Print this page

Quran Elmləri

Quranın mənaları

 
(1 Vote)

 

Quranın mənaları

“Quran” sözünün mənası ilə bağlı beş nəzər vardır. O beş mənanı üç hissəyə bölmüşlər:

1 - “Quran” söz heç bir sözdən alınmamışdır. Əvvələr istifadə olunmamışdır. Allah onu ilk dəfə olaraq bu asimani kitaba ad kimi nazil etmişdir. Necə ki, Həzrət İsa (ə) və Musanın (ə) kitabının adını “Tövrat” və “İncil” qoymuşdur

2 - “Quran” sözü alınma sözdür və həmzəsizdir.

a) “Quran” sözü “qarn” sözündən əmələ gəlmişdir və mənası “surələrin, ayələrin və hərflərin bir-birinə yaxın olmasıdır”.

b) “Quran” - “qarain” sözündən alınıb və mənası belədir: “Quranın ayələri bir-birinə bənzərdir, ayələr bir-birini təsdiqləyir və yozur”.

 3 - “Quran” sözü alınma sözdür və həmzəlidir.

a) “Quran” sözü “qar” sözünün cəm mənasını daşıyır. Ərəblər məsələn: “suyu hovuza yığdım” demək istədikdə bu sözdən istifadə edirdilər. “Quran” sözü cəm mənasını daşıyır. Yəni “Quran” bütün asimani kitabların səmərəsidir və onları özündə cəm edib.

 b) “Quran” tilavət mənasını daşıyır. “Quran” sözü əslində məsdər şəklindədir, burada “oxunulmuş, oxunulan” mənasındadır. Bu məna “kitab” sözünə bənzəyir. “Kitab” məsdərdir, lakin “yazılmış” mənasını daşıyır.

Bu beş “Quran” mənaları arasında beşinci məna daha üstün və münasibdir. Çünki, Peyğəmbərə (s) nazil olan ilk ayə “oxu” olmuşdur.

Həmçinin Quran kəlməsi ilk dəfə “Müzəmmil” surəsinin 4-cü ayəsində gəlmişdir. “Müzəmmil” surəsi nazil olma sırası ilə üçüncü surədir. Ayə belədir:

وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلا

“Quranı tərtil ilə (aram-aram) oxu”.

Yenə bu surənin sonunda gəlib:

فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ

“Elə isə Qurandan sizə müyəssər olanı oxuyun”.

Nəticə:

“Quran” sözü “qaraə” sözündən alınıb və “tilavət etmək, oxumaq” mənasını daşıyır.

“Quran”ın mənası Allah yanında çox əzəmətli və böyükdür. O yalnız bəşərin anlaması üçün sözlərlə ifadə olunub. O sözlər heç vaxt tam olaraq Quranın mənasını əks etdirə bilməz.

Məna heç vaxt hərflərə sığmaz, necəki sonsuz dərya kiçik qaba sığmaz.

Əllamə Təbətəbai bu mətləbə işarə edərək “Zuxruf” surəsinin 3 və 4-cü ayələrini şahid gətirir:

 

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ    إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

“Biz bu kitabı bəlkə siz düşünəsiniz deyə ərəbcə olan bir Quran etdik”.

“Həqiqətən, bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”.

Sonra əlavə edərək deyir: “Burada “Ummul-kitab” Lövhi-Məhfuzdur. Lövhi-Məhfuzun “Ummul-kitab” adlanmasının səbəbi budur ki, o bütün asimani kitabların mənbəyidir. Ayədə olan “əliyyun” sözünün mənası yəni Quran ağılasığmaz dərəcədə yüksəkdir və “həkim” sözünün mənası isə budur ki, Quran öz əsl yerində bölünüb ayələrə və surələrə, kəlmə və hərflərə ayrılmamışdır. O, ərəb dilində nazil olduğuna görə yalnız bəşərin dərki üçün bölgülərə ayrılmışdır. Odur ki, “oxunulası hala gətirilmiş” mənasını verən bu asimani kitabı “Quran” adlandırmışlar.

Bilməliyik ki, indi bizim gözümüzün önündə bu Quran yalnız bəşərin dərki üçün sözlərə bölünüb, vərəqlərə yerləşdirilib. Onun həqiqəti, mahiyyəti Lövhi-Məhfuzda yerləşir və orada Quran heç bir bölgüyə və təsvirə malik deyildir.

Dünyada ruhlar cism libası geydiyi kimi o, da hərflərdən bir don geyinib. Amma o qədər əzəmətli və böyükdür ki, onun əzəməti hətta hərflərdən belə hiss olunur. Heç kəs onun kimi bir kəlam gətirə bilmir, baxmayaraq ki, bəşər dilində nazil olub.

 

Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 5028,