Yazar Qələmlər

ƏQİQƏ QURBANI

 

ƏQİQƏ QURBANI

 

Əqiqə qurbanı (ərəb: العقيقة) uşağın qəza və bəlalardan qorunması üçün dünyaya gəldikdən yeddi gün sonra kəsilən qurbana deyilir.

Hər nə qədər vacib olduğunu irəli sürənlər olsa da Əqiqə qurbanı rəvayətlərdə tövsiyə edilən müstəhəb bir qurbandır. Nəql olunan hədislərə görə Əqiqə qurbanı sünnə və Əhli-beytin (ə) təşviqlərində vurğulanan bir qurbandır. Həqiqətən də Peyğəmbər (s) həzrəti Həsən (ə) və həzrəti Hüseyn (ə) üçün, həmçinin həzrəti Əbu Talib Peyğəmbər (s) üçün əqiqə qurbanı kəsdi. Əqiqə qurbanının İslamda özünə xas hökm və ədəbləri var.

 

ETİMOLOJİ

 

Əqiqə kəsmək və ya körpənin başındakı ilk tüklərin təraş edilməsi mənasında “əqqa yəuqqu əqqan” maddəsindəndir. Əqqa “bir şeyin yarılması və yaxud ayrılması və bölünməsi” mənasını verən əqqa sözündəndir. Əqiq ərazilərinə də bu cür demələrinin səbəbi sel sularının o bölgələri yarılması və genişlənməsinə səbəb olmuşdur. Körpənin saçı kəsilərkən ayrılan saça da belə deyillir.

Fiqh terminində isə körpənin doğumundan yeddi gün sonra kəsilən heyvana deyilir. Yeddinci gün uşağın saçları təraş edildikdə kəsilən qurbana əqiqə qurbanı deyilir.

 

HƏDİSLƏRDƏ

 

Kuleyni Kafi kitabında bu haqda təxminən 50 yaxın hədis nəql etmişdir. Rəvayət olunan hədislərə görə həzrəti Əbu Talib Peyğəmbəri-Əkrəm üçün Peyğəmbər imam Həsən və imam Hüseyn üçün əqiqə qurbanı kəsmişdir. Mənası da uşağı bütün xəta və bəlalardan qorumaq üçündür.

Məsumlardan (ə) gələn rəvayətlərə görə imam Həsən və imam Hüseyn (ə) dünyaya gəlmələrinin yeddinci günündə Peyğəbər (s) saçlarını qırxdı və onun ağırlığı miqdarda gümüşü və bir qoçu da sədəqə vermiş.

Bəzi rəvayətlərdə isə həzrəti Həsən və Hüseynin (ə) əqiqə qurbanı və saçlarının təraş olunması Xanım Fatiməyə (ə) ətf olunmuşdur.

Rəvayətlərdə nəql olunur ki kainatın fəxri olan həzrəti Peyğəmbər (s) peyğəmbərliyə məbus olunduqdan sonra özü üçün əqiqə qurbanı kəsmişdir. Muhəmməd ibn Müslim imam Baqirdən (ə) nəql etdiyinə görə imam Baqir (ə) eyni anda dünyaya gələn əkiz oğlan uşaqları üçün də iki baş heyvan alınıb əqiqə qurbanı kəsilməsini Zeyd ibn Əliyə tapşırmışdı. Amma yoxsulluq və bahalıq üzündən yanız bir baş heyvan ala bilən Zeyd imam Baqirdən (ə) onun miqdarı qədər sədəqə verilsinmi soruşmuşdu. Həzrət (ə) isə cavabında belə buyurmuşdur: “Almaq üçün çalış. Çünki Allah (heyvan kəsməklə) qan axıdılmasını və onunla yemək paylanmasını sevməkdədir”.

Şeyx Səduq “Kəmaluddin” kitabında nəql edir ki, imam Həsən Əsgəri (ə) qurban kəsilmiş qoyunu bir kəsə göndərib buyurdu: “Bu oğlum Muhəmmədin əqiqəsidir”.

 

ƏQIQƏNIN QAYDASI

 

Müstəhəbdir ki, yeni dünyaya gəlmiş oğul üçün erkək heyvan və yeni dünyaya gəlmiş qiz üçün dişi bir qurban olsun.

Əgər həddi buluğa çatmış insanın əqiqəsi kəsilməyibsə müstəhəbdir ki, həddi buluqdan sonra da olsa öz əqiqəsini versin.

Şiələrin məşhur fiqhi əqidəsinə görə əqiqə müstəhəbdir. Amma Seyyid Murtəza və Cəvahir kitabının müəllifi ibn Cuneyd İskafi əqiqəni vacib bilmişlər. Vacib olması ilə bağlı hətta hədislər də bəzi ifadələr gəlmişdir. Ancaq digər fiqihlərə görə təkid olunmuş müstəhəbatdır.

Bəzi hədislərdə qurbanı əqiqəyə nisbət verirlər. Ancaq bu hədislərdən məqsəd həcc qurbanı olduğu bildirilmişdir.

 

ƏQİQƏNİN ƏHKAMI VƏ ŞƏRAİTİ

 

Əqiqə yalnız dördayaqlılardan ola bilər: qoyun (keçi), inək (camış), dəvə (toyuq kimi iki ayaqlılardan olmaz).

Qurbanda göstərilən şərtlərə əməl etmək müstəhətdir.

Əqiqə qurbanının əvəzinə sədəqə vermək kifayət etmir.

Kəsilən heyvanın sümüklərinin sınması məkruhdur.

Uşağın saçının kəsildiyi yerlə qurbanın kəsildiyi yer eyni olmalıdır.

Qurban uşağın saçı kəsildikdən sonra kəsilməlidir.

QURBANIN PAYLANMA YERLƏRI

Heyvanın bir budu və ya dörddə biri körpənin doğuş mamasına vermək müstəhəbdir. Əgər maması yoxdursa uşağın anası sədəqə etməlidir.

Valideynlərin bu heyvanın ətindən yemələri məkruhdur.

Əqiqə qurbanının ətini bişirdikdən sonra yoxsul və qonşulardan ən azı 10 nəfəri dəvət edərək onlara bu yeməkdən vermək müstəhəbdir.

 

ƏQİQƏNİN DUASI

 

İmam Sadiq (ə) belə buyurmuşdur: Əqiqəni qurban etmək üçün niyyətdə belə de:

 

«بِسْمِ اللَّهِ وَ بِاللَّهِ اللَّهُمَّ عَقِیقَةٌ عَنْ فُلَانٍ لَحْمُهَا بِلَحْمِهِ وَ دَمُهَا بِدَمِهِ وَ عَظْمُهَا بِعَظْمِهِ اللَّهُمَّ اجْعَلْهُ وِقَاءً لآِلِ مُحَمَّدٍ صلی الله علیه و آله»

 

“Bismilləhi və billəhi Əllahumə əqiqatu ən filanin (filan yerinə körpənin adı deyilməlidir) ləhmuhə bi ləhmihi və dəmuhə bi dəmihi və əzmuhə bi əzmihi. Əllahumməc-əlhu viqaən li ali Muhəmmədin sallallahu aləyhi və alih”.

 

İmam Sadiq (ə) buyurur ki, əqiqə qurbanı niyyət edəndə deyin:

 

يا قَوْمِ اِنّى بَرىٌ مِمّا تُشْرِكُونَ اِنّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذى فَطَرَ السَّمواتِ وَالْاَرْضَ حَنيفاً مُسْلِماً وَ ما اَنَا مِنَ الْمُشْرِكينَ اِنَّ صَلوتى وَ نُسُكى وَ مَحْياىَ وَ مَماتى لِلَّهِ رَبِّ الْعالَمينَ لا شَريكَ لَهُ وَ بِذلِكَ اُمِرْتُ وَ اَنَا مِنَ الْمُسْلِمينَ اَللّهُمَّ مِنْكَ وَ لَكَ بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَاللَّهُ اَكْبَرُ

 

“Yə qaumi inni bəriun mimmə tuşrikun inni vəccəhtu vəchiyə lilləzi fətaras-səməvəti vəl-ərza hənifən muslimən və mə ənə minəl-muşrikin. İnnə saləti və nusuki və məhyəyə və məməti lilləhi rabbil aləmin lə şərikə ləhu və bizəlikə umirtu və ənə minəl-muslimin. Əllahummə minkə və ləkə bismilləhi və billəhi vəllahu əkbər”.

 

İmam Baqir (ə) da belə buyurmuş: “Əqiqə qurbanın niyyət edəndə belə de:

 

«بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ اللَّهُ أَکْبَرُ إِیمَاناً بِاللَّهِ وَ ثَنَاءً عَلَی رَسُولِ اللَّهِ صلی الله علیه و آله وَ الْعِصْمَةُ لِأَمْرِهِ وَ الشُّکْرُ لِرِزْقِهِ وَ الْمَعْرِفَةُ بِفَضْلِهِ عَلَیْنَا أَهْلَ الْبَیْتِ.»

 

“Bissmilləhi və billəhi vəl həmdu lilləhi vəllahu əkbər İmənən billəhi və sənəən alə rasulilləhi salləllahu və alihi vəl ismətu liəmrihi vəşşukru lirizqihi vəl mə rifətu bifəzlihi aləynə əhləl-bəyt”.

 

Uşaq oğlandırsa belə deyin:

«اللَّهُمَّ إِنَّکَ وَهَبْتَ لَنَا ذَکَراً وَ أَنْتَ أَعْلَمُ بِمَا وَهَبْتَ وَ مِنْکَ مَا أَعْطَیْتَ وَ کُلَّمَا [کُلَّ ما] صَنَعْنَا فَتَقَبَّلْهُ مِنَّا عَلَی سُنَّتِکَ وَ سُنَّةِ نَبِیِّکَ صلی الله علیه و آله وَ اخْسَأْ عَنَّا الشَّیْطَانَ الرَّجِیمَ لَکَ سُفِکَتِ الدِّمَاءُ لَا شَرِیکَ لَکَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ»

 

“Əllahummə innəkə vəhəbtə lənə zəkəran və əntə ələmu bimə vəhəbtə və minkə mə ətaytə və kulləmə sanə nə fətəqabbəlhu minnə alə sunnətikə və sunnəti nəbiyyikə salləllahu aləyhi və alih vəxsə annəş-şəytanər-racimə ləkə sufikətid-diməəu lə şərikə ləkə vəl həmdu lilləhi rabbil-aləmin”.

 

Amma əgər uşaq qizdirsa belə deyin:

 

«اللَّهُمَّ إِنَّکَ وَهَبْتَ لَنَا اُنْثى وَ أَنْتَ أَعْلَمُ بِمَا وَهَبْتَ وَ مِنْکَ مَا أَعْطَیْتَ وَ کُلَّمَا [کُلَّ ما] صَنَعْنَا فَتَقَبَّلْهُ مِنَّا عَلَی سُنَّتِکَ وَ سُنَّةِ نَبِیِّکَ صلی الله علیه و آله وَ اخْسَأْ عَنَّا الشَّیْطَانَ الرَّجِیمَ لَکَ سُفِکَتِ الدِّمَاءُ لَا شَرِیکَ لَکَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ»

“Əllahummə innəkə vəhəbtə lənə unsə və əntə ələmu bimə vəhəbtə və minkə mə ətaytə və kulləmə sanə nə fətəqabbəlhu minnə alə sunnətikə və sunnəti nəbiyyikə salləllahu aləyhi və alih və əxsə annəş-şəytanər-racim ləkə sufikətid diməəu lə şərikə ləkə vəlhəmdu lilləhi rabbil aləmin”.

 

Hazırladı: Lalə Zəhrayi

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSƏSİNƏ AİDDİR

 

 


 9036, 

Dostların veb səhifələri

15648533
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4359
8065
44080
15456216
123672
160067
15648533

sizin IP ünvanınız: 18.191.238.37
2024-12-21 13:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!