Quran Elmləri

Nübuvi (peyğəmbərlərə gələn vəhy) vəhyin növləri

Nübuvi (peyğəmbərlərə gələn vəhy) vəhyin növləri

 
(2 votes)

                 Nübuvi (peyğəmbərlərə gələn vəhy) vəhyin növləri

 

وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ      

 

“(Heç bir bəşər övladına Allahla danışmaq müəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!” (Şura surəsi, ayə-51)

Quranın baxışında peyğəmbərlərə vəhyin verilmə yolları hansılardır?

Yuxarıda qeyd olunan ayədə bəşərlə bağlı ilahi söhbət üç cür bəyan olunur:

Peyğəmbərlərlə qeyb aləmi arasında bağlılıq, Allah tərəfindən rabitə kimi bizə tanıtdırılan "vəhy" əsasən üç cürdür.

1 "Müstəqim" (birbaşa, qəlbə ilham, yuxu)

2 "Hicab arxasında" (həzrəti Musanin (ə) Allahla söhbəti)

3 "Qeyri-müstəqim" - Mələk vasitəsi ilə (mələyin gözə görünməsi, müxtəlif səslər eşitməklə)

Vəhyin birinci qismi birbaşa, vasitəsiz və müstəqimdir.

Digər qeyd olunan ikinci qism pərdə ya peyğəmbərlərlə bağlı, vasitəli və qeyri-müstəqimdir. Allahla söhbət, yəni, Allahla məxluq arasında heç bir vasitə olmadan söhbət. Həzrət Musanın (ə) Tur ağacı arxasından eşitdiyi Allahın sözü idi. Lakin Musa (ə) o nidanı yalnız həmin nahiyədə eşitdi.

Mələk vasitəsilə Allahla söhbət bu vəhyin Peyğəmbəri-Əkrəmə aid olduğu aydınlaşır.

 

وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ  

(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan). (Şüəra surəsi, ayə-52)

عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ    

“(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)”  (Şüəra surəsi, ayə-194)

 

Bu ayədən məlum olur ki, "ruh" kəlməsi ayədə olan həmin "ruhul-əmin"dir. Buna əsasən, Quran və onun hissələri Allah tərəfindən vəhy mələyinin vasitəsilə (Cəbrayıl və ruhul-əmin) göndərilmişdir.

"Müstəqim" vəhy - çətin və ağır növ idi. Bu vəhy baş verən zaman peyğəmbərin (s) halı dəyişirdi, hərarəti çoxalır və vücudunda titrəmə yaranırdı. Üzünün rəngi dəyişər, bəzən qızarar və bəzən isə tutqunlaşardı. Sanki, həzrətinn iztirabı üzünün rənginin dəyişməsi ilə özünü biruzə verirdi. Hətta vəhyin təsirindən özündən getdiyi hallar da olurdu. Bir sözlə ağrılardan Peyğəmbərin (s) bütün vücudunda halsızlıq yaranırdı.

"Qeyri-müstəqim" vəhy - Peyğəmbərə (s) Cəbrailin (ə) vasitəsilə gələn vəhydir və bu növ çətin deyildi. İlahi vəhyin daşıyıcısı olan Cəbrail (ə) ayələri mələklərin dəstəsi və xüsusi mühafizəsi ilə nazil edərmiş. Qeyri-müstəqim vəhydə Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) qarşısında mücəssəm olurdu. 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 192, 

Dostların veb səhifələri

1362024
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2840
9879
28162
1180460
103291
151669
1362024

sizin IP ünvanınız: 54.196.47.145
2018-04-19 15:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!