Quran Elmləri

Vəhy-katibləri

Vəhy-katibləri

Vəhy katiblərinin sayı barədə müxtəlif nəzərlər var.

Hafiz ibn Əsakir (vəfatı h.q. 571-ci il) “Dəməşqin-tarixi” adlı kitabında 23 nəfərin adını qeyd etmişdir.

Əbu Şamə 25 nəfərin adını qeyd etmiş.

Şibr Əmlisi (vəfatı h.q. 1087-ci il) 40 nəfərin adı deyib.

Hafiz Əraqi (vəfatı h.q. 806-cı il) 42 nəfəri deyib.

Burhan Hələbi “Şəfa” kitabında bir haşiyədə 43 nəfərin adını vurğulamışdır.  Müctəhid Zəncani də onun fikrini təsdiqləmişdir.

Qərb şərqşünaslarından olan fransız alimi Bleyşr deyir: “İlahi kəlamı yazanların sayı 40 nəfər idi”. Yuxarıda qeyd olunan tarixi mənbələrə əsasən katiblərin adını nəzərinizə çatdırırıq.

Katiblər əsasən iki hissədən ibarət (Məkkə və Mədinə katibləri) olmuşdur:

Məkkə zamanının katibləri

 Xüləfayi-Raşidin (Əbu Bəkr ibn Qəhafə, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib),

Şürəhbil ibn Həsənə (v.t. - h.q.18-ci il),

Abdullah ibn Səd ibn Əbi Sərh (v.t. - h.q.37-ci il),

Xalid ibn Səid ibn As ibn Uməyyə,

Təlhə,

Zubeyr (v.t. - h.q.36-cı il),

Səd ibn Vəqqas (v.t. - h.q.55-ci il),

Amir ibn Füheyrə (v.t. - h.q.4-cü il),

Əla ibn Həzrəmi (v.t. - h.q.21-ci il),

Müəyyiqeyb ibn Əbi Fatimə (v.t. - h.q.40-ci il),

Ərqəm ibn Əbil-Ərqəm (v.t. - h.q.11-ci il),

Hatib ibn Əmr,

Hatib ibn Əbi Bəltəə (v.t. - h.q.30-cu il),

Musəb ibn Umeyr,

Abdullah ibn Cəhş ,

Cəhm ibn Qeys,

Salim Mövla Əbi Hüzeyfə (v.t. - h.q.12-ci il).

Mədinə zamanının katibləri

Abdullah ibn Rəvahə (v.t. - h.q.8-ci il),

Sabit ibn Qeys (v.t. - h.q.12-ci il),

Hənzələ ibn Rabi (v.t. -h.q.45-ci il),

Hüzeyfə ibn Yəman (v.t. - h.q.36-cı il),

Əla ibn Uqbə,

Cuheym ibn Səlt,

Abdullah ibn Zeyd (v.t. - h.q.63-cü il),

Muhəmməd ibn Müslim (v.t. - h.q.43-cü il),

Hənzələ ibn Əbi Amir (v.t. - h.q.3-cü il),

Abdullah ibn Abdullah ibn Ubəy ibn Səlul,

Əbu Zeyd Qeys ibn Səkən,

Uqbə ibn Amir (v.t. - h.q.58-ci il),

Məaz ibn Cəbəl və başqaları.

Abdullah Zəncanı 43 nəfərin adını katib ünvanında qeyd etdikdən sonra deyir: “Peyğəmbərin (s) yanında daha çox etimad qazanmış katiblərdən Əli ibn Əbu Talib və Zeyd ibn Sabit olmuşdur. ” Bir çox alimlər öz əsərlərində Əli ibn Əbu Talibin ilk vəhyi yazan olduğunu qeyd etmişlər. Bundan başqa Peyğəmbər (s) üçün müqavilələr, sülhnamə və məktub yazanlar da olmuşdur. Lakin həmin şəxslərin adları katiblər sırasında olsa da onların adları barədə dəqiq məlumat yoxdur.

Yazı alətləri

Quranın nazil olan dövrdə çox sadə yazı alətlərindən istifadə olunurdu. Müsəlmanlar üzərində yazı yazmaq mümkün olan hər hansı bir vasitəni əldə edirdilər. Yazı vasitələri əsasən bunlardan ibarət idi:

 

1-   عسب (usub) -   عسيب sözünün cəm formasıdır: xurma ağacının gövdəsinə deyilir və onun üzərinə yazı yazırdılar.

2-   لخاف (lixaf)  -    لخفة  sözünün cəm formasıdır: xırda daşlara və nazik, yastı daşlara deyilir.

3-    رقاع (riqa)   -   رقعة   sözünün cəm formasıdır: kağızdan, ağacdan və ya nazik dəridən olan vərəqlərə deyilir.

4-   اديم (ədim)     -  ادم ادم  sözünün cəm formasıdır: aşılanmış heyvan dərisinə deyilir.

5-   اكتاف (əktaf)  -  كتف sözünün cəm formasıdır: dəvənin və ya qoyunun sümüyünə deyilir.

6-   اقتاب (əqtab)  -  قتب  sözünün cəm formasıdır: oturmaq üçün dəvənin belinə qoyulan taxta parçasına deyilir.

7-   اضلاع (əzla)   -  ضلع  sözünün cəm formasıdır: heyvanın qabırğasının üstü hamar sümüklərinə deyilir.

8-   حرير (hərir)  -    ipək parşa deməkdir.

9-   قراطيس (qəratis) - قرطاس sözünün cəm formasıdır: kağız deməkdir.

10-  شظاظ (şizaz)- bir taxta növüdür.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5004, 

Dostların veb səhifələri

14395878
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
286
4599
23615
14222443
104602
183089
14395878

sizin IP ünvanınız: 3.144.172.115
2024-04-19 02:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!