisi.
3)Peyğəmbərlər tarixi. Müəllif: Əhməd Əmiri Pur.
4)Məcməul- Bəyan cild -2. Səh- 475.
5)Bəharul-Ənvar. Cild-12. Səh-299.
Hazırladı: Muhəmməd Nicat
İlahiyyatçı, islamşünas, aykido müəllimi
Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)
MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR