Tibb

Gözdə olan hikmətlər

 

Gözdə olan hikmətlər

 

İmam Əli (ə): "İnsana təəccüb edin: piylə (gözlə) baxır, ətlə (dillə) danışır, sümüklə (qulaqla) eşidir, deşiklə (burunla) nəfəs alır".

İmam Sadiq (ə) hindli təbibə: "Alının tüksüz olmasının səbəbi budur ki, işıq alın vasitəsilə gözə yetişdiyinə görə o, tüksüz olmalıdır ki, bu prosesə mane olmasın.

Allah-Taala alında xətt və qırışlar yaradıb ki, başın yuxarı tərəfindən axan tər dənəciklərini özündə saxlasınlar və onları gözə axıtmasınlar. Necə ki, qayalar dünyanın sularını özlərində toplayıb ətrafa daşlanmasının qarşısını alırlar.

Qaşlar ona görə gözlərin üstündə yerləşdirilib ki, gözə işığın yetişməsinin qarşısını alsınlar. Sözümün təsdiqi budur ki, gözə artıq işıq yetişəndə və insan bundan əziyyət çəkəndə əliilə gözünün üstündə kölgə yaradır, nəticədə gözə lazım olan  miqdardan artıq işıq düşmür.

Burun ona görə iki gözün ortasında yerləşdirilib ki, gələn işığı iki bərabər hissəyə bölsün və hər iki göz bərabər miqdarda işıq qəbul etsin. Gözün badamvari yaradılmasının səbəbi budur ki, ona tökülən dərman özü üçün axın tapa bilsin və rahat hərəkət edib gözün hər bir tərəfinə yetişsin, xəstəlikləri oradan çıxartsın. Əgər kvadrat və ya dairəvi yaradılsaydı, dərman özünə axın tapıb hərəkət edə bilməz və nəticədə göz heç vaxt sağalmazdı".

İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə: "Ey Müfəzzəl! Allahın yalnız insana verdiyi və bununla da onu başqa məxluqlara şərəfləndirdiyi hisslərə diqqət et:

gözlər mayakın başındakı işıqlar kimi başda yerləşdirilib ki, əşyaları görə bilsin. Əl və ayaqlar kimi aşağı ətraflarda yerləşdirilməyiblər ki, əməl və hərəkətlərin ucbatından onlara (əl və ayaqlara) yetişən və onları naqisləşdirən zədələr gözə toxunsun. Həmçinin, qarın və bel kimi bədənin orta üzvlərində də yerləşdirilməyiblər ki,  çevrilmələri və əşyalara baxmaları çətin olsun. Gözlər üçün bu sadalanan əzalar da yer olmadıqda baş hiss etmə üçün ən münasib və ən uca yerdir.

Beş hiss etmə orqanı beş hissi duyur və beləcə heç bir hiss olunan kənarda qalmır. Göz yaradılıb ki, rəngləri duysun.

Əgər rənglər yaradılıb, göz yaradılmasaydı, o rənglərin heç bir faydası olmazdı.

Qulaq yaradılıb ki, səsləri duysun. Səs yaradılsaydı, lakin onu duyan qulaq yaradılmamış olsaydı, onda o səsə heç bir ehtiyac olmazdı. Digər hisslər də belədir.

Bu sistem qarşılıqlıdır. Belə ki, göz yaradılsaydı, amma rəng mövcud olmasaydı, gözün heç bir mənası olmazdı. Qulaq yaradılıb səs yaradılmasaydı, onda qulaq üçün heç bir hiss obyekti olmazdı.

Fikir ver ki, bunlar bir-birinə necə bağlı yaradılıb. Hər bir hiss orqanı üçün bir hiss olunan obyekt yaradılıb ki, ona təsir edir. Hər hiss olunan obyekt üçün də bir hiss edən orqan yaradılıb ki, həmin hissi duyur.

Bunlarla yanaşı, hiss edənlə hiss olunan arasında işıq və hava kimi vasitələr də yaradılıb ki, onlarsız hiss etmə mümkün deyil. Rəngi göz üçün aydınlaşdıran işıq olmasaydı, göz rəngi seçə bilməzdi. Həmçinin, səsi qulağa çatdıran hava olmasaydı, qulaq səsi eşidə bilməzdi.

Hiss edənlə hiss olunanların qarşılıqlı yaradılışına, hiss etməni tamamlayan digər vasitələrin arada bərqərar edilməsinə fikir verən və səhih nəzərlə baxan şəxsə bunların lütfkar və hər şeydən xəbərdar olan Allahın elmi və nizamlaması ilə baş verməsi məxfi qala bilərmi?!

Ey Müfəzzəl! Görməyən (kor) insana, onların işlərindəki ziyanlara fikir ver. Qədəmlərinin yerini bilmir, qarşındakılarını görmürlər. Rəngləri, pis və yaxşı mənzərələri seçə bilmirlər. Qarşısındakı düşə biləcəkləri çuxuru, onlara qılınc çəkərək düşməni görmürlər. Yazı, ticarət və rəngsazlıq kimi sənətlərdə işləyə bilmirlər. Hətta zehni qabiliyyətləri olmasaydı, atılmış daş timsalında olardılar.

Ey Müfəzzəl! Göz qapağının pərdə kimi gözü örtməsinə, kipriklərin asılmış saplar kimi ora bərkidilməsinə diqqət yetir Allah-Taala gözü bu "mağarda", üstünə pərdə və tük asıb gizlətmişdir".

 

Bəzi göz xəstəliklərinin səbəbləri

İmam Rza (ə): "Gecə vaxtı turunc yemək gözləri çevirər və çəpgözlüyə səbəb olar".

Bəzi göz xəstəliklərindən qorunma yolları

Peyğəmbər (s): "Dörd şeydən acığınız gəlməsin: ... o cümlədən, göz ağrısından. O, korluq damarlarını kəsir..."

Peyğəmbər (s): "Hər kəs cümə axşamı və şənbə günü dırnaq və bığından azaltsa, diş və göz ağrısından amanda olar".

İmam Baqir (ə): "Hər kəs cümə axşamı dırnaqlarını kəsməyə adət etsə, gözləri ağrımaz".

"Mən la yahzuruhul-fəqih": Əbdullah ibn Əbi Yəfur İmam Sadiqə (ə) dedi: "Sənə fəda olum, deyirlərki, sübh azanı ilə günçıxan arasında dua və zikrə məşğul olmaq qədər ruzi gətirən heç bir şey yoxdur. Həzrət (ə) dedi: Bəli. Amma daha yaxşı bir şeyin xəbərini verim: Cümə günü bığ və dırnaqları qısaltmaq, cümə axşamı isə təkcə dırnaqları tutmaq göz ağrısını uzaq edir".

İmam Sadiq (ə): "Cümə günü dırnaqları qısaltmaq cüzam, ekzema və korluq xəstəliyindən insanı sığortalayır. Əgər tutmağa ehtiyac yoxdursa, heç olmasa onları sürt".

"Kafi" - Əli ibn Əsbət Xələfdən: İmam Rza (ə) məni Xorasanda gördü. Həmin vaxt gözlərim ağrıyırdı. Həzrət (ə) dedi: "Sənə bir şey öyrədim iki, onu yerinə yetirsən, gözündən şikayət etməzsən?!"

Dedim: "Bəli".

Buyurdu: "Hər cümə axşamı dırnaqlarını tut".  Mən belə etdim və həmin vaxtdan indiyəcən gözlərim ağrımayıb.

İmam Sadiq (ə): "Yatan zaman gözə sürmə çəkmək insanı göz suyunun axmasından amanda saxlayır".

İmam Sadiq (ə): "Hər kəs yatanda gözünə müşk qatılmamış ismid sürməsi çəksə, gözündən qara suyun axmasından amanda olar".

İmam Sadiq (ə): "İnsan oruc tutanda gözlər öz yerindən qaçır, şirin şeylə iftar edəndə, öz yerlərinə qayıdır".

"Məkarimul-əxlaq" - Əbu Bəsir imam Sadiqdən (ə): Çox asqırmaq insanı beş şeydən qoruyur: cüzamdan, baş və gözə axan pis qoxudan, gözə suyun axmasından, burun damarlarının ağrısından, gözdə tükü bitməsindən. Əgər az asqırmaq istəyirsənsə, mərzə yağını burnuna tök". Soruşdum: "Nə miqdar?" Buyurdu: "Təqribən yarım misqal (2,3 qram)". Beş gün bunu etdim və narahatçılığım getdi.

Ayətullah Reyşəhrinin "Tibbi hədislər toplusu"ndan istifadə olunmuşdur.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5136, 

Dostların veb səhifələri

14417550
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
98
3642
13545
14261152
126274
183089
14417550

sizin IP ünvanınız: 3.141.244.201
2024-04-24 01:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!