Quran Elmləri

Qurani-Kərimin yazılması

 
(2 votes)

Qurani-Kərimin yazılması 

Hər bir müsəlman üçün maraqlıdır ki, hal-hazırda əlində olan, heç bir dəyişikliyə və təhrifə uğramayan Qurani-kərim tarixin hansı eniş-yoxuşlarından keçib? 

 

Tarix göstərir ki, camaat bu səmavi vəhyi çox heyrətlə qarşılamış onu əzbərləmək, yazmaq üçün bütün güc və imkanlarını sərf etmişlər. Onlar bu işi böyük bir həvəs və məhəbbətlə icra etmişlər.

İslamın əvvəllərində Peyğəmbər (s) və onun səhabələri Quranı öz yaddaşlarına həkk edirdilər. Qeyd etmək lazımdır ki, ərəblər çox güclü hafizəyə malik idilər. Onlar uzun və böyük qəsidələri, divanları çox rahatlıqla əzbərləyir, bəzən də bir dəfə eşitməklə həmişəlik yadlarında saxlaya bilirdilər.

Peyğəmbər (s) öz dostlarını ayə və surələri əzbərləməyə təşviq edirdi. Risalətin əvvəllərində Məkkə şəhərində savadı olanlar çox az idi. Belə olan təqdirdə müsəlmanlar öz yaddaşlarından ən müqəddəs yolda istifdə edərək öz qəlblərində Quranın nurani ayələrinə yer verirdilər.

Buna baxmayaraq Quranın qorunmasını yaddaşlara əmanət etmək olmazdı. Hələ Peyğəmbərin (s) həyatda olduğu müddətdə Qurani-kərimi yazmaq zərurəti meydana çıxdı. Odur ki, nüzul əsrində yazıb oxumaq bacaranların sayının az olmasına baxmayaraq, Peyğəmbər (s) vəhyin yazılmasına xüsusi maraq göstərərək yazmağı bacaranlardan bir qrup heyət yaratdı. Hər hansı bir ayə nazil olduqda vəhy yazanları çağırar, ayəni onlara yazdırardı. Bu qrupa “vəhy katibləri” deyirdilər. Tarixçilər onların sayının 23 və ya 43 olduğunu qeyd etmişlər.

Abdullah Zəncani 43 vəhy katibinin adını qeyd etdikdən sonra yazır: “Ən çox və davamlı olaraq vəhy yazanlar Zeyd ibn Sabit və Əli ibn Əbu Talib olmuşdur”.

Bu dövrdə yazı vasitələri çox bəsit idi. Müsəlmanlar üzərində yazmaq mümkün olan hər bir şeydən istfadə edirdilər. Xurma ağacının gövdəsini yarpaqlarından təmizləyir, enli hissələrindən yazı üçün istifadə edirdilər. Həmçinin nazik və balaca daşlardan, nazik dərilərdən, dəvə və ya qoyun sümüyündən, ipək parça, kağız və bu kimi vasitələrdən vəhy yazmaq üçün geniş şəkildə istifadə edilirdi.

Vəhy katibləri “bismilləhir-rahmənir-rəhim” ilə başlayan hər bir surənin ayələrini Peyğəmbərin göstərişi və nazilolma ardıcıllığı ilə yazırdılar. Onlar Peyğəmbərin (s) nəzarəti ilə ayələrin nazilolma ardıcıllığına riayət etməli idilər və heç bir kimsənin şəxsi rəyi bu məsələyə dəxalət edə bilməzdi.

Peyğəmbər (s) və vəhy katibləri ayələri ardıcıllıqla yazır, növbəti “bismilləhir-rahmənir-rəhim” nazil olduqda bilirdilər ki, əvvəlki surə sona çatmışdır və yeni surənin başlanğıcıdır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5238, 

Dostların veb səhifələri

14431932
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2684
6431
27927
14261152
140656
183089
14431932

sizin IP ünvanınız: 18.116.51.117
2024-04-26 18:14

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!