Quran Elmləri

Quran Müəmmaları

Quran Ziyafəti

İlahi Peyğəmbərlər

İnsaniyyət Ülgüsü

Gizli Xəzinələr

Qarilər

Hikmət Xəzinəsi

İlahi Nişanələr

Müqəddəs Məkanlar

Misralar

Məhəbbət Ocağı

İtaətin Kölgəsində

Yazar Qələmlər

Kitabşünaslıq

İlahi Nemətlər

Sağlamlıq Əmanətdir

Dini Terminlər

Faydalı Məsləhətlər

Özünə İnan və Çalış

Munacat

Daimi Düşmən

Quranın Coğrafiyası

Faydalı məsləhətlər

Yazar: "ƏBƏDİ NUR" jurnalının elmi heyəti

Tarix: 2013-03-28

Sirkənin faydası və zərəri
image
Üzüm, kişmiş, xurma, əncir, bal və s.-dən hazırlanır. Ümumiyyətlə, sirkənin əsas müalicə-profilaktik cəhətləri bunlardır: soyuqluq və quruluq verir, bədənə tez nüfuz edərək (sorularaq) başqa başqa dərmanların təsir qüvvəsinin bədən üzvlərinə tezliklə çatdırılmasına kömək edir, susuzluğu yatırır, həzmə kömək edir, iştahanı artırır, bəlğəmi əridir, mədə iltihabı üçün münasibdir.  Acqarına bir müddət sirkə işlətmək mədə qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaq mədəni təmizləyir. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı zamanı  xeyirlidir. Sirkəyə duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Həşərat dişləməsi və od yanığı hallarında müsbət təsir göstərir.
Xronik başağrısı, öskürək hallarında möhkəm qızdırılmış daşın üzərinə sirkə səpir  və ya qızdırılmış daşı sirkənin içərisinə salaraq, başı buradan qalxan buxara verirlər. Əncir və kişmişi sirkədə isladıb yemək dalaq üçün faydalıdır. Zirə və kəklikotunu sirkədə qaynadıb diş ağrısı və damaq yarası zamanı qarqara edirlər. Qulağı və burunu onun buxarına vermək qulaq və burun tutulmasını açır, uğultunu aradan qaldırır.
Sirkə qocalar, təzə və quru öskürəyi, əsəb xəstəlikləri, oynaq ağrıları olanlar üçün ziyandır. Sirkə həmçinin görməyə zərədir, arıqlıq yaradır. Çox sirkə işlətmək bədəndə su yığılmasına səbəb ola bilər. Onun zərərli cəhətlərini aradan qaldırmaq üçün şirniyyat, yağlı ət həlimi, öskürək halında şirnilər, badam yağı, əsəb zəifliyi hallarında isə bal və isti ədviyyat işlətmək məsləhətdir.
Bəzi ümumi cəhətlərinə görə limon suyunu əvəz edə bilər. Qan və ödə mikroblarıb nüfuz etməsinin qarşısını alır. Münasib miqdarda işlətmək ürək üçün yaxşıdır, daxili qanaxmanı dayandırır. Xronik başağrısı zamanı başqa vasitələr kömək etmirsə, sirkəyə bir az su qataraq duruldur, qarqara edirlər. Yağlı ət xörəyi yeyərkən sirkə işlətmək məsləhətdir. Arıqlamaq üçün sirkədən istifadə etmək olar, amma mədə xorası olanlara işlətmək tövsiyə edilmir.

Sirkənin xüsusiyyətləri hədislərdə
Peyğəmbər (s): "Ən yaxşı yavanlıq sirkədir".
İmam Sadiq (ə): "Sirkə zəhəri yatırdır, qəlbi dirildir, qarın qurdlarını öldürür".
İmam Sadiq (ə): "Sirkə qəlbi nurlandırır".
İmam Sadiq (ə): "Sirkə əqli gücləndirir".

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.

Oxunub: 385

1-ci buraxılış

2-ci buraxılış

3-cü buraxılış

4-cü buraxılış

5-ci buraxılış

6-cı buraxılış

  www.ebedinur.com