Quran Elmləri

Məkki və Mədəni surələr

 
(0 votes)

 Məkki və Mədəni surələr  

 Məkkə və Mədinə surələrini tanımağın əhəmiyyəti

Quran elmləri tarixində mühüm məsələlərdən biri Məkkə və Mədinə surələrini tanımaqdır. Onları bir-birindən fərqləndirmənin bir neçə dəlili var və bilmək zəruridir.

1- Surə və ayələrin tərtibi-nüzulu, tədrici-nüzulu və tarixi Tarixi tanımaq və ayələrin, surələrin ardıcıllığını və tədrici nüzulunu tanımaq Məkki surələrini Mədəni surələrindən ayırd etməyin birinci yoludur. İnsan hər hansı bir tarixi hadisəni bilmək üçün daim bu cür axtarışda olsa və həmin hadisənin nə vaxt və hansı səbəbdən baş verməsini təhqiq etsə, əsl nəticəni əldə edər. Bu tərtiblə Məkki və Mədəni surələrini bir-birindən seçmək mümkündür. Həmçinin, İslamda baş verən mühüm tarixi hadisələr surələrdə özünü əks etdirir. Beləki, Məkkədə nazil olan surə və ayələr “Məkki”, Mədinədə nazil olan surə və ayələr isə “Mədəni” adlanır.

2- Şəri hökmə dəlalət edən ayələri açıqlama

Fiqhi dəlillərlə ayənin möhtəvasını başa düşmək əhkam bölməsinin əsas qanunlarındandır. Baxmayaraq ki, ayənin zahiri şəri hökmdən ibarətdir, amma Məkkədə nazil olduğundan və həmçinin nüzul zamanı şəri hökm sadir olmadığından bunun üçün gərək təvil yolundan istifadə edilsin, yaxud təfsirə müraciət olunmalıdır. Məsələn, kafirlərin şəri vəzifələri məsələsi. Əksər fəqihlər nəzərlərində kafirləri küfr halında ikən şəri vəzifələri onlara aid etməyiblər. Bunun dəlil və səbəbini açıqlayan bir çox rəvayətləri əsas gətiriblər. Lakin onların nəzərlərinə müxalif çıxanlar əksinə olaraq kafirlərin küfr halında şəri vəzifələrini yerinə yetirmələrini vacib biliblər. Buna Fussulət-7 ci ayəni dəlil gətiriblər.

[1]الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ O yerdə ki, müşriklərə əsaslı dəlilləri olmayıb, zəkat məsələsini şəri hökm kimi qeyd ediblər. Qəflət burdadır ki, Fussilət surəsi Məkkədə nazil olub, dini qayda-qanunlar çərçivəsində zəkat məsələsi isə Mədinədə hökm olub. Ayənin nüzulu zamanı zəkat hətta müsəlmanlara da vacib deyildi. Elə isə müşrükləri niyə məzəmmət ediblər? Bu ayənin iki təvili var:

1- Zəkatda məqsəd burada yalnız sədəqə vermək olub və müşrüklər bundan məhrumdurlar. Çünki sədəqənin şərti qürbət qəsti (Allaha yaxınlaşmaq) ilə olmasındadır və kafirlər bu məsələdə acizdirlər.

2- Zəkat məsələsində vəzifələrini icra etməkdən məhrum olmaları küfrün onlara mane yaratması cəhətindən idi. Əgər iman gətirsəydilər bu feyzdən məhrum olmazdılar.[2]

3- Məsum imamların (ə) fəzilətlərini Quranın nəzəri ilə tanıma

Kəlam elminin dəlillərində ayələrlə izah edilən məsələlər məxsusən Əhli-beytin fəzilətləri haqqında zikr olunan ayələrdir. Bu ayələrin çoxu Mədəni ayələrdir. Çünki, bu bəhs Mədinədə şərh olunub. Bəziləri həmin surələri və ayələri Məkki hesab edib. Belə olduqda əsaslı bir dəlil gətirmək mümkün deyil. Buna əsasən surələrin və ayələrin Məkki və Mədəni olmasını tanımaq kəlam elmindəki imamət bəhsini anlamaq üçün zəruridir. Məsələn, bəziləri “Dəhr” surəsini bütövlükdə Məkki surəsi kimi bilmişlər.

Bəziləri isə bu ayədən başqa فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا [3]surəni Mədəni hesab etmişlər. Bir dəstə də surənin əvvəlindən 22-ci ayəsinə qədər Mədəni, qalan ayələri isə Məkki bilmişlər. Bu surə barəsində ixtilaflar çoxdur. Lakin biz bu surəni bütövlükdə Mədəni bilirik. Şəni-nüzul ayələri ibarətdir:

يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا 

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا

إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا 

وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا [4]   

Bir dəfə Həsən (ə) və Hüseyn (ə) xəstə idilər. Əziz Peyğəmbərimiz (s) və ərəbin alicənab şəxslərindən ibarət bir dəstə onların görüşünə gəlmişdilər. Həzrət Əmirəlmöminin Əli (ə) onları qarşıladı. Peyğəmbər (s) Əliyə (ə) övladlarının acil şəfa tapmaları üçün nəzr etməsini buyurdu və həzrət Əli bu təklifi qəbul etdi. Üç gün oruc tutmağı nəzr etdi. Elə ki, övladları şəfa tapdılar nəzrə əda etmək zamanı yetişdi. İftar üçün bir miqdar çörək hazırladı. Birinci gün iftar vaxtı bir miskin onun qapısını döydü və ondan yardım dilədi. Həzrət (ə) iftar üçün hazırladığı çörəyi miskinə verdi. İkinci gün iftar vaxtı bir yetim onun qapısına gəldi. Həzrət yenə də hazır etdiyi çörəyi bu dəfə yetimə verdi. Nəhayət üçüncü gün iftar vaxtı çatdı və Əlinin qapısını bir əsir döydü. Həzrət yenə öz çörəyini yetimə verdi. Əli (ə) bu üç gün ərzində yalnız bir tikə quru çörək və su ilə iftar etdi.

Təbərisi bu zəmində əhli-sünnədən Əhli-beytin isməti barəsində baş vermiş hadisələr haqqında çoxlu rəvayətlər qeyd etmişdir. Müfəssirlərin bu barədə fikir birliyi eynidir. Surənin bütövlükdə Mədəni olmasını isbat etmək üçün tərtibi-nüzul rəvayətlərini mötəbər sənədlərlə gətirmişdir. Dəhr surəsinin Mədəni olmamasını hesab edən rəvayətlərin zəifliyini isbat edərək bu mətləbə aydınlıq gətirmişdir. [5] Lakin Abdullah ibni Zubeyr kimi kəslər Əhli-beytin şəninə olan bu fəzilətləri qəbul edə bilmədiklərindən öz məqsədlərini həyata keçirmək üçün müxtəlif bəhanələr gətirməklə bu surəni Məkki surələrindən hesab ediblər. [6]

4- Quranda nasix və mənsux ayələri tanıma

Quranda olan bir çox məsələlər yalnız surələrin və ayələrin Məkki və Mədəni xüsusiyyətlərinə görə fəsillərə bölünmüş və bu yolla həll olunmuşdur. Məsələn, Quranın Quranla nəxs məsələsində bəziləri həddən artıq ifratı keçərək iki yüz iyirmidən çox ayəni mənsux ayə kimi tanıtdırmışlar. Halbuki bu cür böyük sayı doğru sanmaq mümkün deyil, çünki, hadisələrin həqiqəti ilə uyğun deyil. Bəziləri isə təfritə uğrayaraq Quranda ümumiyyətlə nəsx ayələrinin mövcudluğunu inkar etmişlər. Quranın Quranla nəsx olunmasını aydınlaşdırmaq ilk öncə nəsxin özünü təhqiq etmək tələb edir. Ziddiyyət əsasən bu iki ayə arasındadır və bu əkslik ixtilafa səbəb olmuşdur. [7]

وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا [8] Bir dəstə mötədillik yolunu seçib, orta bir həddə əsl nəsxi qəbul etmişlər və nəsx olunmuş ayələrin sayına dəqiqliklə riayət etmişlər. O cümlədən, ifratçıların mənsux ayələrdən hesab etdikləri bir ayə də budur: .... فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ [9]  Bu ayə müvəqqəti izdivac barəsində nazil olmuşdur. Bu ayənin nəsx edilməsini Muhəmməd ibni İdris imam Şafei aşağıdakı ayələrlə şərh etmişdir:

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْعَادُونَ [10]

Əvvəldə qeyd olunur ki, müvəqqəti əqd etdiyiniz xanımların haqqını deyilən qaydada ödəyin. Bu bir şəri hökmdür. Şafei bu ayəni nəsx edən üç ayəni misal gətirir. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”.

İki dəlilə əsasən bu nəzər qəbulolunmazdır.

Dəlil-1  Əvvəla mütə (müvəqqəti əqd) edilən qadın zövcə sayılır. Baxmayaraq ki, daimi əqdlə mütə arasında azacıq fərq var, hər ikisində qadın zövcədir.

Dəlil-2 Ayənin nəsx olunduğu fərz edilərsə, diqqət etsək həmin ayə Muminin surəsindədir və bu surə bütövlükdə Məkki surəsidir. Həmçinin heç kəs bu ayəni istisna etməyib. Bir halda ki, adətən nəsx ayəsi mənsux ayədən sonra gəlməlidir. Bu mətləbi ustad Zərqani geniş şəkildə şərh etmişdir.[11]



Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, Ə. Sara 

 

[1] Fussilət-7

[2] Təfsiri-Təbərisi, c.9, s-5.   Əl-Mizan, c.17, s-384

[3] İnsan- 24

[4] İnsan 7-12

[5] Təfsiri-Təbərisi, c.10, səh-404/406. Hakim Hiskani, “Şəvahidut-tənzil”, səh-229/315

[6] “Əd-Durrul mənsur”, c.6, səh-297

[7] Əbul Qasim Xuyi (ayətullah), “Əl-Bəyan fi təfsiril-Quran”, səh-206

[8] Nisa-82

[9] Nisa-24

[10] Muminun-5, 6, 7

[11] Muhəmməd Əbduləzim Zərqani, “Mənahilul-İrfan”, c.1, səh-195

  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 4205, 

Dostların veb səhifələri

15652029
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
433
7422
47576
15456216
127168
160067
15652029

sizin IP ünvanınız: 18.224.73.150
2024-12-22 01:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!