quran

Qari lar

Qurani-Kərimin tilavətinə çox böyük həvəs və məhəbbət göstərən tanınmış simalardan biri Seyid Mutəvəlli Abdulal çoxlu səy nəticəsində gözəl qiraətə nail olmuşdur.

O, hələ uşaqlıq illərindən Quran elmlərini öyrənməyə başlayıb və zaman ötdükcə özündə ilahi kitaba qarşı oyanan rəğbətin daha da artdığını müşahidə etmişdir. Bəlkə də, o dövrdə kiminsə zehninə belə gəlməzdi ki, bu uşaq gələcəkdə qeyri-adi bir Quran tilavətinə malik olacaq. Hələ yeddi  yaşı tamam olmamışdı ki, Qurandan üç cüz əzbər bilirdi. Bu özü onun gələcəkdə Quran tilavətində tərəqqiyə yol açmasına bir göstərici idi. O, digər qarilər kimi ilk mərhələdə Quran qarilərindən təqlid edərdi. Abdulalın mərhum ustad Şəhhat Muhəmməd Ənvərlə səfər etdiyi zaman onun şirin tilavəti  minlərlə insana gözəl təsir bağışlamışdı. Hətta mərhum ustad Şəhhat bu şirin tilavətdən təsirləndiyini də bildirmişdi. Abdulalın bir neçə qarilərə, müxtəlif qiraətlərə təqlid etməsinə baxmayaraq, tilavəti onlardan hər hansı birinə bənzəmirdi və onun özünəməxsus bir ürəkoxşayan tilavət üslubu vardı.

O, ürfani və dindar bir ailədə dünyaya gəlmişdi. Sufi məhzəbinə malik olan anası öz məzhəbinin ariflərindən olan Seyid Əhməd Bədəvinin "Seyid" adını oğluna təyin etmişdi ki, oğlu da bu yolda addımlasın. Atasının adı Mutəvəlli olmuşdur. Hələ orta məktəbdə təhsil aldığı müddətdə Qurani-Kərimdən bir neçə cüz əzbər bilirdi. Öz səsinin gücü sayəsində mərhum ustad Mustafa İsmail və Əbdülbasitdən təqlid edərdi. On iki yaşı olmamış artıq bütün Quranı əzbər  bilirdi.

Habelə təcvidin qanun və əhkamını mənimsəyərək, təşkil olunan Quran məclislərində oxuyardı. On üç yaşında olan Abdulal artıq özünəməxsus oxuma tərzi təyin etdi. O, bu barədə belə deyərdi: "Elə buna görədir ki, Allah-taala hər bir şəxsin səsində xüsusi avaz və gözəllik qərar vermişdir. Buna əsasən, bir səsi başqa bir səsə oxşatmaq olmaz. Qariliyin gözəl və digərlərindən seçilmə yollarından biri budur ki, özünəməxsus üslub və səsə malik olasan. Bu yolla inkişaf etmək daha münasib və əlverişlidir. Bir ustaddan təqlid etmək isə yalnız o ustadın tanınmasına səbəb olur. Amma özünəməxsus üslubun olması isə qarinin şöhrət tapmasına və həmçinin tilavətdə yeniliyə səbəbdir. Yenə də mən  bu sahədə zəhmətçəkən hər bir qariyə özünəməxsus üslubunun olmasını tövsiyə edirəm".

Ustad Abdulaldan muğamları mənimsəmək necə mümkündür soruşduqda, bu suala belə cavab verdi: 

"Hər bir elmi mənimsəmək üçün  gərək o elmi tapıb və onun barəsində axtarış edəsən. Necə ki Allah-taala Qurani-Kərimdə bilmədiyiniz halda, "Bilənlərdən soruşun"deyə buyurur  ("Nəhl" surəsi, ayə 43).

Məlumdur ki, Quran muğamları incə bir elmdir. Bu elmi yalnız xüsusi muğam mütəxəssislərinin təlim və dərsləri vasitəsi ilə mənimsəmək olar. Yalnız bu yolla Quran muğamlarını tilavət  zamanı tətbiq etmək olar. Məsələn, "Rast, segah və səba muğamı nədir?", "Tilavət zamanı onları necə tətbiq etmək olar?" Bunu bilsək, tərtiblə hər bir muğamın hər hansı bir bölmə və hissəsini gözəl formada tilavət zamanı tətbiq etmək olar. Həmçinin sırf  ürəkdən oxumaq, məna və məfhumuna fikir vermək isə dinləyicilərin qəlbində müsbət təsir qoymağa kömək edən və Quranı dərk etmələri üçün gözəl üslubdur. Amma heç bir muğama və onun bölmələrinə əməl olunmasa, qəlbdən oxunmasa, həmçinin, məna və məfhumuna fikir vermədən tilavət olunarsa, səs nə qədər gözəl olsa belə, heç bir faydası yoxdur.

Ustad Abdulal hifz və qiraət üzrə İran İslam Respublikasında keçirilmiş VIII dünya müsabiqəsində hakimliyi öz öhdəsinə götürmüşdür. Sonra isə İranın Qum, Məşhəd, Yəzd və digər şəhərlərə səfər etməklə gözəl və özünəməxsus şirin muğamı ilə minlərlə insanların qəlbinə yer tapmışdır. Ustad Abdulalın dediyinə əsasən, yalnız Quran tilavətinə qarşı belə məhəbbət görmək olar. Bu eşq isə qadın, uşaq, qoca və cavanın qəlbinə təsir edir. Tehran Universitetində tilavət etdiyi ayələrin gözəlliyi qəlblərdə silinməz olaraq qalacaq.

Ustad Mutəvəlli Misirin və dünyanın məşhur qarilərindən biridir. İranla yanaşı, Pakistan, Livan, Suriyada da dəfələrlə Quran tilavətinə dəvət olunmuşdur. Onun qeyri-adi tilavət tərzi, həzin səsinin şirinliyi və tilavətdə ecazkar vüsət kəsb edən muğam üslubu, dinləyiciləri həyəcanda qoyması seçilən və fərqli tilavətlərlərdəndir.

O, dünyanın məşhur qarilərinin nəzərində sevimli və məşhur qari kimi tanınmış və tilavətdə yüksək yer tutmuşdur. Hər bir ölkədə onun səsinin heyranları və aşiqləri vardır ki, onun qiraət üslubunu özləri üçün təlim etməkdədirlər. Həmçinin qariyə təqlid edənlərin də sayı az deyil.

Biz bu yolda zəhmət çəkən, ömürlərini bu bərəkətli sahədə çalışmaqla keçirən, İlahi ayələrin gözəlliyini, ecazını tilavət etməklə qəlblərə yol tapan və həmçinin tilavət elmində araşdırmalar aparıb onun incəliklərini gələcək nəsilə çatdıran qiraət alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.

Çünki onlar bu müvəffəqiyyətə qəlblərinə saçan Quran nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər.

 Müəlliflik Hüququ Əbədi-Nur Jurnalına Məxsusdur

Dostların veb səhifələri

14272628
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2047
8985
31602
14090902
164441
173495
14272628

sizin IP ünvanınız: 44.205.2.188
2024-03-29 07:40

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!