Cameyi-Kazim
“Cameyi-Kazim” adı ilə tibbi-sünnətidə (xalq təbabəti) tanınan maddə bir çox dərlərin dərmanıdır. Came ilə müalicə üsulu İslam təbabətindən öyrənilmişdir. Bu məcun təbii dağ bitkilərindən hazırlanır. Onun əsl mənşəyi İranın dağlıq vilayətlərindəndir. Qeyd etmək lazımdır ki, bu məhsulun bitkisi hər yerdə bitmir. Onun keyfiyyəti iqlimə bağlıdır. Bir çox təbiətşünaslar bu qəbildən olan dərman preparatlı bitkilərin xassələrini araşdırdıqdan sonra bu qənaətə gəlmişlər ki, hər bitkinin əsl keyfiyyəti onun hansı iqlimdə bitməsindən asılıdır. Əks halda öz keyfiyyətini tam verə bilməz. Cameyi-Kazimin tərkibində elə qarışıq bir maddə var ki, el arasında bu məcuna qalxan və ya zireh deyilir. Çünki o, bir çox xəstəliklərin bədənə nüfuz etməsinin qarşısını alır və ya onu zəiflədir.
Cameyi-Kazimin faydaları
Cameyi Kazimə həmçinin “Camei Rza”da deyilir. Bu dərman İmam Rzanın (ələyhissalam) mübarək adı ilə bağlıdır. Çünki dərmanın təkibini məhz O Həzrət atasından buyurmuşdur. Bu dərman bir çox müalicəvi əhəmiyyətə malikdir. O cümlədən:
1- Came bişmiş zirə suyu ilə:
Ürək döyüntüsü
Sağ kürəyin ağrısı
Mədənin soyuqluğu
Mədə yeli və digər mədə xəstəlikləri
2- Came anğuzə (asafetida) otunun suyu ilə:
İlan, əqrəb və bövlər sancması
Kimyəvi zəhərlənmə
Bədənin şiddətli surətdə soyuqluğu
Qanın şiddətli qatılığı
3- Came ilıq su ilə:
Vərəm xəstəliyi
4- Came soyuq su və bir qurtum sirkə ilə:
Dalaq xəstəlikləri
5- Came bişmiş mərzə (mərzənguş) suyu ilə:
Müxtəlif növ iflic
İnsult
Skleroz
Əzələnin yığılması
Sinozit
Burun içinin dolması
Zob və s.
6- Came bişmuş razyana suyu ilə:
Öskürək
Asma
Ağ ciyər
Döş qəfəsi
7- Came turpun suyu ilə:
Böyrəkdə daş
8- Came sədo suyu ilə:*
Böyrəkdə daş
9- Came səna yarpağının suyu ilə:
Öd kisədə daş
10- Came oxyarpaq sarmaşığın suyu ilə:
Öd kisədə daş
11- Came çuğundur yarpağının suyu ilə:
Xərçəng xəstəliyi
12- Came kəvərin suyu ilə:
Qan azlığı
Dalaq xəstəliyi
13- Came kal alma suyu ilə:
Qızdırma
14- Came heyva suyu ilə:
Ürək xəstəlikləri
15- Came bal ilə:
Müxtəlif növ üfunətlər
Hepatit
Spid
Mədə və bağırsaq xəstəlikləri
Müxtəlif növ yaralar
Müxtəlif növ dəri xəstəlikləri
Şəkər yarası
16- Came kasnı suyu ilə:
Qara ciyər
Yoğun bağırsaq
Sidik kisəsinin iltihabı
17- Came şənbəlilə suyu ilə:
Mədə xərçəngi
18- Came zəfəran ilə:
Tənəffüs sistemi
19- Came sirkə ilə:
Qara ciyər və onunla əlaqəli olan xəstəliklər
20- Came kərəfs ilə:
Bədənin sağ tərəfinin ağrısı
21- Came üzüm suyu ilə:
Depresiya
22- Came nar suyu ilə:
Kəkələmək və gec danışmaq
23- Came soğan ilə:
Əsəb
24- Came noxud ilə:
Belin və spermanın güclənməsi
25- Came əncir ilə:
Saçın güclənməsi, saçın uzanması, ağızda pis iy və qulunc
Mütəxəssislərin nəzərinə görə “Cameyi Rza”dan vaxtında istifadə edən kəs heç vaxt ciddi xəstəliklərə tutulmaz. Bu dərmanın qalxan adlandırılması ona görədir ki, came bədənə siraət etdikdən sonra digər xəstəlikləri bədənə buraxmır və mənfi maddələri uzaqlaşdırmaq gücünə malikdir.
“Cameyi Rza” Xalq təbabəti.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 051 520 95 02
Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur