Quran Ziyafəti

ƏLA SURƏSI - سورة الأعلى

 

ƏLA SURƏSI - سورة الأعلى

 

Səbbihismə Rabbikəl əla (Uca Rəbbinin adı ilə təsbih et)

Qurani-Kərimin Məkkədə nazil olan surələrindəndir. 30-cu cüzdə yerləşmişdir. Mushəfdəki sırası 87-dir və nazil olma sırasına görə 8-cidir.

 

Surənin adı

Əla surəsı Allahı həmd-səna etməklə başladığına görə bu adı almışdır. Surənin adı birinci ayədən götürülmüşdür. Mənası “ən yaxşı, yüksək və hər şeydən üstün” deməkdir.

 

Surənin fəziləti

Surənin tilavətinin fəziləti barədə peyğəmbərdən (s) nəql olunmuşdur ki, hər kəs bu surəni oxusa Allah İbrahimə, Musaya və Muhəmmədə (s) nazil etdiyi hər hərfinin 10 savabını verər.

Əlidən (ə) nəql olunan başqa bir rəvayətdə gəlibdir ki, peyğəmbər (s) bu surəni çox sevərmiş.

 

Ayələrin sayı və digər xüsusiyyətləri

Ayələrinin sayı haqqında heç bir fikir ayrılığı yoxdur. 19 ayə, 72 kəlmə və 296 hərfdən ibarətdir. Ləfz və həcm baxımından “Müfəssəl” (kiçik və çox ayələri olan) surələrdən olub “ovsat” surələri qrupundandır. “Musəbbihat” (Allahı zikr ifadəsi ilə başlayan) olan yeddi surədən sonuncusudur.

 

Surənin məzmunu

Əla surəsi Allahdan qorxanların öyüd aldığı və şəkdə olanların öyüd və nəsihətdən qaçdığını zikr edərək Allahın Rəsuluna (s) öyüd-nəsihətin faydasını və lazımlılığını bəyan edir. Daha sonra isə daşürəklilərin Axirətdəki hallarından bəhs edir. Təmiz qəlbi olanların isə doğru yolda olduqlarını bildirirərək müjdələyir.

“Təfsiri Nümunə”yə əsasən surə iki hissədən ibarətdir: Əvvəlində peyğəmbəri (s) təsbih etməyə çağırır. Allah barədə yeddi sifəti sadalayır. İkinci hissədə isə müti möminlərdən və təkfirçilərdən, bu iki qrupun səadət və bədbəxtçiliyindən danışır.

İbni Məsudun rəvayətinə əsasən Əla surəsinin ilk ayəsində ruku, səcdə zikrinin təsbih olunması haqqında və namazın bu iki yerində (ruku və səcdə) (Subhənəllah ilə) Allahın zikr olunmasının zərurətini bəyan edən fiqhi bir hökm var. Bundan başqa surənin 14-15 ayələrində də Ramazan bayramı haqqında iki fiqhi hökm gəlmişdir.

Seyyid Haşim Bəhrani “Burhan” təfsirində imam Sadiqdən (ə) nəql etmişdir: Oruc fitrə zəkatını ödəməklə kamil olur, həmçinin namaz peyğəmbərə (s) salam göndərməklə kamil olur. Ona görə hər kim orucu tuta amma qəsdən fitrə zəkatınnan yayınsa onun orucu oruc deyil və hər kim namaz qıla amma qəsdən peyğəmbərə (s) salam göndərməsə onun namazı namaz deyil. Allah fitrə zəkatını namaza müqəddəm edərək buyurdu: «قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ»

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

Əla surəsinin son ayələrində İbrahim və Musanın da səmavi kitablara sahib olduqları haqqında işarə verilib. Bir rəvayətdə Əbu Zərr nəql edir: “Peyğəmbərdən soruşdum ənbiyalar neçə nəfərdir?” Buyurdu: 124 min nəfər... Sonra peyğəmbər (s) buyurdu: Ey əbu Zərr ənbiyadan dörd nəfər ərəb idilər: Hud, Saleh, Şueyb və sənin peyğəmbərin. Dedim: “Ey Allahın rəsulu Allah neçə kitab nazil etmişdir?” Buyurdu: 104 kitab. Adəmə 10 kitab, Şueybə 50 kitab, İdrisə 30 kitab (o birinci adamdır ki, qələmlə yazıb), İbrahimə 10 kitab, Musaya Tövratı, İsaya İncili, Davuda Zəburu və İslam peyğəmbərinə Furqanı nazil etdi. ( Məkarim Şirazi “Təfsiri Nümunə” c.26, səh.405)

Imam Sadiq (ə) buyurur: “Kim Əla surəsinin vaciblərdə (vacib namazlar) və ya nafilə namazlarında oxusa qiyamət günü ona Behiştin hansı qapısından istəyirsənsə daxil ol deyiləcək in şə Allah”. (“Təfsiri-nümunə” c.5 səh.475)

 

Peyğəmbər (s) və Quranın unudulmaması

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ  -  (Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan

Allah bu ayədə peyğəmbərə əminlik verir ki, ilahi ayələrin unudulmasından nigaran olmasın, onu göndərən həm də qoruyandın və onun qəyyumudur. Əllamə Təbatəbai Əl-Mizan təfsirində yazır: İqra oxumağı bildirir. Qari onu doğru və düzgün oxumaq üçün təyin olunub. Əlbəttə hərfi və məna olaraq bildirilir. Məna budur ki, Allah peyğəmbərə (s) elə güc verib ki, onu (Quran) düzgün və yaxşı oxusun, o cür ki, nazil olmuşdur təhrif olumadan. (Əllamə Təbatəbai "Əl-Mizan" c. 20 səh. 266)

 

Hazırladı: Mehdiyeva Lalə

 

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 


 4949, 

Dostların veb səhifələri

15651919
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
323
7422
47466
15456216
127058
160067
15651919

sizin IP ünvanınız: 18.188.218.134
2024-12-22 01:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!