Yazar Qələmlər

Ətir – həyatın zinəti

 

Ətir – həyatın  zinəti

Allahın Rəsulu (s): “Gözəl ətir qəlbi qüvvətləndirir”.                                                                                  

İslam dini ruhun paklığına böyük əhəmiyyət verməklə yanaşı, zahiri təmizliyə də xüsusi diqqət yetirir. Bu zahiri təmizliyin əsas nişanələrindən biri də ətirdir. İslamda ətirə verilən diqqəti nəzərə alaraq onunla bağlı bir çox məsələləri, o cümlədən, məsumlarımızın ətirə münasibəti, ətirin təsiri, ondan nə vaxt və hansı ətirdən istifadə edilməsi və s. məsələləri nəzərinizə çatdıracağıq.

Əvvəla, Peyğəmbərimizin (s) ətirə olan məftunluğu hamıya məlumdur. Hətta İmam Sadiqin (ə) söylədiklərinə əsasən, Allah Rəsulu (s) yeməkdən daha çox ətirə pul xərcləyərdi. Səhabələrdən biri buyurub: “Peyğəmbər (s) yanında ən sevimli şey ətir idi və o həzrətin (s) ətriyyata xüsusi rəğbəti vardı”. Peyğəmbərin (s) bu rəğbəti öz əhli-beyti olan imamlarda (ə) da zahir olmuşdur. Belə ki, İmam Səccad (ə) öz ibadət yerində bir şüşə müşk saxlayar və hər namaz vaxtı ondan istifadə edərdi. İmam Sadiqin (ə) də səcdə yeri, həmin məkanın xoş ətirindən tanınardı.

Ən gözəl ətirin hansı olduğunu da Rəsuli Əkrəm (s) söyləmişdir: “Ən gözəl ətir, müşk ətridir” (“Müşk” ceyranın qarın – göbək hissəsində olur).

Gözəl ətirin insana bir çox təsirləri vardır. Rəsuli Əkrəm (s) bu barədə buyurub: “Xoş ətir qəlbi möhkəmləndirir, bədən qüvvəsini artırır”.

İmam Rza (ə) buyurub: “Dörd şey şadlığa, ürək açıqlığına, qəmin aradan getməsinə səbəb olur – bal yemək, minik, yaşıllığa tamaşa etmək və gözəl ətiri qoxulamaq”.

Bu səbəbdən də, hər zaman ətirdən istifadə etmək tövsiyə olunub. Xüsusilə də, ibadət zamanı və cümə günləri buna çox təkid edilib.

İmam Sadiq (ə) buyurur:

“Hər müsəlman üçün cümə günləri dırnaqlarını tutub, ətirlənmək münasibdir”.

“Ətirli halda qılınan iki rükətli namaz, ətirsiz halda qılınan yetmiş rükət namazdan daha yaxşıdır”.

“Əraf” surəsi 31-32-ci ayələrində məscidə gedərkən zinətlənmək tövsiyə olunur:

 

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلا تُسْرِفُوا إِنَّهُ لا يُحِبُّ الْمُسْرِفِينَ

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ

“...hər namaz vaxtı və hər bir məscidə bəzək və zinət əşyalarınızı götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin, için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”.

“De: “Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!”

Ayələrdən məlum olduğu kimi, halal olan zinət əşyalarından istifadə etmək və israfa yol verməmək məsləhət görülür. Təbii ki, ən mühüm zinətlərdən biri də ətirdir.

İmam Sadiq (ə) buyurub: “Gözəl qoxu üçün xərclənən heç bir şey israf deyil”.

Təəssüflər olsun ki, bir çox qadınlarımız ətirdən yalnız evdən kənara çıxmaq üçün istifadə edirlər. Bu yolla başqalarının hisslərini təhrik etmək İslam baxımından bəyənilmir.        

Həzrət Rəsul (s) belə buyurur: “Ərindən qeyriləri üçün ətirlənən qadının namazı Allah dərgahında qəbul olunmaz”.

Həzrət Əli (ə) buyurub: “Müsəlman qadın daim öz əri üçün ətirlənməlidir”.

Yəni, evdən kənarda olduğu kimi, evdə də qadın öz qoxusuna, səliqəsinə, gözəlliyinə, təmizliyinə diqqət yetirməlidir. Bir sözlə, hər zaman öz qadınlıq təravətini qorumalı və saxlamalıdır. 

 

                                                                  İlahiyyatçı, İslamşünas Sara Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4562, 

Dostların veb səhifələri

14210672
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
976
4145
8659
14046117
102485
173495
14210672

sizin IP ünvanınız: 54.81.185.66
2024-03-19 03:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!