quran

Qari lar

Dəsuq məscidinin qarisi olan Ustad Raqib Mustafa Ğəlvəş Dəsuqda 1938-ci ilin iyul ayının 5-də, Təndanın mərkəz kəndində dünyaya göz açmışdır. Atası onun böyük rütbə sahib olmasını istəyirdi. Kənddə bir çox məktəb var idi. Camaat bu məktəblərə çox əhəmiyyət verir və öz övladlarını hafiz və alim olmaq üçün məktəblərə göndərirdilər. 
Ustad Raqib Mustafa Ğəlvəşin yaxınlarından biri onun atasına məsləhət görür ki, onu Quran hafizi olmaq üçün müəllimlərdən birinə tapşırsın. Kənd camaatının, xüsusiylə Rağibin atasının dinə olan məhəbbəti onu bu təklifi qəbul etməyə vadar etdi. O, Rağibə tapşırdı ki, hər gün dərsdən sonra Quran məktəbinə getsin.
Çox çəkmədi ki, səkkiz yaşlı Ğəlvəşin şöhrəti bütün kəndə, məxsusən hafizlərin və hifz müəllimlərinin arasında yayılmağa başladı. O, gözəl səsinə görə ustadının diqqətini və məhəbbətini qazandı. 
Rağib on yaşından əvvəl bütün Quranı hifz etməyə müvəffəq oldu. Sonra isə Şeyx Əbdülqəni Şərqabinin tədrisi ilə Quranın əhkamını  öyrənməyə başladı. On dörd yaşında onun şöhrəti qonşu kəndlərə yayılmağa başladı və hətta alimlərin olduğu Tənta şəhərinə də gəlib çatdı. 1953-cü ilin Ramazan ayında Rağib yaxın şəhər və kəndlərdən ardı-arası kəsilməyən dəvətlər almağa başladı.
15 yaşında olarkən "Məhəllətul-Qasb" kəndinə dəvət olundu.  Əvvəlcə bu iş ona çox çətin gəldi. Çünki bu məntəqədə, xüsusən bu vilayətin qərbində qarilər arasında güclü rəqabət gedirdi. O bu məntəqədə necə müvəffəq ola bilərdi?! Cavan və cəsur qari bütün bunlara etina etmədi. O bilirdi ki, böyüklük və əzəmət öz-özünə yaranmayacaq. Onu gərək səy və çalışmaqla əldə edəsən. Odur ki, Quran elmləri üzrə bir ustad soraqlaşmağa başladı ki, ona təcvid və qiraət elmini öyrətsin. Rağib buna görə Quran elmlərinin qibləsi sayılan Tənta şəhərinə üz tutdu. Əhmədi məntəqəsində yerləşən Qiraət akademiyasına daxil oldu. Orada mərhum ustad İbrahim Təblihi onun tədris işləri ilə məşğul oldu.
Ustad Rağib deyir: "...Və mən öz məntəqəmizdə ustad Mustafa İsmail kimi ali bir nümunə yaratmağa müvəffəq oldum. Mən onun qiraəti kimi oxumaq qərarına gəldim. Tənta şəhərinə gedib qiraət alimi axtarmağa başladım. Tanışlarımdan biri mənə Əhmədi mədrəsəsində mərhum Şeyx İbrahim Təblihini məsləhət gördü. O, mənə təcvid və əhkam elmlərini öyrətdi. Mən onun yanında Quran qiraət etdim və qiraətim onun xoşuna gəldi. Odur ki, məni hər gün azanla iqamə arasında Quran qiraət etməyə rəğbətləndirdi. Elə ki, qiraətə başladım başıma xeyli adam toplaşdı. Allahın lütfü ilə camaatın qəlbinə yol tapdım. Məxsusən ustad Mustafanın qiraətində oxuduğuma görə camaat oxumağımı cox bəyənirdi. Daha sonra qərb vilayətinin qərb kəndlərinə dəvət olundum və qonşu vilayətlərdə də tanınmağa başladım. Məni ümidvar edən, Qurana olan eşqim, şövqlə çalışmağım və təqva ilə onu tilavət etməyim idi". 
Cavan qari Rağib Mustafa Ğəlvəş hələ 18 yaşında ikən əzəmətli bir qariyə çevrilmişdi. O, 1958-ci ildə iyirmi yaşında hərbi xidmətə çağırıldı. Ğəlvəş öz xatirələrində belə deyir: "...Mən hərbi xidmətdə olduğum zaman İmam Hüseyn (ə) məscidində heç olmasa bir ayə Quran oxumaq, yaxud orda azan demək istəyirdim. Məscidin şeyxi olan Şeyx Helmiylə tanış oldum. Onun üçün bir qədər Quran oxudum, xoşuna gəldi.
Bir gün ürəyimdə olan arzumu ona söylədim. Namaz vaxtı azan deməyi və iqamədən əvvəl on ayə oxumağı mənə tapşırmasını xahiş etdim. O, mənə dedi: "Rağib, əgər Şeyx Taha Rəşni geciksə, sən oxuyarsan. Bu zaman mən Allahdan ürəkdən istədim ki, Şeyx Taha Rəşni geciksin. Elə bil səmanın qapıları açılmışdı, Allah mənim istəyimi qəbul etdi. Şeyx Rəşni gecikdi. Azan vaxtı yaxınlaşdı. Şeyx Helmi mənə dedi: "Hazır ol". Sonra məscidin məsuluna dedi: "Qoy Rağib azan desin". Mən əsgər libasında azan deməyə başladım. Bu camaatın diqqətini cəlb etdi. Bu hadisə Ramazan ayında baş vermişdi. Oruc olduqda səs daha da gözəl olur. Mən "Haqqə" surəsindən on ayə oxudum. Məscidin abu-havası dəyişdi. Hamı mənim başıma toplaşdı və mən meydanda tək xeyməyə bənzəyirdim. Camaat dua və təriflə məni təşviq edirdi. Onların istəyinə görə ayələri təkrar-təkrar oxudum və tilavət yarım saatdan artıq oldu. Mən çox sevinclə öz hərbi hissəmə qayıtdım. Hərbi xidmətdə olduğum zaman oranın məscidini mənə tapşırmışdılar və hər zaman hərbi hissədən çölə çıxmağa icazəm var idi. İmam Hüseyn (ə) məscidinə çox tez-tez gedərdim. Bu məscidin vasitəsilə şöhrət tapdım. Bu məsciddə vaxtıyla mərhum Şeyx Mahmud Xəlil Həsri surə oxuyardı, mərhum Şeyx Taha Rəşni azan deyərdi və mərhum böyük alim ustad Ğəzali dərs verər və xütbə  söyləyərdi. Belə bir məkanda Quran qiraət etmək məni cox sevindirirdi. Bu elə böyük bir şərəf idi ki, mənim yaşımda olan hər bir kəs və hər bir Quran hafizi onu arzulayardı".

 


 

galvash2.jpg

İmam Hüseyn (ə) məscidindən radioya 

Rağib Mustafa Ğəlvəş radioya gəlişindən belə danışır: "Getdikcə dövlətin məsul və böyük şəxsləri məni tanımağa başladılar. Onlar məni camaatın qarşısında qiraət etməyə təşviq etdilər və beləliklə vücudumdakı həyəcan aradan getdi. Həmçinin, onlar Qahirədə hüzn, matəm və başqa məclislərə dəvət olunmağım üçün güclü amilə çevrildilər. O məclislərdə radioda oxuyan ustad Mustafa, ustad Əbdulbasit, ustad Həsri və başqaları kimi tanınmış qarilərlə tanış oldum. 
İmam Hüseyn (ə) məscidinə gələnlərin içində radionun müdiri Muhəmməd Əmin Həmad da var idi. Məsciddəkilərdən biri ona dedi: "Ustad, Rağibə bir kart verin ki, radioya gəlib orda çıxış etmək üçün anket doldursun".
O, mənə bir kart verib dedi: "Sabah radionun binasına, mənim yanıma gəl".
Rağib deyilən vaxta radionun mərkəzi binasına getdi və orda çıxış etmək üçün anket doldurdu. Sonra imtahan üçün ayrılmış vaxta yenidən radioya getdi. Radioda çıxış ermək üçün 160 qari imtahanda özünü sınamağa gəlmişdi. Onlar Rağibi əsgər geyimində gördükdə qaridən çox mühafizəçiyə oxşatdılar. 
O, belə davam etdi: "İmtahan heyəti iki hissədən ibarət idi: bir hissəsi avazdan, digər bir hissəsi Qurandan imtahan götürürdü. Allahın lütfü ilə mən müvəffəqiyyətlə imtahan verdim. İmtahan heyəti məni təriflədi və səsimi qorumağı tövsiyə etdilər.  
Hərbi xidmətimi başa çatdırıb öz şəhərimə qayıtdım. Gözləmədiyim bir mənzərə ilə qarşılaşdım. Bütün kənd məni qarşılamağa gəlmişdi. Mənə dedilər: "Rağib, min dəfə bərəkəllah!" Soruşdum: "Nə baş verib?" Dedilər: "Bu xəbəri eşitməmisən? Sənin adın və şəklin bütün qəzetlərdə çıxıb. Allaha şükür ki, mənə bu xəbəri eşitməyə dözüm verdi".
Ustad Rağib 30 ildən artıq Allahın kitabını qiraət etmək üçün müxtəlif ölkələrə səfər etmişdir. O, bunun ləyaqətlə yerinə yetirəcəyi ağır bir məmuriyyət olduğuna inanır. 

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.
2011 / 01 (007)

Dostların veb səhifələri

15648921
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4747
8065
44468
15456216
124060
160067
15648921

sizin IP ünvanınız: 18.224.69.137
2024-12-21 14:38

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!