Quran Elmləri

Quranın adı və sifətləri

Quranın adı və sifətləri

 
(3 votes)

Quranın adı və sifətləri 

Quran elmlərinə aid olan mövzulardan biri də Qurani-Kərimin adları və ya sifətləri mövzusundan ibarətdir. Bu sahənin mütəxəssis alimləri uyğun mövzuda müxtəlif və fərqli sayda adlar və sifətlər sadalamışlar.

Alimlər arasında daha çox müqəddəs Quran üçün aşağıda təqdim edilən 4 ad sadalanmişdır:

1) "Quran"- (oxunulan, toplanmış və s.);

Bu müqəddəs kitabın ən məşhur adı "Quran"dır. Bu ad Quranın özündə də başqa adlardan daha çox istifadə edilmiş və buna görə müsəlmanlar və qeyri-müsəlmanlar arasında bu adla tanınmış və öz yerini tutmuşdur.

Quran sözü Quranda təqribən 66 dəfə keçmişdir ki, iki yerdən başqa qalan yerlərdə Qurani-Kərimin öz adı olaraq işlənmişdir. O iki yerdə isə sübh namazı (Quranəl-fəcr) mənasında işlənmişdir ki, hər ikisi bir ayədədir.  

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا 

"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur." ("İsra" surəsi, ayə-78)

 

Quran kəlməsi çox vaxt tək işlədilmiş, bəzi vaxtlarda isə həkim, mubin, məcid, kərim, əzim, ziz-zikr, ərəbi kimi sifətlərlə birgə və bəzən də "həzəl-Quran" kimi istifadə olunmuşdur.  

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

" (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur’anı verdik."   ("Hicr" surəsi, ayə-87);

 

ق وَالْقُرْآنِ الْمَجِيدِ

"Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun"   ("Qaf" surəsi, ayə-1)

 

 

وَالْقُرْآنِ الْحَكِيمِ

"(Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki..."  ("Yasin" surəsi, ayə-2)

 

ص وَالْقُرْآنِ ذِي الذِّكْرِ

"Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun!"  ("Sad"surəsi, ayə-1)

 

  وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا

 "Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!" - deyəcək."  ("Furqan" surəsi, ayə-30)

 

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَذَا أَوْ بَدِّلْهُ

"(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Qur’an gətir və ya onu dəyişdir!" - deyərlər." ("Yunus" surəsi, ayə-15)

2) "Furqan"- (haqq ilə batili bir-birindən ayıran);

Quranın adlarından biri də Furqandır. Furqan Quranın xüsusi adı deyil, bəlkə Quranın ayələrində öncəki səmavi kitablar barədə də bu ad istifadə edilmişdir.

 

وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ 

"Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.("Ənbiya" surəsi, ayə-48)

 

وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

(Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz. ("Bəqara" surəsi, ayə-53)

 

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرً

Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)  ("Furqan" surəsi, ayə-1)

 

3) "Kitab" - (yazılmış və toplanmış);

وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

(Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz. ("Bəqara" surəsi, ayə-53)

 

فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ 

Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" – deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına! ("Bəqara" surəsi, ayə-79)

طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ 

Ta, Sin! Bu, Qur’anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!("Nəml", surəsi, ayə-1)

 

الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir! ("Yusuf"surəsi, ayə-1)

 

نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ 

Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.  ("Ali-İmran" surəsi, ayə-3)

 

هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.  ("Ali-İmran" surəsi, ayə-7)

4) “Zikr” – (haqq və həqiqəti yada salan və xatırladan);

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!) ("Hicr" surəsi, ayə-9)

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar mö’cüzələr və kitablarla göndərdik. Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr! ("Nəhl" surəsi, ayə-44)

وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ

(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər. ("Qaləm" surəsi, ayə- 51)

Adətən bu ad və sifətlər Quranın bir-başa və ya xüsusi təfsir və izah əsasında dəlalət etdiyi öz ayələri və bəzən də hədislərdən əldə edilir. Alimlər Qurani-Kərim üçün 50-dən çox ad və sifət sadalamışdır ki, biz bir neçəsini sadalayacaq və sonda onların haqqında son nəzəri bildirəcəyik.

1) Allah və Quran rabitəsini bildirən sifətlər:  Ayətullah, Kəlamullah, Əmrullah, Həblullah

1) ("Bəqərə" surəsi, ayə - 252)

2) ("Tövbə" surəsi, ayə - 6)

3) ("Təlaq" surəsi, ayə - 5)

4) ("Ali-İmran", ayə - 103)

2) Quranın insanlarla rabitədə onlar üçün açıqlayıcı, işıqlandırıcı və hidayətedici olmasını bildirən sifətlər: Moizə (öyüd, nəsihət), Mübin, Bəyan, Hadi, Nur, Müjdəverici, Tibyan (izah edən, aydınlaşdırıcı);

("Təğabun" surəsi, ayə - 8)

("Ali-İmran" surəsi, ayə - 138)

("Nəhl" surəsi, ayə - 89)

3) Quranın böyüklüyü və müqəddəsliyini bildirən sifətlər: Mühəymin (qoruyan, hakim və şahid olan), Kərim, Məcid, Hədis (Əhsənul-hədis= Ən Yaxşı Söz), Əzim, Əziz, Mübarək.

("Zumər" surəsi, ayə - 23)

("Əl-Vaqiə" surəsi, ayə 77-80)

("Əbəsə" surəsi, ayə 11-14)

4) Quran haqq, möhkəm və mütləq olmasını bildirən sifətlər: Qayyum (doğru, düzgün, möhkəm dayaqlı), Bürhan, Bəyyinə, Ummul-Kitab (möhkəm ayələr), Həqqul-Yəqin, Həkim.

5) Quranın came və hər şeyi əhatə etməsini bildirən sifətlər: Tibyan, Təfsil, Müfəssəl.

("Nəhl" surəsi, ayə - 89)

("Yusif" surəsi, ayə - 111)

6) Quranın atifi və hərəkətverici bir qüvvə olduğunu bildirən sifətlər: Büşra, Şəfa, Rəhmət...

("Yunus" surəsi, ayə - 57)

Bura qədər sadalananlar Qurni-Kərimin adları yox, onun sifət və vəsfləri sayılır. Buna görə də, onları Qurani-Kərim üçün ad kimi qəbul etmək olmaz. Necə ki, Sübhi Saleh, Şeyx Məhəmməd Nəhavəndi və Əllamə Mərifət kimi alimlər də bunların daha çox Qurani-Kərim üçün vəsf və sifət olduğunu təkid etmişlər.

Şeyx Məhəmməd Nəhavəndi bu barədə belə yazır: “Bəziləri Allah-taalanın Öz kitabına əlli beş ad ... qoyması fikrini bildirsələr də, əslində “Quran”dan başqa bütün adlar müqəddəs kitab üçün ləqəb və vəsf sayılr.”

Deməli, müqəddəs kitabımızın yalnız bir adı (“Quran”), onlarca vəsfi və sifəti vardır.

Müəlliflik Hüququ Əbədi  Nur Müəssisəsinə aiddir

 

 

 


 280, 

Dostların veb səhifələri

1946571
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3920
7337
11257
1793244
96977
151094
1946571

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!