quran

Qari lar

Yeni nəsil Quran qariləri arasında Şəhhat Muhəmməd Ənvərin özünəməxsus yeri var. O, Misirin və İslam dünyasının öndə gedən qarilərindən hesab olunur. Şəhhat doqquz yaşınadək Quranı kamil şəkildə əzbərləmiş və ilkin Quran təlimlərini öyrənmişdir. Münasib vəqf və ibtidaya malikdir. Qiraət ixtilaflarına vaqif olmaq baxımından əvvəlki qarilərdən fərqlənir. Belə ki, əvvəlki qarilərin səciyyəvi cəhəti ondan ibarət idi ki, yeddi və ya on qiraəti kamil surətdə bilirdilər. O, isə yalnız iki qiraəti - Həfsin Asimdən olan rəvayətinə və Nafenin rəvayətinə əsaslanan qiraətləri öyrənmişdir. Özünün bir müsahibəsində bu məsələyə işarə edərək müəllimlərinin ona çox gözəl səsi olduğundan qiraət elmini və müxtəlif qiraətləri öyrənməyə bundan artıq vaxt sərf etməməsini, xalq üçün Quran oxumasını məsləhət bildiklərini qeyd edir. Odur ki, Şəhhat Əl-Əzhər Universitetində fəqət iki il təhsillə məşğul olmuş, bundan sonra isə özü ciddi və fərdi şəkildə qiraətlə məşğul olmuşdur.
Şəhhatın ustadları onun gözəl səsə malik olduğunda yanılmamışdılar. Həqiqətən də, Şəhhatın ürəyəyatımlı və cəzbedici səsi var idi. İki il universitetdə musiqinin incəlikləri ilə tanış olduqdan sonra misilsiz bir ahəngə yiyələndi. Lakin qari qiraətin musiqi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün Quran qarilərinə Allahın təqvası ilə qiraət etmələrini tövsiyə edir.
Çox maraqlıdır ki, bir şəxs musiqi alətlərini, nəzəriyyəsini, muğənnilik sənətinin sirlərini kamil və ali tərzdə öyrəndikdən sonra Quran qiraətinin əsasını sənətdə yox, Allahın təqvasında görür.
Şəhhatın özünəməxsus qiraət növü vardır. Onun qiraətində zil və yüksəklik çoxdur. Və bu da dinləyicini həyəcana gətirib bu qiraətin təsiri altına salır.
Şəhhatın üslubunun üstün cəhətlərindən biri də qiraətinin Əbdül-Basit, Menşavi və digər məhşur qarilərdən fərqli olaraq şad üslubda olmasıdır. Ümumiyyətlə, yeni Misir qarilərinin qiraəti qədim qarilərin qiraətindən fərqləndirən onların şən olmasıdır. Və bu qiraət qarinin imkanlarını artıraraq ona səsini daha çox qaldırmaq və azad etmək imkanını yaradır. 
Peyğəmbər (s) buyurmuşdur: 
"Quranı öyrənin. Çünki onu tilavət edən şəxs Qiyamət günü cavan və gözəl, məşhur olacaqdır. Quran ona xitab edəcəkdir: "Sən gecələr oyaq qalaraq, mənimlə ünsiyyət qururdun. Dilin quruyanadək, gözlərin yaşaranadək məni tilavət edirdin".
"Quranın yerləşdiyi hər bir qəlb ilahi əzabdan amanda qalacaq".

 

"Bəşarət" jurnalı 

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.
2008 / 01 (004)

Dostların veb səhifələri

15698982
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2174
2851
5025
15540485
174121
160067
15698982

sizin IP ünvanınız: 18.191.192.113
2024-12-30 15:59

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!