Tibb

Xəstəliyin faydaları

 

Xəstəliyin faydaları

 

Tərbiyələndirmə:

Peyğəmbər (s): “Xəstəlik Allahın yer üzərində “şallağı”dır. Onunla bəndələrini tərbiyələndirir”.

İmam Baqir (ə): “Bədən xəstələnməsə, tuğyan edər. Tuğyan edən bədəndə də xeyir yoxdur”.

İmam Sadiq (ə) xəstələndiyi zaman belə dua edərdi: “Allahım! Bunu mənim üçün tərbiyə vasitəsi qərar ver, qəzəb (nişanəsi) yox”.

 

Kəffarə (günahların bağışlanması):

Peyğəmbər (s): “Xəstəlik günahları məhv edir”.

Peyğəmbər (s): “Allah hər kəsin bədənini bir bəlaya salarsa, həmin bəla onun günahlarının silinməsinə vasitə olar”.

Peyğəmbər (s): “Göydən yağan yağış göyün üzünü saflaşdırıb təmizlədiyi kimi, xəstə də sağalanda, o cür günahlardan təmizlənər”.

 

Kəramət və ehtiram:

Peyğəmbər (s): “Xəstəliklər Allahın bəndəyə verdiyi hədiyyələrdir. Allahın ən sevimli bəndəsi ən çox hədiyyə  qazanan şəxslərdir.

İmam Baqir (ə) və imam Sadiq (ə): “Xəstəlik və ya hər hansı bir dərdə görə bir gecəni oyaq qalmaq bir ilin ibadətindən daha üstündür və savabı var”.

 

Sağlam vaxtı etdiyin əməllərin savabı

 

Peyğəmbər (s): “Hər kəs xəstələnsə və ya səfər etsə, öz vətənində və sağlam halda edəcəyi əməllərin savabı qədər savabı var”.

Peyğəmbər (s): “Bir müsəlman xəstələndikdə Allah mələklərinə əmr edər: Bu bəndə üçün sağlam vaxt etdiyi əməllərin ən yaxşısının savabını yazın!”

İmam Kazım (ə): Mömin bəndə xəstələndikdə Allah onun sol çiynindəki mələyə vəhy edər ki, “Bəndəm mənim həbsimdə olduğu müddətdə onun üçün heç bir günah əməlini yazma”. Sağ çiynindəki mələyə də vəhy edər ki, “Bəndəm üçün sağlam vaxtı yazdığın yaxşı əməlləri indi də yaz”.

 

Xəstəliyin savabına aid hədislərin təhlili

 

Bəzi hədislərdə xəstəlikdə heç bir savabın olmadığı zikr olunur. Məs, Əlidən (ə) nəql olunur ki, buyurub: “Xəstəliyin savabı yoxdur. Amma o günahları yarpaq tökülən kimi tökür...”  Deməli, xəstəliyin özündə o biri insani əməllərdə olduğu kimi, savab yoxdur. İmam Əlinin (ə) fikirincə, mömin xəstələndiyinə səbr edib yalvaranda, dua edəndə savab qazanar. Səbir etmək və dua insanın əməli olduğu üçün onlara görə dərəcələr artırılar, savab yazılar. Xəstəlikdə heç bir savabın olmadığını bildirən hədislərdə xəstəliyin özü nəzərdə tutulur, nəinki xəstənin əməl və niyyəti. Xəstə üçünsavab yazıldığını, dərəcələrinin artıldığını göstərən hədislər isə onun səbirinin, müqavimətinin və niyyətinin savabına işarə edir.

 

Xəstələri vəzifələri

 

Peyğəmbər (s): “Müsibətləri, xəstəlikləri və sədəqəni gizlətmək ən böyük yaxşılıqdır”.

Peyğəmbər (s): “Allah-təala buyurur: “Bəndəm şikayətlənsə və öz xəstəliyini üç gündən qabaq izhar etsə, deməli, məndən şikayət edib”.

İmam Əli (ə): “Hər kəs ona yetişən xəstəliyi üç gün gizlədib yalnız Allaha şikayət etsə, Allahın boynunda haqqı var ki, ona xəstəliyindən şəfa versin”.

İmam Əli (ə): “Yoxsulluğu və xəstəlikləri gizlətmək mürüvvətdəndir”.

İmam Əli (ə): “Mənim qabaqlar Allaha xatir qardaşlıq etdiyim bir şəxs vardı. Onu mənim gözümdə böyüdən dünyanın onun gözündə kiçik olması, xəstəliklərdən ancaq sağalandan sonra şikayət etməsiydi”.

 

Xəstəliyi həkim yanında izhar etmək

İmam Əli (ə): “Hər kəs öz xəstəliyini həkimdən gizlətsə, bədəninəxəyanət etmişdir”.

 

Dözümlülük

Peyğəmbər (s): “Xəstənin iztirabları yazılar. Əgər səbr edən olsa, savab yazılar. Əks təqdirdə heç bir savabı olmayan səbirsizlik yazılar”.

Peyğəmbər (s): “Hər kəs gecə və gündüz xəstələnsə və onu yoluxmağa gələnlərə şikayət etməsə, Allah onu Qiyamət günü dostu İbrahim Xəlilur-Rəhmanla (ə) bir yerdə qərar verər və körpünü parıltılı şimşək kimi keçər”.

İmam Sadiqdən (ə) şikayətin həddi haqqında soruşulduqda buyurdu: “Kim desə ki, bu gün çox əziyyət çəkdim, gecəni əziyyətlə oyaq qaldım və hətta doğru desə belə, bu şikayət deyil”. Şikayət odur ki, deyə: “Mən bir dərdə giriftar olmuşam ki, heç kəs o dərdə giriftar olmayıb. Mənə yetişən dərd heç kəsə yetişməyib. Gecəni əziyyətlə oyaq qaldım, gündüz əziyyət çəkdim və bu kimi sözlər danışmaq isə şikayət deyil”.

 

Sədəqə vermək

Peyğəmbər (s): “Heç bir xəstə sədəqə verməkdən üstün olan bir yolla müalicə olunmayıb”.

Peyğəmbər (s): “Xəstələrinizi sədəqə verməklə müalicə edin. O, sizdən xəstəliyi və bəlaları uzaqlaşdırar”.

İmam Sadiq (ə): “Xəstə üçün bəyənilən haldır ki, öz əliylə dilənçiyə sədəqə versin və onadan dua etməsini istəsin”.

 

Dua etmək

İmam Əli (ə): “Mən xəstələndim. Peyğəmbər (s) məni yoxlamağa gəldi və dedi: “De! Allahım! Sənin tez şəfa verməyini, bəlalarına səbr etməyimi və Sənin rəhmətinə şamil olmağımı istəyirəm”. Mən bu duanı oxudum və ayağa durdum, sanki düyündən açıldım”.

 

M.M.Reyşəhri, “Tibbi hədislər toplusu”

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5746, 

Dostların veb səhifələri

15649017
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4843
8065
44564
15456216
124156
160067
15649017

sizin IP ünvanınız: 18.191.192.149
2024-12-21 15:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!