مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı)". بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ "Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)". فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ "Onlardan (o iki dənizdən) inci və mərcan çıxar" (Ər-rahmən, 19-22). Okeanşünaslar qəribə bir mənzərənin şahidi olmuş və son əsrlərdə kəşf etmişlər ki, iki dəniz bir-birinə qovuşur, amma tərkibcə birləşmirlər. Həmçinin bu iki dəniz suyunun isti-soyuqluğu, rəngi və dadına görə də bir-birindən fərqlidirlər. Güclü dalğalarına baxmayaraq, suyun səthindən bəllidir ki, bir-birinə qarışmayıblar.…
[...]