Quran Elmləri

İlk nazil olan ayə və surə

İlk nazil olan ayə və surə

 
(3 votes)

Quranda birinci və axırıncı ayə və surələr

 

Quranda nazil olan ilk ayə və surəni tanımaq və onlarla bağlı mövzuları öyrənmək əhəmiyyət kəsb edir. Bu mətləb Ulum-Quran alimlərinin diqqətindən yayınmamışdır. Habelə, təzadlı fikirlərin meydana gəlməsinin qarşısını almağı özlərinə vəzifə bilmiş və gizli qalan nöqtələrə aydınlıq gətirmişlər. Quranla bağlı hər hansı bir kiçik mətləbin geniş və aydın izahının mövcud olması da elə bu səbəbdəndir. Quranda nazil olan birinci surə və ayə barəsində mühəqqiqlərin və Quran elmi sahiblərinin nəzər birliyi “Ələq” surəsinədir.

Quranda 1-ci surə Ələq-dir və əvvəlinci 5-ayəsi. Besətin başlanğıcında Peyğəmbərə (s) nazil olmuşdur. Bu hadisə imam Sadiqin (ə) rəvayətlərində də öz əksini tapır: “Peyğəmbərə (s) nazil olan ilk ayə “Ələq” surəsinin beş ayəsidir”.

Buxari və Müslüm öz səhihlərində Aişədən belə nəql etmişlər: “Peyğəmbərə (s) ayələriylə birlikdə nazil olan ilk vəhy Ələq-5 ayədir. Peyğəmbər (s) ona vəhy nazil olduqdan sonra Xədicənin evinə qayıtdı”.

Bundan başqa bir rəvayət də tarixdə qeyd olunur və baxmayaraq ki, əhli-sünnədən gələn məhşur nəqldir, lakin bu rəvayət Quran alimləri tərəfindən qəbul olunmamışdır. Habelə, Quran tarixini yazanlardan Siyuti “Əl-itqan”-da, Zərqani “Mənahilul-irfan”-da və hətta “Ət-Təmhid” də vəhylə bağlı nəzərlərində Vərəqat ibni Nofəlin hədisini rədd etmişlər və buna əsaslı dəlillə cavab vermişlər. Həmin hədisi diqqətinizə çatdırırıq; Əhli-sünnədən gələn rəvayətə görə; Vərəqət ibni Nofəl (Xədicənin əmisi oğlu) İslamdan əvvəlki kitablardan xəbərdar idi. Deyilənə görə o, Hənif dinində idi (İbrahimin dini) və hədisində belə nəql edir:

“Peyğəmbərə vəhy gələndə onun bütün vücudunu qorxu bürüyərdi və halı pis olardı. Bir dəfə Peyğəmbər (s) bir neçə gün Hira mağarasında qaldı. Xədicə onu çox axtardı. Sonra evə qayıdanda Peyğəmbərin (s) halının pis olduğunu görüncə səbəbini soruşdu və daha sonra Rəsulallah (s) hadisəni (vəhyin əlamətlərini) Xədicəyə danışdı. Xədicə də bir xeyli düşündükdən sonra ona dedi ki, bu ya mələkdir, ya da şeytan və yaxud sənlə danışan Allahdır. Sonra xanım Xədicə məsələyə aydınlıq gətirmək üçün bu hadisəni əmisi oğlu Nofələ danışır və o da çox təəccüblənərək Xədicəyə: - bu həmin vəhydir ki, Musaya da gəlmişdir”- deyir. Bu hədisin saxta olmasına üç aydın dəlil var;

Dəlil-1    Necə ola bilər ki, Allah Öz Peyğəmbərini təyin edir, amma ona Peyğəmbər olduğunu bildirmir və Xanım Xədicə ona deyir ki, sən Peyğəmbərsən. Bir halda ki, Allah Təala Oz sözünü, vəhyini bütün peyğəmbərlərə çatdırmazdan əvvəl onlar bunun nə olduğunu hiss edir və tanıyırdılar. Çünki, bu Allahın iradəsi idi.

Dəlil-2    Peyğəmbər (s) mələklə görüşdüyünü Xədicəyə deyəndə o da belə güman edərək cavab verir; bu ya mələkdir ya da şeytan. Sonra Peyğəmbərə o sağa-sola dönməsini xahiş edir və sağlam olduğunu gördükdə xatircəm olur. Yalnız həmin vaxt deyir ki, sənin görüşdüyün adam mələkdir və Allah tərəfindən göndərilib. Məgər Allah Öz mələyini peyğəmbərə tanıtdırmamışdı? Başqası bunu necə ayırd edə bilər? Belə məlum olur ki, Peyğəmbər (s) bunları bilmirdi və Xədicə bilirdi?!

Dəlil-3   Vəraqat ibni Nofəlin özünün əqidəsində şübhə var. Deyilənə görə o, əvvəllər xristyan olub (əhli-sünnənin alimlərinin nəzərinə əsasən) və Peyğəmbərin (s) məzhərində mövqe qazanmaq üçün həmişə çalışıb. Bu kimi hədislər yazması da həmin səbəbdəndir. Bundan başqa bu hədis xanım Xədicənin Peyğəmbərə (s) olan vəfadarlığına və əmanətdarlığına da ziddir. Heç bir peyğəmbər vəhydən qorxmayıb! Düzdür, hallarında müəyyən dəyişikliklər yaranıb, amma onlar necə bir varlığın qarşısında olduqlarını çox yaxşı tanıyıblar. Həzrət Musa (ə) Allahla danışardı. Bundan əlavə, əgər Peyğəmbər (s) vəhyi və mələyi tanımırsa, digərləri onu necə tanıya bilər?! Belə olduqda digər şəxlərin Peyğəmbərdən (s) üstünlüyü məlum olur. Necə ola bilər ki, Allah Öz vəhyini Peyğəmbərinə (s) tanıtdırmır, yalnız həzrət evə qayıdandan sonra Xədicə və Nofəl daha yaxşı tanıyırlar və Peyğəmbərə (s) tanıtdırırlar. Bu yalnış, məntiqsiz fikirlər belə bir böyük şəxsin elminə, peyğəmbərliyinə iftira deyilmi?! Tarixdə bunun kimi əfsanəvi, saxta hədislər çoxdur və onların uydurma olmasına minlərcə dəlil gətirmək olar.

“Fatihətul-kitab”-ın Quranın ilk nazil olan surəsi olduğunu da bəziləri nəql etmişdir. Zəməxşəri “Kəşaf” kitabında İbni Abbasdan belə nəql edir:

Quranda nazil olan ilk kamil surə “Fatihətul-kitab”dır və bir çox təfsirçilərin buna nəzər birliyi var. Ulum-Quran alimləri “Həmd” surəsinin ilk nazil olan kamil surə olduğunu demişlər. Amma Ələq surəsinin 5 ayəsi ondan əvvəl nazil olmuşdur. “Fatihətul-kitab” surəsi Cabir bin Zeydin rəvayətlərinə əsasən nazil olma tərtibinə görə 5-ci surədir, yəni, əvvəldə nazil olan surələr sırasından hesab olunur. Quran tarixi yazanların rəvayətlərində qeyd olunur ki, Peyğəmbər (s) Besətin başlanğıcından namaz qılardı və həzrət Əli (ə), Xədicə ona iqtida edərdilər. Həmçinin, rəvayətlərdə nəql olunur;

لاَ صَلًاة إِلاَّ بِفَتِحَةِ الکِتَاب

Buna əsasən “Fatihətul-kitab” Quranın kamil surətdə nazil olan surələrindəndir və Besətin əvvəlində bütövlükdə (bütün Quranı əhatə edən) nazil olmuşdur.

Quranda nazil olan sonuncu ayə

Quranda nazil olan axırıncı ayənin haqqında çoxlu ixtilaflar var. Bəzi nəqli rəvayətlərə görə aşağıdakı ayələri nəzərinizə çatdırırıq;

1- Bəqərə surəsinin 281-ci ayəsi (İbni Abbas və Əbu Hatəmdən gələn nəqlə görə) 

وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

 Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!

2- Bəqərə surəsi, 278-ci ayə (İbni Abbas və ibni Ömərdən gələn nəqlə görə) 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ 

 Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! 

3- Bəqərə surəsi, 282-ci ayə

...يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَى أَجَلٍ مُسَمًّى 

 Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın!...

Siyuti deyir: Bu üç ayə sonuncu nazil olan ayə ünvanında qeyd olunmuşdur və onların sonuncu ayə ünvanında nazil olmasına dəlalət edən rəvayətlər arasında ziddiyyət yoxdur. Çünki, bu üç ayə bir yerdə nazil olub və müshəfdə onların ardıcıllığı, hadisələrin mövzusu eynidir. Qarilərdən hər biri bu ayələrin bəzisini sonuncu ayə bilmişlər və bu da öz yerində doğrudur.

Zərqani “Mənahilul-irfan”-da Bəqərə surəsinin 281-ci ayəsini axırıncı bilmişdir.

İbni Abbasdan nəql olunur ki, bu ayə nazil olandan sonra Peyğəmbər cəmi doqquz gecə yaşadı.

4- Maidə surəsi, 5-ci ayə:

الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ 

 Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.

 

Yəqubi deyir: Axırıncı nazil olan ayə Qədir-Xumda Əli ibni Əbutalibin (ə) xilafəti barəsində Peyğəmbərə (s) nazil olan ayədir (Maidə 3).

“Əl-təmhid”-in müəllifi Yəqubinin nəzərinə üstünlük verir, çünki, bu ayə dinin kamilləşməsini və vəhyin sona yetməsini elan edir. Amma Bəqərə surəsindəki ayələrin sonuncu olması axırıncı əhkam ayələri cəhətindəndir və burada nazil ayələr əsasən sonuncu hökmlər barəsində gələn vəhy idi. Lakin, bu ayə isə (Maidə-3) axrırıncı vəhy idi. Axırıncı ayə barəsində bütün deyilənlər üç cür şərh olunur:

1. Maidə surəsi

2. Bəraət surəsi

3. Nəsr surəsi

4. İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir:

“Peyğəmbərə (s) nazil olan ilk ayə “Rəhman və Rəhim Allahın adı ilə. (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!”(Ələq surəsi) - ayəsidir. Sonuncu nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman” (Nəsr surəsi)-ayəsidir”.

Əksər insanlar bu əqidədədirlər ki, Maidə və Tövbə surəsi sonuncu nazil olmuş surələr deyil. Tövbə surəsi yalnız ilk ayələrinin nazil olma cəhətindən sonuncu hesab edilmişdir. Kamil surətdə nazil olan surə “Nəsr” surəsidir.

İnbi Abbas deyir: “وَالْفَتْحُإِذَا جَاءَ نَصْرُ اللَّهِ – kamil surətdə nazil olan axırıncı surədir”. Rəvayətdə nəql olunur: “Nəsr surəsi nazil olan zaman Peyğəmbər (s) onu səhabələrə oxudu və hamı şad oldular. Peyğəmbərin (s) əmisi Abbas surəni eşidəndə ağladı. Həzrət (s) əmisindən ağlamağının səbəbini soruşduqda o belə cavab verdi: - Güman edirəm ki, bu surə sizin vəfatınızı xəbər verir.

Mənahilul-irfan, c-1, səh-100

Əl-Mizan, c-20, səh-378

Ət-Təmhid, c-1, səh-129

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 43, 

Dostların veb səhifələri

909914
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
365
11746
23092
747023
113674
121951
909914

sizin IP ünvanınız: 23.22.240.119
2018-01-23 02:25

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!